OQTAY ŞİRƏLİYEVİN ƏN BÖYÜK CİNAYƏTİ
Tarix: 26-11-2011, 11:25 | Çap et
BU CİNAYƏT KÖRPƏLƏRİMİZİN HƏYATINI TƏHLÜKƏYƏ ATIR
DİA.AZ: - Azərbaycanda körpə uşaq ölümü, körpə uşaqlarda infeksion xəstəliklərin artması artıq bir ənənə halını alıb. Bunun izahını verməli olan qurumlar - başda səhiyyə nazirliyi olmaqla, yalnız məsələni ya unutdurmağa çalışırlar, ya da absurd izahatları ilə iz azdırırlar. Lakin fakt faktlığında qalır. Bu gün Azərbaycan yeni doğulan körpələrin ölümü ilə MDB məkanında liderdir.
Redaksiyamıza bu istiqamətlə bağlı daha bir tükürpədici fakt daxil olub. Bu dəfə söhbət milli genefondumuzun məqsədli şəkildə təhlükə altına atılmasından gedir. Bu barədə «Эцндям Хябяр»и bilgiləndirən qaynağın sözlərindən belə məlum olur ki, Azərbaycanda fəaliyyyətdə olan doğum evlərinin əksəriyyətində millətə qarşı çox böyük bir cinayətə imza atılmaqdadır. Hər halda, bu faktlarla tanış olan hər kəsi dəhşət bürüyəcək. Beləliklə, siz də məlumatlı olun…
Mənbənin sözlərinə görə, bu gün əksər doğum evlərində «Humana» və «Hipp» yeməkləri satan firmalar arasında əldə edilmiş anlaşma əsasında Azərbaycanın gələcəyi təhlükə altına atılır: «Məqsədli olaraq yeni doğulan uşaqlar analarından ayrılır və onlara həmin 2-3 günlük müddət boyunca hazır yeməklər verilir. Və bu zaman həmin yeməklər hələ ağız əzələləri yetərincə inkişaf etməmiş körpə uşaqlara zond üsulu ilə yeridildiyindən, uşağın ağız əzələləri də təbii inkişafdan qalır».
Mənbə bildirir ki, burada başlıca məqsəd körpələri ilk gündən hazır yeməklərə öyrəşdirməkdən ibarətdir: «Buna nail olmaq üçün həkimlər Ən təhlükəli üsullara belə əl atırlar. Zondlar bir uşağın ağzından çıxarılıb yuyulmadan digərinin ağzına ötürülür. Bu isə artıq infeksion xəstəliklərə yoluxma üçün bir zəmin hesab oluna bilər.
Mənbəmiz bildirir ki, əslində son elmi nailiyətlər də təsdiqləir ki, körpə uşaqların anadan ayrı tutulması heç də doğru deyil və elm də təsdiqləyir ki, körpələri doğulandan bir saat sonra öz anası əmizdirə bilər. Doğrudur, sovet dövründə də körpələri analarından ayırırdılar, amma bu zaman onlara hazır yemək verilmirdi, başqa bir ana tərəfindən əmizdirilirdi.
Mənbə bildirir ki, 2-3 gün ərzində hazır yeməklərə öyrəşdirilən körpə məhz ağız əzələlərinin yetərincə inkişaf etməməsi səbəbindən sonradan öz anasının südünü əmə bilmir: «Ana südü uşaq əmə bilmədiyində geri qayıdır və qatılaşır. Və sonradan körpənin əmməsi qeyri-mümkün olur. Bu da nəticədə valideynlərin hazır yeməklərə müraciət etməsinə səbəb olur».
Mənbə qeyd edilir ki, əsasən «Humana» və «Hipp» firmaları ilə əməkdaşlıq edən doğum evinin rəhbərliyi təbii ki, bu zaman nə körpələri, nə də millətin gələcəyini düşünmürlər: «Diqqət yetirin. Doğum evində körpəyə ilk gündən hansı hazır yemək verilirsə, sonradan da həmin yeməyə davam edir. Yalnız xüsusi keyfiyyəti olan hazır yeməyi təklif etməklə körpəni doğum evində vərdiş etdiyi yeməkdən ayırmaq olar».
Dəhşətli hələ burası deyil. Mənbə bildirir ki, bütün bunların müqabilində həm SN rəhbərliyi və həm də doğum evi çalışanları külli miqdarda qazanc əldə edirlər: «Hamısı faizə oturublar və bu prosesdən faiz götürürlər. Hər ay onların haqqları xüsusi paketlər vasitəsilə çatdırılır».
Onu da qeyd edək ki, biz də adları çəkilən hazır uşaq yeməyi satan firmaları araşdırmaq qərarına gəldik. Məlum oldu ki, «Humana» yeməklərini bu qidanı istehsal edən Almaniyanın «Humana» şirkətinin Zaqafqaziya təmsilçisi olan «Humuna Baku» Ltd. Firması satışa çıxarır. Və ən maraqlısı odur ki, həmin firmaya Teymuraz Koniaşvili adlı bir gürcü rəhbərlik edir.
Məlumatlarda o da qeyd olunur ki, adları çəkilən şirkətlə Azərbaycanın doğum evlərinin əməkdaşlığı 5 ildən çoxdur davam edir: «Buna görə də prosesdən məlumatlı olan valideynlərin əksəriyyəti özəl doğum evlərinə müraciət edirlər».
Könül CƏLİLOVA DİA.AZ


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|