
Xəbər vermişdik ki, "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmen vaxtı ilə (2017) Türkiyədə “Xeyr” (“Hayır”) kampaniyasını dəstəkləyənlərdən olub.
2017-ci ildə Ərdoğanın qərarına qarşı olanlar "Xeyr" (“Hayır”) kampaniyasına qoşularaq sosial şəbəkədə paylaşım edib. "Hayır" sözü yazılmış fotonu profil fotosu edib.
32gun.az-ın məlumatına görə, bu gün isə diqqət çəkən məqam "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmenin Instagram"dakı hesabında erməni bayrağı paylaşmasıdır.
Belə ki, E.Türkmən "Been to:" yazaraq getmiş olduğu ölkələrin bayraqlarını paylaşıb. "Bio" deyilen hissədə yazılan qeyddən belə anlamaq olur ki, o Azərbaycandan sonra Ermənistana yollanıb.
Həmin fotonu təqdim edirik:

