Binəqədi İH-in göz yumduğu tikilinin sahibi məsuliyyətə cəlb edilib .....                     Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək .....                     Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçilib .....                     Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib .....                     "Oğlumun qatilinin edamında iştirak edəcəm..." .....                     Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər .....                     Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... .....                     Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi .....                     Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                 

Pirverdiyev əlini çəkdi, "Express bank" çöküşdə - Rəqəmlər, faktlar...
Tarix: 11-10-2024, 08:23 | Çap et
Pirverdiyev əlini çəkdi, "Express bank" çöküşdə
Azərbaycanda bank deyəndə ağıla dərhal faiz verən, sələmçi gəlir. Çünki bank sistemi bizdə sümürücü mahiyyət kəsb edir. Avropa nədir, qonşu ölkələrə baxaq, aşağı faizlərlə kreditlər paylanır. Azərbaycanda isə banklar müştərilərin dərisini soyurlar, soğan qabığına çevirirlər. Çünki yüksək faizlə verilən kreditlərin altından çıxmaq müşkül məsələdir. Vətəndaşların gəlirləri o səviyyədə deyil ki, krediti rahatlıqla ödəsinlər. O baxımdan banklar müştərilərə "Məşədi İbad" kimi yanaşırlar - maksimum çox qazanmaq. Daha müştəri məmnuniyyəti, bankın reytinqi, insanları razı salmaq prioritetlər deyil. Ona görə banklar funksionallığını itiriblər. Onların işi-gücü kredit paylayıb, sonra ikiqat artıq geri almaqdır. Hazırda bankların ayrı əməliyyatı, başqa fəaliyyəti və layihələri yoxdur. Bütün bu sistem vətəndaşı soymaq üzərində qurulub.
Rubrika.Az araşdırıb ki, bu siyahıda yer alanlardan biri də "Express bank"dır.
Bankın Müşahidə Şurasının sədri Əfqan Cavadovdur. İdarə heyətinin sədri isə Mehman Məmmədovdur. Onların idarəetmə sistemi faizə pul verib gəlir götürməkdir. Halbuki dünyada banklar nəhəng proyektlər həyata keçirirlər. Amma çi fayda, bu qədər kredit paylanmasına rəğmən rəqəmlərə baxanda "Express bank" geriləməkdədir. Maraqlıdır, niyə?
Belə ki, beynəlxalq konsaltinq və araşdırma şirkəti “Markswebb” Azərbaycan banklarının mobil bankinq üzrə reytinqini açıqlayıb. “Express bank” yeddinci sırada qərarlaşıb. Bu da mobil bankçılıq işinin qurulmasında xidmətin aşağı səviyyədə təşkilini xəbər verir. Deməli, mobil işi də o səviyyədə qura bilməyiblər.
Bundan əlavə, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Express Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% azalaraq 6 milyon 19 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 6 milyon 320 min manat xalis mənfəət əldə etmişdi.
Digər faktlara keçid edək: Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3.3 milyon manat azalaraq 556.8 milyon manata enib. Cari ilin ilk 6 ayında “Express Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.7% və ya 31.7 milyon manat artaraq 440,9 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 205.4 milyon manat ,biznes kreditləri 126.8 milyon manat, daşınmaz əmlak kreditləri isə 108.8 milyon manat təşkil edib.
Bu dövrdə “Express Bank”ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.2% və ya 9.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsa da, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari il iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12.2% və ya 18.6 milyon manat artaraq 170.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 39.1% və ya 30.6 milyon manat azalaraq 47.7 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5.2% və ya 12 milyon manat azalaraq 218.4 milyon manata enib.
Göründüyü kimi, yalnız AZALMA var. Yəni depozitlər geri çəkilir, banka etimad azalır, bu qədər kredit payıansa belə, "Express bank" rentabelli işləmir. Hətta istisna deyil ki, bu rəqəmlər məqsədli şəkildə açıqlanır. Bank özü haqda Mərkəzi Bank və ictimaiyyət qarşısında zərərə düşmüş təəssürat yaratmaq istəyir ki, ondan daha böyük hesabat tələb olunmasın. Hərçənd, bu da məntiqə sığmır, hansı kommersiya qurumu özü barəsində mənfi imic yaratmaq istəyər?
Bununla yanaşı, “Express Bank” ASC-nin Mərkəzi Bank və digər dövlət fondları qarşısında öhdəliyinin məbləği 1 milyon 192 min manat olub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 192 min manat, yaxud da 50% azdır.

Xatırladaq ki, “Express Bank” ASC 2023-cü ildə 12 milyon 015 min manat xalis mənfəət əldə edib. Bankın əldə etdiyi xalis mənfəət 2022-ci illə müqayisədə 3,1% azdır.
Eyni zamanda, Mərkəzi Bankın vaxtaşırı müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlaması insanların Azərbaycandakı banklarla bağlı fikrinin hansı yerdə olduğunu göstərir. Bu, həm də bank sektorunda özbaşınalığın qarşısının alınması üçün nəticəli bir metoddur. Orta şikayət indeksində "Expressbank" da yer alıb. Onu da deyək ki, bu bank "Azərenerji" ASC-nin keşmiş prezidenti Etibar Pirverdiyevə məxsus olub. KİV yazır ki, Pirverdiyevin qaynı Hikmət Xammədov "Express Bank”ın 16%-ə yaxın səhmdarıdır. Pirverdiyevdən sonra bankın zəiflədiyi haqda iddialar var. Artıq yuxarıda açıqlanan rəqəmlər də belə deməyə təsəvvür yaradır. Lakin " Express bank" haqda məlumatlar təkcə bunlar deyil və biz növbəti yazılarımızda yeni araşdırmaları, o cümlədən ölkədəki digər problemli banklar barədə məlumatları ictimaiyyətə təqdim edəcəyik. Bu statistika ilə bağlı bankın mətbuat xidmətinin mövqeyini işıqlandırmağa hazırıq.

Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binəqədi İH-in göz yumduğu tikilinin sahibi məsuliyyətə cəlb edilib - FOTOLAR
Bu gün, 10:39
Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək - Manukyan
Bu gün, 10:34
Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçilib - ADLAR
Bu gün, 10:33
Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib
Bu gün, 10:31
"Oğlumun qatilinin edamında iştirak edəcəm..." - Orxanın atası İrana GEDƏCƏK
Bu gün, 10:28
Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər – Meyarlar açıqlandı
Bu gün, 10:23
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru