“Ermənistanda bir çox insan qanunvericilikdə “soyqırımı”nın inkarını cəzalandıran maddənin olmasından xəbərsizdir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Samvel Martirosyan deyib.
O, “erməni soyqırımı”nın inkarına görə üç istiqamətli cəza tədbirinin nəzərdə tutulduğunu bildirib:
“Qanunvericiliyimizə əsasən din, irqi ayrıseçkilik və digər səbəblərdən insanlığa qarşı törədilmiş soyqırımı cinayətlərinin inkarı cəzalandırılmalıdır. Bunun üçün ya pul cəzası, ya ictimai işlərə cəlb olunma, ya da həbs olunma kimi tədbirlər nəzərdə tutulur. Hansı cəzanın verilməsi fərdə və əməlin törədilmə şəklinə görə dəyişir. Məsələn, bir vəzifəli şəxs, yaxud nüfuzundan istifadə edərək onun dəstək olduğu başqa biri açıq şəkildə kütləvi informasiya vasitələrində, ya da insanlar qarşısında inkar səsləndirirsə, onu 2 ildən 5 ilədən həbs cəzası gözləyir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrədə diaspor üzvləri ilə görüş zamanı “erməni soyqırımı” iddiasının kökünün araşdırılmalı olduğunu bildirib. O, bu iddianın Türkiyənin NATO-ya üzvlüyünə qarşı sovetlər dönəmin məqsədli şəkildə ortaya atıldığını deyib.