31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                 

Sahibkarların kütləvi həbsi nədən xəbər verir? - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 5-12-2024, 00:22 | Çap et
Sahibkarların kütləvi həbsi nədən xəbər verir?
Azərbaycanda ixracla məşğul olan sahibkarların həbsi davam edir. Baş Prokurorluğun yaydığı məlumatda 10-a yaxın MMC-nin rəhbərinin kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmadığına görə cinayət məsuliyyətinə cəlb olunduğu, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildiyi vurğulanır.

“İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib”, - prokurorluğun məlumatında qeyd olunur.

İş üzrə “T-Ekport” MMC tərəfindən 3.2 milyon dollardan artıq pulun bank hesabına qaytarılmamasına görə, Yaşar Oktay oğlu Əhmədov;

“Mövlud98”, “Elektrodom”, “Sultan-1996”, “Seymuroğlu” MMC tərəfindən ümumilikdə 3 milyon dolların qaytarılmamasına görə Rahil Vahid oğlu Bürcalızadə;

fiziki şəxs Nağıyev Əziz Balaca oğlu 2.2 milyon dolların, Hüseynli Musa Yunis oğlu “Ümüd 059” MMC tərəfindən kənd təsərrüfatı məhsullarından əldə olunan 4.3 milyon dolların ölkəyə gətirilməməsinə görə;

“Aysan AS” MMC tərəfindən Azərbaycandan İrana ilə ixrac edilmiş "yaş biyan kökü" yükündən əldə olunan 865 min dollardan artıq vəsaitin bank hesabına qaytarılmamasına görə İİR vətəndaşı Ashktorab Javad Habib;

“Alke İnşaat Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı tərəfindən Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan 393 min dolların qaytarılmaması müəyyən edildiyindən Türkiyə vətəndaşı Oğuz Erkan;

“Avalon S” MMC tərəfindən Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan 379 min dollardan artıq məbləğdə pulun qaytarılmaması səbəbindən Rzayev Arif Fəxrəddin oğlu barəsində həbs qətimkan tədbirləri seçilib.

Adları qeyd olunanlarla yanaşı, bu il ərzində xeyli digər sayda sahibkar da bu əmələ görə məsuliyyətə cəlb edilib. İş adamları bir qayda olaraq Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilirlər.

Pressklub.az-a anonimlik şərti ilə danışan iş adamı bildirib ki, əslində ixracla məşğul olan sahibkarlar qazandıqları pulun çox hissəsini ölkəyə qaytarırlar: “Amma bank vasitəsi ilə yox, digər vasitələrlə. Ən populyar olanı “həvalə” sistemidir. Bu işlə məşğul olan xüsusi adamlar var, hər iki ölkədə onlar “yuxarılarla” əlbir işləyirlər. Məsələn, Rusiyaya pomidor aparıb satan şəxs qazandığı pulu “həvalə” sisteminin adamına təhvil verib, onun Azərbaycandakı adamlarından alırlar. Bu zaman bankların tutduğundan da az faiz ödənilir”.

Sahibkar həmkarlarının ölkəyə banklar, və ya nağd şəkildə bəyan edərək pul gətirməkdə maraqlı olmadığını qeyd edir: “Çünki müəyyən qurumlar bank məlumatlarından istifadə edib sahibkarları “dolaşdırmaqla”, hədə-qorxu gəlməklə pul tələb edir. Bəlli deyil, onların pul köçürmələrindən necə xəbərləri olur. Amma iş adamı evinə çatmamış onu çağırıb “haqq-hesab” tələb edirlər”.

Həmsöhbətimiz vurğulayır ki, sahibkarların qara yollara baş vurması həm də maarifsizliklə bağlıdır. Onun sözlərinə görə, bir çox iş adamları hətta xaricə mal satıb pulunu ölkəyə gətirməməyin cinayət olduğunu belə bilmir. “Açığı, uzun illər hamı belə işləyib, heç kim də dəyib-toxunmayıb. Amma indi kəmərləri sıxırlar, nəticədə xeyli sayda iş adamı həbs olunub, çətin vəziyyətə düşüb”, - o qeyd edib.

İş adamı qeyd edir ki, sahibkarları həbs etmək çıxış yolu deyil: “Məlumdur ki, illər ərzində ixracla məşğul olan şirkətlər yaranıb, əlaqələr qurulub, əvvəlki pərakəndəlik yoxdur. İndi bu adamları tutub içəri atmaq ölkədən mal ixracına ciddi ziyan vuracaq. Onları əvəz edəcək adamlar azdır. Məncə, gömrükdə, istintaqda onları çağırıb izah etmək lazımdır, bəlkə xaricdə mal sata bilməyib, ziyana düşüb, onu soruşmaq lazımdır, yoxsa, yaxalayıb həbsxanaya salmaq çıxış yolu deyil”.

