Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                 

Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Tarix: 2-02-2025, 09:45 | Çap et
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək?
ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.

Ekspertlərin fikrincə, Qəzzanın 2.3 milyonluq əhalisinin məcburi şəkildə Misir və İordaniyaya köçürülməsi regionu qeyri-sabitliyə sürükləyə və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll perspektivlərini məhv edə bilər.

Lakin eyni zamanda qeyd olunur ki, bu radikal təklif dünyanın ən çətin münaqişələrindən birinə həll tapmaq məsuliyyətini regiondakı ABŞ müttəfiqlərinin üzərinə qoya bilər.

Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil bildirib ki, Tramp Qəzza və İsrail mövzusunda son dərəcə həssas bir məsələdə ən radikal mövqeni tutur. Onun sözlərinə görə, "Tramp ABŞ-dən yardım və təhlükəsizlik baxımından asılı olan əsas müttəfiqlərə təzyiq göstərməklə yükün və məsuliyyətin bölüşdürülməsi hədəfinə nail olmağa ümid edir".

İki-dövlətli həll yolunun gələcəyi
Vaşinqton onilliklərdir ki İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll yolunu dəstəkləyir.

Lakin sərhədlər, yaşayış məntəqələri və Qüdsün statusu ilə bağlı dərin fikir ayrılıqları israillilər və fələstinlilər arasında irəliləyişə mane olub.

Fələstinlilər gələcək Fələstin dövlətinin Qəzza zolağını da əhatə etməsində israrlıdırlar. Buna görə də Trampın təklifi təkcə tənqidçilər deyil, Almaniya da daxil olmaqla ABŞ-nin müttəfiqləri arasında da narahatlıq yaradıb.

ABŞ-də yerləşən "Eurasia Group"un baş analitiki Qreqori Bryu deyib ki, Tramp hələ də İsrail-Fələstin münaqişəsinin gələcək həlli barədə aydın mövqe bildirməyib. "Lakin əgər ABŞ siyasəti fələstinlilərin Qəzzadan köçürülməsinə yönəlirsə, bu, müsbət irəliləyiş üçün məhdud imkanların olduğunu göstərir",- baş analitik əlavə edib.

Hazırda Qəzza sakinlərinin çoxu köçkün vəziyyətindədir və Fələstin anklavının böyük hissəsi İsrailin HƏMAS-a qarşı apardığı 15 aylıq dağıdıcı müharibə nəticəsində məhv edilib. Bu müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə gözlənilməz ölümcül hücumu ilə başlayıb.

İsrail və HƏMAS arasında döyüşlər yanvarın 15-də əldə edilən atəşkəs razılaşması çərçivəsində altı həftəlik dayandırılıb. Bu, müharibənin daimi dayandırılmasını, eləcə də Qəzzanın bərpasını nəzərdə tutan çoxmərhələli atəşkəs razılaşmasıdır.

Tramp yanvarın 25-də irəli sürdüyü təklifində Qəzza sakinlərinin mümkün köçürülməsinin müvəqqəti və ya uzunmüddətli ola biləcəyini bildirib.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Eldad Şavitin fikrincə, İsrailin radikal sağçıları arasında fələstinlilərin Qəzzadan köçürülməsinə geniş dəstək var: "Onlar İsrailin bu ərazini işğal edib yeni yaşayış məntəqələri inşa edə biləcəyini düşünürlər".

Tramp fikirlərini ABŞ-nin regiondakı mühüm müttəfiqləri, böyük həcmdə yardım alan İordaniya və Misirlə paylaşdığını deyib. Lakin hər iki ölkə mülki əhalinin məcburi köçürülməsi ilə bağlı hər hansı addıma açıq şəkildə etiraz edib.

E.Şavit bildirib ki, İordaniya və Misirin təklifi qəbul etmələrini gözləmək "ağlabatan deyil", çünki onlar artıq 1948-ci ildə İsrailin yaradılması və 1967-ci ildəki Ərəb-İsrail münaqişəsi nəticəsində köçkün düşən milyonlarla fələstinlini sığındırıb.

Onun sözlərinə görə, bu ölkələrin daha çox qaçqın qəbul etməsi onların sabitliyi üçün böyük bir risk ola bilər.

Ekspertlər deyirlər ki, Qəzza sakinlərinin köçürülməsi və nəticədə müstəqil Fələstin dövlətinin perspektivlərinin məhv edilməsi İsrail ilə regional güc olan Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdlərini də əngəlləyə bilər.

"Bunun Körfəz regionunda, xüsusən də Səudiyyə Ərəbistanında müsbət qarşılanacağını gözləmirəm, çünki Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin dövlətinin yaradılmasında müsbət irəliləyişi İsrail ilə normallaşma üçün bir şərt kimi qoyub", - "Eurasia Group"un baş analitiki Q.Bryu deyib.

Son illərdə bir neçə ərəb dövləti ABŞ tərəfindən vasitəçilik edilən "İbrahim razılaşmaları" çərçivəsində İsraillə münasibətləri normallaşdırıb.

"Status-kvonu dəyişdirmək lazımdır"
Ekspertlər deyirlər ki, Vaşinqtonun müttəfiqləri və ərəb ölkələri arasında Trampın təklifinə qarşı sərt etiraz təklifin reallaşdırılmasının qeyri-mümkün olduğunu göstərir.

Q.Bryunun fikrincə, Trampın "hazırlıqsız şəkildə" etdiyi şərhlərdən çox mənalar çıxarmamaq lazımdır.

E.Şavit isə qeyd edib ki, Tramp böyük düşünməyi xoşlayır və o, öz müşavirləri ilə birlikdə status-kvonu dəyişdirməyə çalışa bilər. Onun məqsədi regiondakı tərəfləri münaqişəni çözmək üçün addım atmağa təhrik etməkdir.

"O, tərəfləri elə bir şəkildə silkələmək istəyir ki, onlar özləri üçün qəbul edib yaşaya biləcəkləri bir həll yolunu düşünsünlər", - israilli tədqiqatçı əlavə edib.

Şavitin fikrincə, "Tramp yeni bir Yaxın Şərq istəyir; o, Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulmasını istəyir. Tramp regionda sülh yaradan və bunun üçün Nobel Sülh Mükafatını alan biri kimi görünmək istəyir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru