Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Tarix: 25-12-2024, 10:21 | Çap et
Ötən ayın sonlarında mediada daha bir korrupsiya faktı ictimailəşdi. 35 şirkətə rəhbərlik edən(?) şəxs həbs edildi. Rəsmi açıqlamalara görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib olan 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Məlum oldu ki, Fəqani Rəhimov bu “işgüzar aləm”də tək deyilmiş. Aparılan istintaqla bir neçə vəzifəli şəxslərin də qanunsuzluqlarının üstü açıldı. F. Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub. Söhbət dövlət satınalmaları – tenderlər, kotirovka sorğuları - adı ilə dövlət büdcəsinin talanmasından gedir...
Bu olayı səbəbsiz xatırlatmadıq... Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də, gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir... Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir məlum bazası, potensialı olmayan şirkətlər “qalib” olur.
Beyləqan belə “PROQRES” edir...
Beyləqan Rayon İcra Hakimiyyəti də, silsilə tenderlər keçirib, dövlətin pulunu müxtəlif adlarla xərcləyən dövlət strukturlarındandır. Belə tenderlərdən biri də, yaxın günlərdə yekunlaşdırılıb. 17.12.2024-cü il tarixdə bu İcra Hakimiyyəti "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Beyləqan Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri qarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 110.592 manat ödəməli olacaq.
Bu arada beyləqanlı oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, dəfələrlə dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, rayon ərazisində, hətta rayon mərkəzində yollar bərbad olaraq qalır.
Məlumat üçün onu da bildirək ki, tərəflər arasındakı bu müqavilə ilə rayonun 6 küçəsinin – M. Əsədov, Ə. Vahid, Z. Əliyeva, M. Ə. Rəsulzadə, Barat Quliyev və C. Naxçıvaniski – təmiri nəzərdə tutulur.
Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi Beyləqan Rayon İcra Hakimiyyətinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi "PROQRESS İNŞAAT EN" MMC ilə bağlıdır. Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)
İnternet üzərindən araşdırmalarımızla yalnız o məlum oldu ki, "PROQRESS İNŞAAT EN" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Pivə zavodu ev 24/6, qanuni təmsilçisi isə İslamov Nazim Əli oğludur. Dövlət Reyestrinə daxil edilmiş məlumata görə, 07.07.2022–ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
***
Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.
Belə olan halda yumşaq desək "PROQRESS İNŞAAT EN" MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi Əziz Əzizov dövlətin pulunu etibar edir? İlin-günün bu vaxtında internet üzərindən əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Beyləqan Rayon İcra Hakimiyyətinin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)
Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...
***
Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova 7 sualdan ibarət online sorğu ünvanladıq... Bu ayın 17-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər.
Cənab Əziz Əzizova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...
Yenixeber.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02 |
|
|
|
• Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00 |
|
|
|
• Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59 |
|
|
|
• 31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56 |
|
|
|
• Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56 |
|
|
|
• Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
• "Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47 |
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
|