“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
 Xəbər verdiyimiz kimi mayın 5-dən 7-dək keçirilən PKK qurultayında təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın müraciəti müzakirə olunub. PKK qurultayda “tarixi əhəmiyyətə malik qərarlar” qəbul edildiyini və bu qərarların yaxın günlərdə – təxminən 13-14 may tarixlərində müvafiq sənədlər və izahatlarla birlikdə ictimaiyyətə açıqlanacağı bəyan edib.
Xatırladaq ki, A.Öcalan 2025-ci ilin fevralında 1978-ci ildə qurduğu təşkilatı silahı yerə qoymağa çağırıb. O, silahlı mübarizəni köhnəlmiş metod adlandırıb və bunu yalnız Türkiyə dövlətinin siyasətinin kürd kimliyini rədd etdiyi və kürdlərin hüquq və azadlıqlarını məhdudlaşdırdığı şəraitdə anlam daşıdığını vurğulayıb. Həbsdə olan PKK lideri Türkiyə hökumətinin son islahatlarının və bölgədəki dəyişikliklərin növbəti silahlı mübarizəni qeyri-mümkün etdiyini söyləyib.
O, bütün kürd silahlı qruplarının silahı yerə qoymalı və PKK-nın mövcudluğuna son qoymalı olduğunu vurğulayıb. Bu, təkcə PKK-nın özünə deyil, onun Suriya, İrandakı strukturlarına, İraq və Türkiyədə də fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyinə (KCK) aiddir.
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Türkiyəli politoloq Hüsaməddin İnaç prosesin diqqətli şəkildə dəyərləndirilməli və hər şeyin bitdiyi qənaətinə gəlmək üçün hələ erkən olduğunu düşünür.
“PKK son qurultayında həqiqətən də önəmli qərarlar qəbul edilib, lakin müəyyən şübhələr qalmaqdadır. Bu qərarlarda xüsusilə demokratik sosializm adlandırdıqları ideologiyanı güclü şəkildə müdafiə edəcəkləri, özlərini siyasiləşdirəcəkləri və indiyə qədər tutduqları yoldan əl çəkməyəcəkləri istiqamətində bir sıra ifadələr yer almaqdadır. Bu, ABŞ, İsrail və Fransa kimi PKK-nın arxasında duran ənənəvi güclərin hələ də bu dəstəyi verməyə davam etdiklərini də göstərir. Bu prosesin əsas uğuru Suriyanın şimalındakı PKK/YPG-nin federalizm, muxtariyyət, regionallaşdırma, yerli hökumət orqanlarının artırılması kimi tələblərinin aradan qaldırılmasıdır. Bu baxımdan müqavimət göstərəcəkləri kifayət qədər aydındır. Xüsusilə İsrail son dövrdə Türkiyə ilə Suriya üzərindən yaşadığı mübahisədən dolayı PKK/YPG-yə dəstəyini daha da artırıb. Bu mənada terrorçuların silahlarının bir qismini ən azından təhvil verməyərək gizlədəcəkləri və sonradan terroru başlatmaq üçün ondan istifadə edəcəkləri açıq görünür. Süleymaniyə, Haseki və ya Qamışlı kimi müxtəlif mərkəzlərdə bu silahların toplanıb orada təhvil veriləcəyi deyilir, amma PKK-ya etibar etmək sadəlövhlük olardı, çünki indiyədək bu proses hər zaman “baş qatmaq” taktikası ilə davam edib”.
H.İnaçın sözlərinə görə, oktyabrda başlayan prosesin hələ də başa çatmaması, hətta qurultayın toplanmasından sonra tam atəşkəs qərarının çıxmaması və bunun ictimaiyyətə açıqlanmaması da bu taktikanın bir hissəsidir:
“Prosesə olduqca ehtiyatla yanaşmaqda fayda var. Xüsusilə idarə heyətinin hara gedəcəyi məsələsi də qeyri-müəyyən olaraq qalır. Onlar böyük ehtimalla Avropaya və terror təşkilatını dəstəkləyən hami güclərin olduqları yerlərə gedəcəklər. Çünki bunlar lazım olanda Türkiyənin təsir dairəsini daraltmaq üçün yenidən bu cür addımlar atacaq olan ölkələrdir. Abdullah Öcalan açıqlamasında ideologiyalarının artıq öldüyünü və günümüzdə konyuktura baxımından PKK-nın varlığının əhəmiyyətini itirdiyini söyləsə də idarə heyəti bunun belə olduğunu düşünmür. Təəssüf ki, gələcəkdə türk cəmiyyətini siyasi baxımdan təhrik etməyə davam edəcəklər və ya geri çəkilməyi düşündükləri bölgələrdən – İraqdan, Suriyadan da ideoloji baxımdan çıxmaq fikrində olmadıqları aşkardır. Onlar hər zaman kürd varlığı üzərindən legitimlik qazanmağa çalışacaqlar. Və əksəriyyəti müsəlman olan kürdlərin heç bir zaman qəbul etmədiyi marksist-ateist, son dərəcə dağıdıcı olan ideologiyalarını qorumağa davam edəcəklər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
|