
"Şikayətim "Kontakt Home"dandır..." "DİA-AZ" bildirir ki, bu paylaşımla ictimai fəal Aytən Nur çıxış edərək, sözügedən ticarət şəbəkəsinin toruna düşməsindən gileylənir.
Narazı vətəndaş daha sonra yazır: "Hə bunlardan məhsul aldım 5 gün öncə. Üzləri ağ olsun... istifadə edəndə partladı. Paxlavam yarı bişmiş qaldı. Dünən apardım şirkətə, məlumat verdim. Mənə dedilər bayramdan sonraya qalacaq. Servis baxmalıdır. Tez olsun deyə özünüz apara bilərsiz amma... Saat 19-a qədər işləyir, dedilər. Baxdım, yeddiyə işləyib... vaxt var.
Metəronun "İnşaatçılar" stansiyasından "20 Yanvar" stansiyasına nədir ki, dedim.... Dedim, zəng vursanız xəbər alardıq. Dedilər, telefon nömrəsi bilmirik. Allahı çağırıb taksi vurdum. 18:30-da orda idim, amma bağlı idi. Qapıya "18:00" yazılmışdı. Ağır məhsul idi... neynəyim. Geri qaytara bilmirdim. "Rkx" mühafizəsi dedi ki, qoy bura. Səhər gəlib götürərsiniz.
Gəldim bu gün götürdüm apardım . Dedilər, vallah, bizlik bir şey yoxdur. Qaldı bayramdan sonraya. Orda da dedilər ki, istəyirsiniz aparın "Qarayev" filialına... bəlkə tez olar. Dedim, yox əşi... eşşək palçığa bir dəfə batar..."