
Ağsu rayon icra hakimiyyətinin son ilə dair maliyyə fəaliyyətinin təftişi qərarı verilib. Bu barədə "DİA-AZ"a hökumətdəki mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, yoxlamalara səbəb hazırki icra başçısı Rövşən Bağırovun ciddi yeyintiyə yol verməsi faktıdır.
Mənbə iddia edir ki, vəziyyət o qədər acınacaqlı və biabırçıdır ki, nəhayətdə "yuxarılar" yoxlama qərarı verib: "Bu proses başının həbsi ilə də yekunlaşa bilər. Gözləyək..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...