
“Mənim işim, sənətim budur. Yazıram, kitabım çapa hazırlanır. Mən şeir yazanda şair oluram. Şeir yazmayanda kitab oxuyuram. İlham pərisi nə vaxt gəlsə yazıram. Bunun vaxtı yoxdur”
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib. O daha sonra son günlər teatrlarda baş verən hadisələrə bu cür yanaşma sərgiləyib:
“Bunu Mədəniyyət Nazirliyindən soruşun. Vəzifəyə o qoyur, o çıxarır. Mən nə teatrla, nə də artistlərlə məşğulam. Ziyalı getsin öz şeirini, romanını yazsın. Ziyalının nə işi var ki, teatrda artist artisti döyür, döymür. Teatrın direktoru var, baş rejissoru var, Mədəniyyət Nazirliyi və müavinləri var. Onlar bununla məşğul olmalıdır. Ziyalının sözünə kimdir baxan? Mən deyəcəm ki, get teatrın direktorunu çıxart, çıxaracaqlar?” deyə xalq şairi bildirib.