Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib .....                     "Oğlumun qatilinin edamında iştirak edəcəm..." .....                     Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər .....                     Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... .....                     Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi .....                     Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                 

ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Tarix: 20-11-2024, 08:24 | Çap et
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur...
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi (ADNSU) Zümrüd Qurbanova şəxsi münaqişələr zəminində işdən çıxarıldığını deyir.

Vətəndaş bildirir ki, 2024-cü il aprelin 1-də “əmək müqaviləsinin müddətinin bitməsi” bəhanəsilə fəaliyyətinə xitam verilib.

Müəllim deyir ki, Universitetin Kimya-texnologiyası fakültəsinin professoru Yunis Qəhrəmanlı və İnsan Resursları Departamentinin direktoru İlduzə Hüseynova onu şəxsi zəmində vəzifəsindən uzaqlaşdırıblar.

“Son illərə qədər universitetlə müəllimlər arasındakı müqavilə seçkilərin nəticəsinə əsasən 5 illik bağlanırdı. 2024-cü il yanvarın 19-da işlədiyim kafedranın 10 dosentinin, həmçinin mənim də 5 illik müqaviləmiz başa çatdı. Universitet bütün əməkdaşlarla 2 aylıq müvəqqəti əmək müqaviləsi bağladı. Himayəmdə I qrup daun sindromlu övladım var, özüm də II qrup əlil olduğum üçün məcbur razılaşdım. Halbuki 48 il bu universitetdə işləmişəm və müqaviləm də müddətsiz olmalı idi”, – müəllim deyir.

O bildirib ki, iki aylıq müqavilə 2024-cü il martın 19-da başa çatsa da, işə qəbulla bağlı müsabiqənin vaxtı uzadılıb:

“İnsan Resursları Departamentinin direktoru İlduzə Hüseynova müsabiqəni məqsədli şəkildə martın 27-28-nə təyin etdi. Yəni mən və digər müəllimlər işsiz olduğumuz tarixdə müsabiqəyə cəlb olunduq. Müsabiqənin şərtlərinə görə, bütün müəllimlərin iştirakı üçün rektora ünvanladıqları ərizələrə kafedra müdiri tərəfindən dərkənar qoyulur, sənədlər elmi katib tərəfindən toplanaraq kafedra iclasına və ya elmi şuraya təqdimat üçün hazırlanır. Kafedra müdiri Yunis Qəhrəmanlının göstərişilə sənədlərim elmi katib tərəfindən qəbul edilmədi. Bu da kafedra müdirinin mənimlə şəxsi münaqişə zəminində qərəzliyinin və özbaşınalığının, vəzifəsindən istifadə etməsinin sübutudur”.

Zümrüd Qurbanova deyir ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə görə, “professor -müəllim vəzifələrinə seçilmək üçün (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilməlidir:

“Sənədlər seçkidən əvvəl müvafiq kafedra iclasında müzakirə olunmalı, hər bir namizədin elmi-pedaqoji fəaliyyəti obyektiv surətdə qiymətləndirilərək, müvafiq qərar qəbul edilməli, hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi fakültə elmi şurasına təqdim ediməlidir. Müsabiqədən əvvəl və seçki günü müsabiqədən keçən 10 müəllimin, o cümlədən mənim də elmi-pedaqoji fəaliyyətim qiymətləndirilmədi, rəy verilmədi. Kafedra iclasında analıq məzuniyyətində olan görkəmli alim kimi təqdim edilən pedaqoq üstünlük qazandı. Sual yaranır ki, bu yeni təcrübəsiz namizəd niyə heç kimi yox, məhz məni, özü də dərs ilinin ortasında əvəz edib? Bu, Yunis Qəhrəmanlının məni seçki adı altında məhv etmək planını bir daha sübut edir”.

