
Quba rayonunun Gədikqışlaq kənd sakini Qahirə İbrahimova deyir ki, 8 övladı var və çox ağır şəraitdə yaşayır. "DİA-AZ"ın məlumatına görə, vətəndaş deyir ki, bir övladının səhhətində ciddi problem var, ağır əməliyyat olunub, əməliyyatdan sonra 2019-cu ildə övladına əlillik təyin edilsə də, 2023-cü ildə aldığı müavinət dayandırılıb. İbrahimova bildirir ki, əliliyinin təkrar təyin olunması üçün lazimi sənədləri aidiyyatı üzrə göndərsə də, bu günə qədər heç bir cavab ala bilməyib.
Vətəndaş digər övladlarının da səhhətində problemlər olduğunu bildirir . O qeyd edir ki, övladlarının dərmanlarını alıb, normal qidalandıra bilmir, çox acınacaqlı vəziyyətdə yaşayır.
Qahirə İbrahimova aidiyyatı qurumlara müraciət edərək övladının əliliyinin bərpa edilməsi və maddi duruminun yaxşılaşdırılması üçün ona yardım etmələrini xahiş edir.