Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

DÖVLƏTÇİLİYƏ NURÇULUQ TƏHLÜKƏSİ
Tarix: 25-11-2011, 10:23 | Çap et
DÖVLƏTÇİLİYƏ NURÇULUQ TƏHLÜKƏSİ

AZƏRBAYCAN GƏNCLİYİNİN BEYNİNƏ TƏHSİLDƏ YERİDİLƏN PSİXOLOJİ ƏSARƏT – SAKİT İŞĞAL

Nurçuların iziylə…

DİA.AZ: - Zamanımızda, Vətənimizin sürətlə özgələşdirildiyi bir vaxtda nəzarətsiz Azərbaycanda eninə-boyuna yayılan təriqətlərdən biri də Nurçuluqdur (“Nur tələbəsi”).

Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır.

Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək çoxluqla sünni bölgələrinin seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun,üst-üst düşməsi xeyli ip ucları ələ verir. Nurçuluğun Azərbaycan yayımcılığı haqda bir qədər sonra...

Qısa bir arayış: Siyasi hədəflər... Məqsədlər

Təriqət mənsubları – Nur Camaatı, əshabələr isə – Nur tələbələri adlanır. Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam) görüntüsünü davam etdirməkdədirlər.

ABŞ-ın dəstək verdiyi Türkiyənin “Xomeynisi” Fətullah Gülənin məqsədi Turkiyədə dünyəvi dövlət idarəçiliyini devirib, Osmanlı Xəlifəliyinə bənzər dini (teokratik) dövlət qurmaqdır. Anayasanı (konstitusiya) dəyişmək əsasında şəriət qanunları ilə idarə olunan bir icma yaratmaq istəyir. İran İslam İnqilabına bənzər işlər gedir Türkiyədə. Xalq Xomeyninin istiqamətləndirməsində İslam İnqilabına inanmışdı. Sonra nə oldu?! Xalq haqq və hüquqlarından məhrum oldu. Nə qədər dövri mücadilələr edilsə də, hədər oldu, nəticəsi olmadı. Turkiyəni (“beşinci kolon” deyilən planla) içdən parçalamaq yönündə Qərb, başda ABŞ olmaqla Nurçuların rəhbərlərinə iqtisadi-maliyyə yardımını əsirgəmir. Perspektivdə “Kürdüstan” məsələsi qərarlaşıb. Qərb siyasi dairələri yaxşı bilir ki, Türk ruhunu öldürmək üçün dini əsarət Türkiyəni Qərbdən asılı duruma salmağın, məqsədləri reallaşdırmağın ən yaxşı yoludur. Və beləliklə, yol başladılar… Türkiyədə bu işin gerçəkləşməsinə rəvac verən, özünü Yaxın Şərqdə “Ərəb atası” kimi hiss edən Türkiyənin Qorbaçovu (ifadə Soylu Atalınındır) Ərdoğandır. Ərbakandan Ərdoğana Türkiyədə Türk Ruhunun oyanması tam tormozlanıb.

Nurçuluq Türkiyədə ordudan sonrakı ən güclü təşkilatlanmış şəbəkədir. Hakimiyyət sıralarına yol tapmaq, hakimiyyətdə təmsil olunan məmurlarla əlaqələr qurmaq, yeni tərəfdaşlar tapmaq, dövlət obyektlərində qərarlaşma Camaata tapşırıqlardandır. F. Gülən hərbi, hüquqi, təhsil və mülki təşkilatların ələ keçirilməsini vacib bilir. Ərdoğanın məqsədi də Türkiyənin ciddi səylə formalaşan Ordusunda islahat aparmaqdır. Yüksək rütbəli hərbiçilərin həbsi, “Ərgənəkon” iddianaməsi, “Demokratik açılım” (“Kürd açılımı”) sistemli işin davamıdır. Türkiyə ictimaiyyəti iqtisadi gəlişmə görüntüsü ilə tovlanıb. Nurçuların kommersiya şirkətlərinin bu qədər uğurlu olması kommunist düşüncəsinə dayanır – özündən al, özünə ver.