Qurbanova bildirir ki, universitetdə hətta onunla yaxşı münasibətdə olan həmkarları da kafedra müdiri tərəfindən təhdid olunaraq, onun əksinə səs veriblər:

“Bu universitet müəyyən qruplaşmanın əlindədir və onlar istədikləri özbaşınalıqları etməklə əməkdaşların taleyi ilə oynayırlar. Burada təhsildən başqa hər cür işlərlə, hətta mənəvi pozuntularla da məşğul olurlar. İnsan Resursları Departamentinin direktoru İlduzə Hüseynovanın başçılıq etdiyi işbazlar komandası yalnız mənim deyil, universitetin bir çox işgüzar müəllim və əməkdaşlarına qarşı da hüquq pozuntuları edir”.

Müəllim deyir ki, Yunis Qəhrəmanlı savadlı və zəhmətkeş müəllimləri universitetdən uzaqlaşdırır:

“Bu illər ərzində mən hər hansı bir qüsur nümayiş etdirməmişəm. Mənə qarşı törədilən əngəllərə baxmayaraq pedaqoq, peşəsini sevən bir müəllim kimi hər zaman vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Müəllimlərin pedoqoji fəaliyyətləri müzakirə olunmadığı halda, hansı qanuni əsasla məhz mənim – Zümrüd Qurbanovanın elmi-pedoqoji fəaliyyəti mənfi qiymətləndirilib? Guya müsabiqədə səs toplaya bilmədiyim iddia edilib?”

Şikayətçi məsələ ilə əlaqədar Prezident İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyevaya məktub ünvanlayıb.

Məktubları Elm və Təhsil Nazirliyinə yönəldilib:

“Elm və Təhsil Nazirliyinə göndərdiyim teleqram və məktubların heç birindən isə cavab almamışam. Əvəzində mən ADNSU rektoru Vazeh Əskərovun imzası ilə və ard-arda iki gün fərqi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidova ünvanlanmış eyni məzmunlu məktublar almışam. Şikayət etdiyim tərəfin mənə birbaşa cavab ünvanlaması hansı qanuna əsaslanır və nə dərəcədə düzdür? Elm və Təhsil Nazirliyi isə ölkə rəhbərliyindən yönəldilmiş tapşırığa laqeyd qalaraq, tədbir görmək əvəzinə mənim müraciətlərimi yenidən əks tərəfə yönəldir, mənə də gözləməyi təklif edir. Ancaq nə vaxta kimi? Belə halda məsələnin həllinin tapılması şübhə altındadır”.

Zümrüd Qurbanova bildirir ki, iki dəfə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidovun qəbulunda olub:

““İkinci dəfə yenə Samir Həmidovla görüşəndə mənə “Universitetin yiyəsi Vazeh Əskərovdur, onunla şəxsən danışmışam. Biz onun işinə müdaxilə edə bilmərik”, – dedi. Vazeh Əskərov isə universiteti istədiyi kimi idarə edən, hər əməlində saxtakarlığa əl atan İlduzə Hüseynovanın dedikləri ilə oturub durur. Vazeh Əskərovun qəbulunda olduğum zaman mən buna yüz faiz əmin oldum”.

ADNSU-nun ictimiayyətlə əlaqələr şöbəsindən Bəhruz Nəzərov Meydan TV-yə bildirib ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələr bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur:

““Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hərəkət edilib. Əsasnaməyə əsasən, Zümrüd Qurbanovanın 5 ili tamam olub. Müsabiqəyə qədər də işsiz qalmaması üçün iki aylıq müqavilə imzalanıb. Zümrüd Qurbanova müsabiqədən keçməyib, bununla da əmək müqaviləsinə xitam verilib. Sonradan universitetə dəvət olunaraq, ona başqa bir iş təklif edilib, lakin istəməyib. Zümrüd Qurbanova məsələ ilə bağlı məhkəməyə də müraciət edib. Amma məhkəmə onun şikayətini təmin etməyib”.

Elm və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib
Bu gün, 10:31
"Oğlumun qatilinin edamında iştirak edəcəm..." - Orxanın atası İrana GEDƏCƏK
Bu gün, 10:28
Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər – Meyarlar açıqlandı
Bu gün, 10:23
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru