RABİTƏ NAZİRLİYİNDƏ SAXTA DİPLOMLU APARAT RƏHBƏRİ
Tarix: 6-10-2012, 12:37 | Çap et
ƏLİ ABBASOV HARA BAXIR?
Hələ bir müddət əvvəl mətbuat səhifələrində Səngəçalda yeni qəsəbənin salınması barədə məlumatlar dərc olunmuşdu. Bu məlumatlarda marağımıza səbəb olan məqamlardan biri həmin qəsəbədə inşa olunmuş villaların yalnız son dərəcə zəngin sayıla biləcək məmur və iş adamları üçün nəzərdə tutulduğunun israrla vurğulanması idi. Həm də bu iddianın təsdiqi kimi materiallardan birində belə bir cümlə diqqətə gətirilmişdi: “Burada hətta məmurların ən “xırdası” hesab oluna biləcək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun da villası var”. Əlbəttə, müxtəlif mənbələrin ölçü etalonları da müxtəlif ola bilər. Hər halda bu gün V.Zeynalovun əməkdaşı olduğu nazirlik daxilində tutduğu mövqeyi, malik olduğu imtiyazlar və irəli atdığı iddialar onun çapının heç də ən kiçik olmadığından xəbər verir. Əldə etdiyimiz məlumatlarda nazirliyin aparat rəhbərinin “imtiyazları” ilk növbədə dövlət vəsaitləri ilə maxinasiyaların həyata keçirilməsi imkanına malik olması ilə səciyyələndirilir.
Bildirilir ki, V.Zeynalovun tam nəzarətində fəaliyyət göstərən “PEZ poçt və turizm” özəl müəssisəsi də məhz bu maxinasiyaları reallaşdıracaq bir mexanizm kimi yaradılmışdır. Adını aparat rəhbərinin qohumları və ya ailə üzvləri olan şəxslərin adlarındakı baş hərflərin kombinasiyasından almış bu qurumun 20-25 nəfər civarında əməkdaşı olduğu iddia olunur. Məlumatlarda həm də göstərilir ki, bu müəssisənin maliyyələşdirilməsi tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ayrılan vəsaitlərin hesabına həyata keçirilir. Müəssisənin konkret funksiyaları isə faktiki olaraq bilavasitə nazirliyin tərkibində dövlət statusunda fəaliyyət göstərən digər qurumlar tərəfindən icra olunur. Bundan başqa GUNDEMINFO.AZ-a təqdim olunan materiallarda V.Zeynalovun iş kabinetinin arxasında yerləşən istirahət otağının ölçüləri və dəbdəbəsi də bu məmurun xüsusi imtiyazlarının göstəricisi kimi önə çəkilir. Digər tərəfdən isə aparat rəhbərinin məsul dövlət vəzifəsi tutduğuna rəğmən ona qarşı ali təhsil haqda saxta dioplom almağına dair irəli sürülən ittihamlar da V.Zeynalovun iddialılığından xəbər verir. Belə ki, mətbuat səhifələrində bu barədə yayımlanan məlumatlarda məlum şəxs tərəfindən 2008-2009-cu illərdə saxta yollarla doktoranturaya qəbul edilmiş bəzi məmur və iş adamlarının adlarından tərtib edilmiş siyahı əks olunurdu. Həmin siyahıda da beşinci mövqe məhz: “5. Zeynalov Vidadi Zeynal oğlu (19.01.2009-cu ildə qəbul edilib) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəridir” kimi tərtib olunmuşdu. Bununla belə saxtakarlıqda ittiham olunan məmurun ən azından hələ də hər hansı araşdırmalara cəlb olunmaması yenə də onun “böyük çapına” işarədir.
Bu arada isə dolayısı ilə də olsa, həmçinin V.Zeynalovun maraqlarına təsir göstərə biləcək daha bir xəbərin aqibəti yenidən xatırlanmaqdadır.
Bir neçə ay əvvəl bəzi müzakirələrə səbəb olmuş məlumat Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilməsi ilə bağlı oldu. Özəl mənbələrə istinadən eksklüziv olaraq xəbər verilirdi ki, bu posta Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Vahid Zeynalov təyin olunub. Həm də invormasiya vasitələrində vurğulanırdı ki, Vahid Zeynalov Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun qardaşıdır və uzun müddətdir ki, MTN-də məsul vəzifələrdə çalışıb. Az sonra isə yeni təyinat barədə xəbərlər təkzib olundu. Vahid Zeynalovun isə əvvəlki vəzifəsində fəaliyyətini davam etdirdiyi bildirilidi. Bu gün isə bəzi mənbələr məhz Vidadi Zeynalovun fəaliyyətində yer almış ciddi korrupsiya əməllərini sözü gedən təyinatın baş tutmamasına əsas səbəb kimi göstərirlər. “PEZ poçt və turizm” müəssisəsinin fəaliyyətinə gəlincə isə, mənbələr bu yaxınlarda bizə bu haqda daha ətraflı məlumatlar təqdim edəcəklərini bildiriblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|