Təşkilatlanmaları

Şəxsiyyətləri və dəyərləri inhisara götürməklə ictimai fikirdə çaşğınlıq yaradırlar. Məsələn, Mövlana Cəlaləddin Ruminin xatirəsinə həsr olunmuş beynəlxalq simpozium, Atatürk haqqında yazılar, lobbiçilikdə iştirak, ümumtürk ağrı və acılarını dilə gətirmək, TV-Media sahəsində baza yaratmaq, dünyanın bir çox ölkələrində türk məktəblərinin qurulması, təhsil üzrə respublika və beynəlxalq olimpiadalar təşkil etmək, konsert proqramları hazırlamaq və s…

Fəthullah Gülənin istiqamətləndirməsi ilə indiyədək 90-dan çox ölkədə təxminən 500 lisey, özəl məktəblər (ibtidai təhsil məktəbləri), 400-dən çox təhsil və dil kursları, universitetlər, tələbə yataqxanaları (nurçu yurdları), vəqflər (idarə), biznes şirkətləri açılmışdır. Bu təşkilatlar vasitəçiliyi ilə 100.000-dən çox şagirdə təhsil verildiyi təxmin edilməkdədir.
Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrin bir hissəsini Nur Camaatı təşkil edir və Şəbəkə tərəfindən maliyyələşdirilir.

Nur Camaatının yayınları

“Zaman” Türkiyənin ən çox satılan qəzetlərindəndir. Gündəlik tirajı 1 milyona (!) yaxındır. Həm də Türkiyənin ilk İnternet qəzetidir. Ayrıca olaraq ABŞ, Avropa, Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Rumıniyada yerli buraxılışda nəşr olunur. Nur Camaatı şəbəkəsi 10-dan artıq müxtəlif jurnal nəşr edir və İnternet resursları kifayət qədərdir. Məşhur “Aksiyon” junalı da nəşrlərinə aiddir.

Sistemin iş prinsipi gizliliyə meyilli fəaliyyət (ən önəmli tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır.

Daxildə və Xaricdə Dövlətin və Millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur.

Təşəbbüskarları tərəfindən Türkiyə xaricində məktəb açılmasında Fəthullah Gülənin təşviqləri təsirli olmuşdur.

İndi fətullahçıların görəvi xalqı kapsamaq və kontrolda saxlamaqdır. Buna onların maliyyə bazaları imkan verir.

Nurçuluğun “Azərbaycan planı” – Strateji məqsədlər

“Asiya Dialoqu” İctimai Birliyi və “Qafqaz Media Mərkəzi”nin fəaliyyəti haqqında

Əsasən içdə və ətraf ölkələrin tələbələrinin, jurnalistika və TV jurnalistika sahəsində çalışan şəxslərin seminar müzakirələrini təşkil etmək, təcrübə mübadiləsi, staj proqramları – ixtisas təkmilləşdirmə kursları, sertifikatla təmin olunma, layihə çərçivəsində Türkiyənin nüfuzlu TV-Media qurumlarına işlə təmin olunma, ali məktəblərdə təhsil almaq, ezamiyyət səfərlərini gerçəkləşdirmək üçün imkanın yaradılması və s. kimi işlər həyata keçirilir. Bu “maarifləndirmə” işində iştirak etmək üçün tanınmış şəxsləri dəvət etmək, öz tərəflərinə çəkmək, özlərinə tərəfdaş toplamaq isə işin təbliğat yönüdür.

Tanış isimlərdən – “ANS”-dən tanınan, 2005 –ci ildə təsis edilən “Asiya Dialoqu” İctimai Birliyinin həmtəsisçisi və başqanı (eyni zamanda Qafqaz Media Mərkəzinin də başqanı) Sevil Nuriyeva, bu birliyin 2007-ci ildən yaradılan layihəsi – Qafqaz Media Mərkəzinin koordinatoru və “Asiya Dialoqu” İctimai Birliyinin icraçı direktoru, jurnalist Könül Şamilqızı və s. təriqətin Asiyaya yayılması üçün görünür görəvləniblər.

Təhsil təbliğatı – “Çağ” Öyrətim İşlətmələri”

Nurçuluq Azərbaycanda təbliğata (hiss edilməyəcək tərzdə) təhsil sistemindən başladılıb. Azərbaycanda Nurçuluğun özəyini “Çağ” Öyrətim İşlətmələri Məhdud Məsuliyyətli Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir. Türkiyədən gəlmiş iş adamlarının “müştərək təhsil müəssisələri açmaq” təklifləri işin tərkib hissəsi kimi görünür.