Həmsöhbətimiz, ehtimal edir ki, bu sahəni də monopoliya edəcəklər. “Camaat əkib-biçdiyini “yuxarıdan” müəyyən edilən şirkətlərə verəcək, onlar da aparıb satacaq, pulları da özləri qazanacaq, daha hər adam ölkədən mal çıxarıb sata bilməyəcək. Əgər, belə olsa, kənd təsərrüfatına böyük ziyan dəyəcək”, - həmsöhbətimiz vurğulayıb.

Həbsləri Pressklub.az-a şərh edən hüquqşünas, ekspert Əkrəm Həsənov isə bildirib ki, iş adamları iki halda məsuliyyətə cəlb edilirlər və həqiqətən onların əməlində cinayət tərkibi var: “Birincisi, bəzi sahibkarlar xarici partnyorları ilə müqavilə bağlayıb, ölkəyə mal-məhsul gətirmək üçün banklar vasitəsi ilə vəsait köçürürlər. Qanunvericilikdə müəyyən olunmuş müddətdə həmin məhsul, yaxud ödənilən vəsait Azərbaycana qayıtmazsa, nəzarətçi orqan olan Mərkəzi Bank tədbirlər görür. Əvvəlcə sahibkarlarla əlaqə saxlanılır, xəbərdarlıq edilir, nəticə verməzsə, hüquq-mühafizə orqanlarına müraciət olunur.

İkinci halda, fərdi sahibkarlar və ya MMC-lər ölkədən kənd təsərrüfatı məhsullarını satmaq məqsədi ilə xarici ölkələrə aparır. Yenə qanunla müəyyən edilmiş müddətdə əldə olunan gəlir banklar vasitəsi ilə ölkəyə gətirilməsə, sahibkar məsuliyyət daşıyır. Bu halda, nəzarətedici orqan Dövlət Gömrük Komitəsi aidiyyatı qurumlara müraciət edir və cinayət təqibi başlayır”.

Ə.Həsənov vurğulayır ki, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi və istintaq aparan qurumlar sahibkarın xaricdə düşdüyü durumu nəzərə almırlar: “Ola bilər, iş adamı məhsulu sata bilməyib, zərərə düşüb, yaxud onun partnyoru öhdəliklərini yerinə yetirməyib, bunu aidiyyatı qurumlar nəzərə almalıdırlar. Təbii ki, sahibkar düşdüyü vəziyyəti hüquqi cəhətdən təsdiqləyən dəlillərə malik olmalıdır”.

Hüquqşünas deyir ki, belə bir hal ona məlumdur: “Bir iş adamı xaricdə partnyoru ilə məhkəmə çəkişməsində olsa da, Azərbaycanda onu nəzərə almadılar. Bu, yolverilməz haldır, hesab edirəm ki, obyektivlik, şəffaflıq naminə sahibkarların durumu da istintaq orqanı tərəfindən tam araşdırlmalıdır”.

Qeyd edək ki, Azərbaycanda idxalla məşğul olan, monopoliyaya daxil olmayan iş adamlarının çoxsaylı problemlərlə üzləşdiyi məlumdur. Xüsusilə, gömrük və vergi qurumlarının qoyduğu rüsumlar ölkədə idxal mallarının kəskin bahalaşmasının əsas səbəbidir. Təcrübə göstərir ki, monopoliyadan kənar idxalla uzun müddət məşğul olan şirkətlərin sayı azdır. Çünki onlar haqsız rəqabətə, inhisarçılığa, dövlət qurumlarının əsassız müdaxilələrinə tab gətirə bilməyərək, sıradan çıxırlar.

Belə görünür, indi Azərbaycanda təkcə idxalla məşğul olanların yox, ölkədə istehsal olunan qeyri-neft məhsullarını xaricdə satıb ölkəyə valyuta gətirən sahibkarların da ciddi problemləri yaranmağa başlayıb. Dövlət qurumları, ənənəyə uyğun olaraq, sahibkarlara dəstək olmaq əvəzinə onları “kökündən kəsib” atmaqda maraqlıdırlar. Hər halda, iş adamlarının kütləvi şəkildə həbs edilməsi bundan xəbər verir. Təcrübədən məlumdur ki, bu həbslər ixrac sahəsində son nəticədə inhisara və monopoliyaya aparır. Monopoliyanın iqtisadiyyata “xeyri” isə idxal göstəricilərindən məlumdur: Azərbaycan ən zəruri məhsullarla belə özünü təmin edə bilmir, dövlətin neftdən qazandığı valyutanın 20 milyard dollara qədəri ölkədən çıxır və dolayısı ilə monopolist şirkətləri varlandırır.

İxracda da eyni ssenarinin gerçəkləşməsi, ölkədə sahibkarlıq mühitini daha da bərbad hala gəlməsinə səbəb olacaq.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru