QƏRİB MƏMMƏDOV HƏDƏFƏ ÇEVRİLİB
Tarix: 28-11-2011, 13:52 | Çap et
RÖVNƏQ ABDULLAYEV KOMİTƏ SƏDRİNİ BİTİRİR
DİA.AZ: - Azərbaycanda son günlər yaşı 65-i ötmüş dövlət qulluqçularının təqaüdə çıxarılmaları ənənəsinin təməli atıldı. Və bundan sonra ölkə KİV-lərini bir neçə nazirlik və ya dövlət qurumunun işçilərinə “əlvida” deyərək, onları evlərinə yollamaları barədə xəbərlər oxuyuruq. Bəs görəsən, işçilərini yaşlandıqlarına görə təqaüdə yollayan nazir və ya rəhbər işçilərin özlərinin necə, hələ vaxtları yetişməyib ki?
Apardığımız kiçik araşdırmanın nəticəsinə və müşahidələrimizə görə, hazırda ölkədə cavan rəhbər kadrlarla yanaşı yaşlı kadrlar da fəaliyyət göstərirlər. Düzdür, onların arasında yaşı 65-i hələki haqlamayanları olsalar da, bu yaşa bir neçə “bayram” qalanları, hətta bir neçə il adlayanları da var.
Elə başlayaq ölkənin qocaman kadrlarından sayılan Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə I vitse-prezidenti Xoşbəxt Yusifzadədən. Xoşbəxt müəllim 1930-cu il yanvarın 14-də doğulub və 81 yaşı var.
Azərbaycanın Baş naziri Artur Rasi-zadə isə 26 fevral 1935-ci ildə anadan olub. Belə olan halda da baş nazirimizin 76 yaşının olduğu heç kimə gizli qalmır.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də anadan olub. Beləliklə onun 73 yaşı var.
Ombudsman Elmira Süleymanova da 17 iyul 1937-ci ildə anadan olub və hörmətli müvəkkilimizin də 75 yaşına yenicə qədəm qoyduğu məlum olur.
Baş nazirin müavini Abid Şərifov isə 6 yanvar 1940-cı il təvəllüdlüdür. Abid müəllimin düz dörd ayın tamamında 72 yaşı olacaq.
Bakının meri Hacıbala Abutalıbov da “65-i keçənlər” siyahısındadır. 13 may 1944-cü ildə anadan olan cənab merin də 67 yaşı var.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 5 sentyabr 1944-cü ildə dünyaya gəlib. Hesablayanda komitə sədrinin də 67 yaşı olduğunu öyrənirik.
Ölkədə yaşı 65-i keçən 17 min müəllimi ixtisara salacağını bəyan edən Təhsil naziri Misir Mərdanovun da 65 yaşı tamam olmaq üzrədir. 1946-cı ilin oktyabrın 3-də anadan olan nazirimiz bir aydan sonra “65-lər”in siyahısına düşəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, yaşı 65-ə bir neçə bayram qalan məmurlarımız da az deyil.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 64 (1947), Daxili İşlər naziri Ramil Usubovun (1948) 63, Müdafiə Sənayesi naziri Yavər Camalovun 62 (1949), Səhiyyə naziri Oqtay Şirəliyev və Müdafiə naziri Səfər Əbiyevin (1950) 61, Nəqliyyat naziri Ziya Məmmədovun 59 (1952) yaşları var.
Redaksiyamıza daxil olan məlumatlardan isə aydın olur ki, yaşının 65-ə çatacağı konkret olaraq məmurlardan birinə düşməyəcək. Doğrudur, həmin məmurun vurulmasında “yaş senzi”ndən bir bəhanə kimi istifadə olunacaq. Amma buna rəğmən deyə bilərik ki, burada yaş öz işini görmüş olur. Söhbət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdan gedir.
Bu barədə DİA.AZ-a daxil olan informasiyalara görə, gələn ilə planlaşdırılan total kadr islahatları zamanı əsas hədəflərdən biri Qərib Məmmədovdur. Mənbəmiz bildirir ki, Qərib müəllimi yaş senzi ilə əlaqədar görəvdən alsalar da, o, əslində bir səhvinin güdazına gedir.
Bu barədə mötəbər qaynağın söylədikləri: “Qərib Məmmədov ARDNŞ prezidentinin qəzəbinə tuş gəlib. Belə ki, bu yaxınlarda Səbayel rayonu ərazisində ARDNŞ-ə aid böyük torpaq sahəsinin sənədləşdirilməsi işində Qərib Məmmədov problem yaşayıb. Çünki həmin ərazilərin böyük bir hissəsinin prezidentin əmisi Cəlal Əliyevə yaxın şəxslərin xeyrinə sənədləşdirildiyi çəlum olub”.
Mənbəmiz bildirir ki, həmin sənədləşdirilmə işi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilib və bu barədə ARDNŞ-in rəyi və mövqeyi nəzərə alınmayıb: “Rövnəq Abdullayev isə yalnız son günlərdə bundan xəbər tutsa da, gec olub. Doğrudur, ARDNŞ prezidenti Cəlal Əliyevdən həmin torpaqları geri tələb etməyib. Amma Qərib Məmmədov bunun əvəzində hədələnib”. Məlumatlara görə, bu gün hakim elitada kifayət qədər təsir gücünə malik olan Rövnəq Abdullayev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun gedişi barədə fərmanın verilməsinə də nail olub.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|