Türkiyənin dünyada açılan ilk Türk Liseyi – “Naxçıvan Özəl Türk Liseyi”! Azərbaycana yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada Sovet idarə üsulunun ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı – “AR Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı”ndan 14 gün sonra, 1 noyabrda ilk dəfə Naxçıvanda fəaliyyətə başladılar. Azərbaycana gətirilən bir çox pozuculuğun adı Heydər Əliyevlə bağlı olduğu kimi, bunun da razılıq gəlişi Əliyevlə bağlıdır.

Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin maraqlarına uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu sırınmalara bir neçə misal; “Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və ictimai xadim, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır... Muxtar Respublika Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş...” , “Prezident İlham Əliyevin diqqət və qayğısını daima hiss edən Universitet kollektivi...” , “Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş Heydər Əliyevin şəxsi göstərişi ilə...” , “Universitet Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd və digər təqaüdlər...” və b.

İlk yerləşməyə Naxçıxan (“Naxçıvan Özəl Türk Kolleci” adıyla. 1 dekabr, 1991), Bakı və Sumqayıt şəhərlərində başlamışlar.

Azərbaycan-Türkiyə Özəl Ümumtəhsil Müəssisələri (“Çağ” Öyrətim Şirkətinin layihələrindən):

“Araz” Hazırlıq” Kursları – Zaqatala, Qax, Şəki, Gəncə, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran, Sumqayıt, Bakı (əsas korpus, Nəsimi rayonunda, Xətai, Sabunçu rayonları, eləcə də Bakıxanov qəsəbəsində).

Bakının Nizami rayonunda da fəaliyyət göstərirlər, Bərdə rayonunda isə kursun açılış işləri gedir.

Azərbaycan – Türkiyə Özəl Türk Liseyləri – Şəki, Mingəçevir, Gəncə, Ağdaş, Quba, Şirvan, Lənkəran, Sumqayıt, Bakı.

“Zaman” Öyrətim Şirkəti nəzdində Naxçıvan Türk Liseyləri – Naxçıvan Türk Liseyi, Ordubad Qız Liseyi, Ak. Əhməd Mahmudov adına Şərur Türk Liseyi. Naxçıvandakı təhsil müəssisələrinin adı qeyri-dövri və virtual nəşr proyektlərində əksər hallarda göstərilmir.

Bakı Özəl Türk Liseyinin regional filialları – Mingəçevir filialı, Ağdaş filialı, Quba filialı, Şirvan filialı, Lənkəran filialı, “Dədə Qorqud” filial (Bakı şəhərində).

Öz məlumatlarına görə hər il liseylərinə orta hyesabla 8-10 min şagird müraciət edir.

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası – I-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil standartları əsasında aparılır.

“Qafqaz” İlköğretim Okulu (ibtidai təhsil məktəbi) – I-VIII sinif şagirdlərini əhatə edir. Məktəbə Türkiyə Cümhuriyyəti vətəndaşlarının uşaqları qəbul edilir və təlim-tərbiyə işi Türkiyə Cümhuriyyətinin təhsil standartları əsasında aparılır.

Şagirdlərə yay tətilində müxtəlif müddətli istirahət düşərgəsi, İngiltərədə və ABŞ-da dil kursları təşkil edirlər. (Bu qədər maliyyələrinin olmasına adam heyrət edir).
Diqqət yetirsəz görəcəksiz, bölgələr üzrə paylanmada Sünnilik faktoru əsas götürülüb.

“Araz” Hazırlıq” Kurslarında vəziyyətlə bağlı

“Nur evləri”

Oğlanlar üçün qruplara “abi”lər, qızlar üçün qruplara “abla”lar başçılıq və nəzarət edir. Abilər “Çağ”-ın yeni vaxtlarında Türkiyədən gətirilirdi, şirkət püxtələşmə mərhələsini adlayandan sonra, artıq “yerli kadrlardan” seçilməyə başladı. Az qala hərbi rejim xarakterli kurs – yataqxanalarında şəriət qaydaları əsasında yaşam tədbiq edilir.

Abituriyentlər “Zaman-AZƏR” MMC firmasının nəşr məhsulları və dini ədəbiyyatla pulsuz təmin edilir. Psixoloji təsir o qədər yeriyir ki, “Kərbəla-Aşura” məzmunlu filmlərin nümayişi zamanı zalda oturub ağlayanlar da olur, kursun təhsil müddətini tam bitirib evlərinə dönməyən məzunlar da olur.

