Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Tarix: 18-10-2024, 10:35 | Çap et
Bu ölkədə qulaq hər gün bir söz eşitməsə, həqiqətən də kar olar. Təsəvvür edin ki, bir neçə gün əvvəl "Türk dünyasında sürücülük təhsili" mövzusunda konfrans keçirilib. Əlbəttə, belə konfranslar, forumlar əksər hallarda maxinasiya mahiyyəti daşıyır. Amma hər işin də bir əndazəsi var, heç olmasa elə adda konfranslar təşkil olunmalıdır ki, ictimai-siyasi, sosial-iqtisadi yükü olsun. Axı türk dünyasında sürücülük təhsili iranlılar demişkən, nə mənə şeydi?! Anaxeber.info-nun verdiyi informasiyaya görə, məlum olur ki, konfransda Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri, avtomobillərinin sayı bilinməyən oliqarx-deputat Cavanşir Feyziyev də orada iştirak edibmiş. Bəs, tədbirin əsas məqsədi bilirsinizmi nə olub? Buyurun, tanış olun - "türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etmək, eləcə də sürücülük təhsili sahəsindəki dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılması". Təbii, anlamaq olar ki, türkdilli ölkələr sürücülük sahəsində dünya təcrübəsini biri-birindən öyrənir, bəs deputat Cavanşir Feyziyevin konfransda bu mövzuda danışa biləcəyi nə ola bilər? Ümumiyyətlə, onu heç parlamentdə çıxış edən, deputat olduğu Şəkinin problemlərini, seçicilərin narazılıqlarını iclaslarda qaldıran görən olubmu? Bütün ölkə bilir ki, Cavanşir Feyziyev milyonçudur, dərman və müxtəlif sahələrdə biznesi var. Yəni özünə və siyasi himayədarlarına mənfəəti toxunan şəxsdir. Onun nə deputat kimi nə Milli Məclisə, nə seçicilərə faydası var. Feyziyev bəlkə də parlamentin ən varlı üzvüdür. Ona görə də MM-də çıxış etməsi istisna hallarda yadına düşür, ya da hansısa telekanalda görünür. Əsas onun biznesinin yağ kimi getməsidir. Doğrudur, son illər Feyziyev xüsusən də "Avromed" şirkətində olan payının bir hissəsini satıb, səhmləri azalıb, amma oliqarx həyatında ciddi dəyişiklik olmayıb. Bununla belə, son aylar Feyziyevin məhkəmə işlərindən başı açılmır. Ona aid şirkətin ayrı-ayrı instansiyalarda hüquqi müstəvidə çəkişməsi xəbərləri yayılır. Bu xüsusda şirkət ya cərimələnir, ya da iddia irəli sürür. Misal üçün deputat Cavanşir Feyziyevə məxsus dərman firması olan “Avromed Company” haqqında növbəti dəfə cərimə protokolu tərtib edilib. Dəfələrlə inzibati qaydada cərimələnən dərman firması bu dəfə də gömrük qaydalarını pozub. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozan “Avromed Conpany”nini bu qayda pozuntusuna görə cərimə gözləyir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. "Avromed”lə bağlı işə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Belə bir protokol Nizami rayon Məhkəməsində də qəbul edilib. Həmçinin, Feyziyevin əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” firması ticarət qaydalarını pozmaqda ittiham edilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddəsi ilə protokol tərtib edilib. Habelə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ilə bağlı məhkəməyə müraciət olunub. Sözügedən klinika ilə bağlı məhkəməfə iddianı da məhz deputat Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Ümumiyyətlə, siz internet resurslarında "Feyziyevin "Avromed" və "Dokta" firmaları cərimələndi" yazsanız, təkcə 2024-cü il üçün onlarla belə real, faktla rastlaşa bilərsiniz. Hətta onun "Vita aptekləri" və "Buta farm"ı da bu siyahıda yer alırlar. Bu da göstərir ki, deputat Feyziyev biznesində nələrisə düzgün qurmayıb, qanunları tez-tez pozur, qaydalara riayət etmir... Əgər belə olmasaydı, il ərzində çoxsaylı məhkəmə şikayətləri verilməzdi. Amma görünür ki, Feyziyev öz firmalarının adlarının məhkəmələrdə və mediada tez-tez hallanmasından narazı deyil. Halbuki heç bir biznes sahibi belə mənfi informasiya ilə hər dəfə gündəmə gəlmək istəməz, şirkətlərinin adına neqativ arzulamaz. Onu da deyək ki, bu il martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu iddia edir. Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib. Yəni Feyziyevin nə Avropada, nə Azərbaycanda məhkəmələrdən başı açılmır. Bu faktların özü təsdiq edir ki, o, deputatdan daha çox milyonçudur, adı Qərb və yerli məhkəmələrdə gedən işlərdə hallanır. Görün nə qədər qaranlıq maliyyə işləri həyata keçirilib ki, onun məhkəmə dosyeləri Bakıdan Londona qədər uzanır. Feyziyev kimi deputat, yaxud məmur, nazir biznesmenlərimizin sərvətlərinin, maliyyə ehtiyatlarının gerçək miqdarı barədə heç birimizin dolğun məlumatı yoxdur. Çünki bu pullar əksər hallarda “çirklidir” və maliyyə hesabatlarında, vergi sənədlərində və s. əks olunmur. Ona görə də 50 milyonun Feyziyevin sərvətinin “neçədə biri” olduğunu demək mümkün deyil. Onun biznes səltənətin siyahısına gəlincə, Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisi olduğunu qeyd edir. Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dördulduz "Şəki Saray Hotel"in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsız qoz bağları salıb. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Yəni deputatın biznes fəaliyyətindən çəkildiyini söyləmək mümkün deyil. Və bu zaman sözsüz ki, onun şirkətləri, maliyyə hesabatlarında və digər məsələlərdə müəmmalı fəaliyyəti səbəbindən mütəmadi məhkəmələrdə problemləri olur...
Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
|