HANSI MƏMUR İNQİLAB ETMƏK İSTƏYİR?
Tarix: 15-01-2013, 09:39 | Çap et
FƏZAİL AĞAMALIDAN ŞOK AÇIQLAMALAR«RƏSUL QULİYEVİN AZƏRBAYCAN HAKİMİYYƏTİNDƏ TƏMSİL OLUNAN HƏMİN MƏMURLA İNQİLAB ETMƏK BARƏDƏ SÖVDƏLƏŞMƏSİ İLƏ BAĞLI İPUCU TAPILMALIDIR» Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının AzNews.az-a müsahibəsi: - Yanvarın 13-də Lənkəranda Müsavat başqanı İsa Qəmbərə və onu müşayiət edənlərə hücum baş verib. Məsələyə münasibətinizi bilmək istərdik... - Düşünürəm ki, baş verənlərlə bağlı İsa Qəmbərin özü hüquq-mühafizə orqanlarına müraciət etməlidir və hüquq-mühafizə orqanları da faktla bağlı araşdırma aparmalıdır. Nəticələr isə ictimaiyyətə təqdim edilməlidir ki, bu işi törədənlər kimlərdir. Çünki bu təxribat da ola bilər. Buna görə indidən Azərbaycan hakimiyyətini günahlandırmaq ədalətsizlikdir. Hər halda müxtəlif versiyalar ola bilər. Düşünürəm ki, bunu törədənlər üçüncü kənar qüvvələr ola bilər. Həmin qüvvələr münasibətləri kəskinləşdirib Azərbaycanda xaos yaratmaq istəyə bilərlər. Bunu da istisna etmək olmaz. Odur ki, bu məsələ hakimiyyətlə İsa Qəmbərin münasibətləri müstəvisində müzakirə olunmamalıdır. - Bəs, bir qrup gənc fəalın təşəbbüsüylə baş tutmuş 12 yanvar aksiyası haqda nə deyə bilərsiniz? - Bu aksiyanı internet vasitəsilə müşahidə etdim, ayrı-ayrı media vasitələrində yazılanlarla tanış oldum. Aksiya dinc şəraitdə keçib və polisin müdaxiləsi olmayıb. Hər halda Azərbaycan vətəndaşları öz etirazlarını ortaya qoyublar. Mən bu aksiya haqqında birmənalı fikirdə deyiləm. Hadisələrin sonrakı gedişatını da yaxından izləyəcəm. Əgər bu və ya buna bənzər hadisələr olarsa, o zaman Azərbaycanın daxilində xaricdən idarə olunan təxribatçı qrupların mövcudluğunu düşünmək üçün əsaslar yarana bilər. Həmin qruplar Azərbaycanda keçiriləcək prezident seçkilərinə qədər vətəndaş qarşıdurması yaratmaq və seçkiləri pozmaq istəyə bilərlər. Ona görə də mən məsələylə bağlı indi konkret fikir söyləmək istəmirəm. Amma bundan sonrakı proseslərə uyğun olaraq fikirlərimi konkretləşdirəcəm. Çünki bundan əvvəl də oxşar hadisələr olub, orduda zorakılığa məruz qalan hadisələr baş verib və bütün bunlar hər zaman ürəyimizi ağrıdır. Amma heç zaman bu cür halları siyasiləşdirmək və geniş ictimai narahatçılıq səviyyəsində qaldırmaq üçün əsaslı səbəblər olmayıb. Orduda minlərlə insanlar var və burada hər cür hadisələr baş verə bilər. Təəssüflər olsun ki, orduda olan insanların münasibətlərində tez-tez gərginliklər, düşüncəsiz komandirlərin öz əsgərlərinə pis münasibətləri və sairə bu kimi neqativ hallar olub. Bütün bunların hamısı təəssüf doğuracaq faktlardır. Bu cür hallara qarşı hər zaman rəsmi səviyyələrdə etiraz edilib. Əsgərlər bizim sərhədlərimizi qoruyur, dövlətimizin müdafiəsini təşkil edir və bu yolda şəhid olmağa hazırdırlar. Biz də çalışmalıyıq ki, əsgərlərimiz hər zaman sevgiyə layiq olsunlar. Əsgərə qarşı hər hansı pis münasibət bəsləyən komandirə qarşı mənim çox dərin nifrətim və birmənalı münasibətim var. Lakin bunu götürüb siyasiləşdirmək və məsələ ətrafında siyasi şoular yaratmaq da yolverilməzdir. Bununla bağlı keçirilən son aksiya da məhz bu baxımdan mənə çox təəccüblü gəldi. Amma hələlik bu barədə konkret fikir söyləmək istəmirəm. Hələlik müşahidələr aparacam ki, görək yaxın vaxtlarda daha kimin avtomobilinə hücumlar olacaq? Ola bilər ki, yaxın vaxtlarda kimlərsə fiziki təzyiqlərə məruz qala bilər, tanınmış insanlardan kimlərsə öldürülə bilər və beləliklə Azərbaycanda xaos yaratmaq istəyən qüvvələr bu yolla öz məqəsdlərinə nail olmağa çalışa bilərlər. Bütün bu prosesləri yaxından izləyirəm və düşünürəm ki, Azərbaycan dövlətinin müvafiq qurumları da sadalanan məsələlərin fərqindədirlər. Azərbaycan dövləti kifayət qədər güclüdür, bu və ya buna bənzər təxribatların qarşısını almağa qadirdir. - Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi bəyan edib ki, bu il martın sonlarında Azərbaycanda inqilab baş verəcək. XİN rəsmisinin sözlərinə görə, inqilabı hazırda Azərbaycan hakimiyyətində təmsil olunan oliqarx məmurlardan biriylə xaricdə fəaliyyət göstərən tanınmış azərbaycanlı müxalifətçi birgə təşkil edəcək. Bu açıqlamanı nə dərəcədə inandırıcı sayırsınız? - Maraqlı məsələdir. Hər halda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi səviyyəsində bu cür açıqlamalar verilirsə, o zaman bu kifayət qədər ciddi qəbul edilməlidir. Adətən Xarici İşlər Nazirliyi bu cür faktları diplomatik kanallar vasitəsilə deyil, həm də kəşfiyyat məlumatlarına söykənərək açıqlayır. Ona görə də mən bu cür açıqlamaları ciddi qəbul edirəm. Böyük Britaniya kimi güclü dövlətin Xarici İşlər Nazirliyinin bu cür açıqlamasını qeyri-ciddi qəbul etmək üçün səbəblərimiz yoxdur. Azərbaycan hakimiyyətinə müxalif olan və xaricdə yaşayan şəxsin adı bəllidir. İndi xaricdə Azərbaycan müxalifətçisi kimi fəaliyyət göstərən şəxs Rəsul Quliyevdir. Çalışmaq lazımdır ki, Rəsul Quliyevin Azərbaycan hakimiyyətində təmsil olunan həmin məmurla inqilab etmək barədə sövdələşməsi ilə bağlı ipucu tapılsın. Düşünürəm ki, bunu tapmaq Azərbaycanın hüquq-mühafizə orqanları üçün çox da çətin olmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|