Abituriyentləri şirnikləndirmək, abilərin tapşırıqlarını, buyruqlarını yerinə yetirmələrinə mənəvi borc yaratmaq üçün abilər abituriyentlərin bufet xərclərini ödəyirlər. Naşı abilər abituriyentlərə təpinsələr, vursalar belə “tələbələrin” onların üzünə ağ olmağa, çəmkirməyə mənəvi haqları çatmır. Abilər özləri də rəhbərliyə hesabat verirlər. (Çox mütəşəkkil iş qurulub).

“Araz” Hazırlıq” Kurslarında təhsil alan abituriyentlərdən kursda “yaxşı oxuyanlar”, dini təsirə düşənlər (“Nur Tələbələri”) – namaz qılmağı öyrənən, şəriət buyruqlarına əməl edənlər müəyyən vaxtdan sonra xüsusi evlərə – “Nur evləri”nə yerləşdirilir. Burada mədrəsə tipli molla təhsili verilir.

“Nur evləri”nin birinci məqsədi sosial baza – insan qaynağı qazanmaq və yeni təsirə düşənlərin beyninə Camaatın təlimlərini yeritməkdir.

Nikah məsələsi də önəmli sayılır. Öz şəbəkələri daxilində ailə həyatı qurmaları üstünlük yaradır. Bu, nəzarətçi müəllimlər – “Abi” və “abla”lara da aiddir.

• Kursun adının hallanmaması üçün polisə girişmirlər. Hətta kursu bitirib təhsil haqqını ödəməyən məzunları belə, polisə şikayət etmirlər.

Kursun məzunlarından 400-dən, 500-dən, 600-dən çox bal toplayanlar Qafqaz Universitetin ixtisaslarını seçməyə təhrik edilir. 100-dən, 200-dən aşağı və bundan yuxarı bal toplayanlara isə Bakı İslam Universitetinin Zaqatala filialını, AMİ-nin Şəki filialını və BDU-nun “Dinşünaslıq” fakultəsini seçmək tapşırılır.

Bakıda “Damla”, Sumqayıtda Nizami Gəncəvi adına tələbə yataqxanaları (nurçu yurdları) fəaliyyət göstərir.

Azərbaycan yayınları və əhatəsi

Azərbaycanda “Zaman-AZƏR MMC firması”, “Nurlar” mətbəəsi, “Zaman” qəzeti, “Ailəm” jurnalı, “Quba “Nur” Studiyası”, şimal zonasını edən “Nurlu Sabah” Uşaq-Gənclər Təşkilatı (Quba r.), “Araz Hazırlıq Kursları”, “Araz” Yayınları” MMC, “Araz” dərgiləri, dərsliklər, test bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan “STV” (həmin baza əsasında “Xəzər” TV təsis edildi) və b. şəbəkənin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.

İşin yayıcılığını stimullaşdırmaq üçün adların seçilməsində hərəkətdə olmağı bildirən əlamətlərə, nəsnələrə önəm verilir.

Mətbu orqanlarında məhsulun tirajının göstərilməməsi müəssisədaxili sirr kimi saxlanılır.Təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə mətbu orqanlarının təmsilçilikləri təşkil olunub. Təhsil müəssisələrini mətbu orqanlarla pulsuz təmin edirlər.

Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim olub oturuşandan sonra isə dövlətin total işğalına az qalır.

Bu sadalanan faktlar işin bəlli olan, bilinən tərəfləridir. Yəqin ki, bilinməyən tərəfləri də az deyil.

Sözün sonunda

Fətullahçılığa bağlı kadrların yetişdirilməsi gələcəkdə mühüm dövlət postlarının ələ keçirilməsini nəzərdə saxlayıb. Yadlığa qarşı dirəniş, Millətin özümlü kişiləri tərəfindən bu cür zərərli işlərə qarşı sipər çəkilməlidir. Bu günün xırda bir güzəşti sabahın bölünmə, parçalanma, vətəndaş itaətsizliyinə gətirib çıxaracaq. Sistem qarşısına milli-mənəvi özüllü sistem qoyulmasa zərərlərin qarşısını almaq baş tutmayacaq. İnamsız, əsassız, pozucu təriqətlər, məzhəblər, sektalar burulğanından çıxmağın bir yolu var – İnsanlığın, Azərbaycanın, Türk Dünyasının, Bəşərin nicatı Mütləqə İnam Ruhaniyyatı əsasında özümləşmək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru