Azərbaycanda da bir xeyli insanın rəğbət bəslədiyi Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətinin 6-cı gününü arxada qoydu. Bu müddətdə o, (hələlik) aşağıdakı addımları atıb: 1. Zorlamada, pul mənimsəməkdə ittiham olunan, alkoqolik, mayor rütbəsi olan keçmiş milli qvardiya hərbçisi Pit Heqseti dünyanın ən böyük qurumu və büdcəsi olan Pentaqonun başçısı təyin etdi; 2. Meksika körfəzinin adını dəyişərək onun Amerika körfəzi adlandırılması barədə sərəncam imzaladı; 3. Danimarkanın baş naziri ilə telefonla danışaraq Qrenlandiya adasının ABŞ-a verilməsini tələb etdi; 4. Öz təbirincə desək, dəniz sahilində yerləşən və cəlbedici məkan olan Qəzza zolağının sakinlərinin Misirə və Iordaniyaya köçürülməsini bu dövlətlərin başçılarından istədi; 5. ABŞ vergilər nazirliyi funksiyasını yerinə yetirən IRS-in (Internal Revenue Service) 80 min əməkdaşını ixtisar etdi; 6. ABŞ Konstitusiyasının tələblərinə zidd olaraq ölkə ərazisində doğulmuş qanunsuz miqrantların uşaqlarına ABŞ vətəndaşlığı verilməsinin ləğv edilməsi barədə sərəncam imzaladı; 7. Özü ağılda olan şəriki Ilon Maskın vasitəsilə Almaniyanın və Böyük Britaniyanın ifrat sağçı (millətçi) partiyalarına açıq şəkildə siyasi dəstək verdi; 8. Onu tənqid etmiş və dövlətin mühafizəsi altında olan bütün düşmənlərini həmin mühafizədən məhrum etdi və bunlar da hələ hamısı deyil. Trampın və onun özünə layiq komandasının xaos dünyasına xoş gəldiniz!