"Oğlumun qatilinin edamında iştirak edəcəm..." .....                     Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər .....                     Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... .....                     Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi .....                     Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                 

Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Tarix: 3-10-2024, 08:40 | Çap et
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ...
«Təzadlar» qəzetinə deputat Ağalar Vəliyevə məxsus olduğu şübhə doğurmayan «Kristal Abşeron» Tikinti Şirkətinin COP29 beynəlxalq tədbir ərəfəsində yaşatdığı zülmkarlıqdan bəhs edən şikayət məktubu və digər sənədlər təqdim olunub.
Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin çoxsaylı sakinləri tərəfindən imzalanaraq redaksiyamıza təqdim edilmiş (həm də ənənəvi poçt vasitəsilə) şikayət məktubu Prezident İlham Əliyevə, eləcə də COP29-un Prezidenti, nazir Muxtar Babayevə və Bakı şəhər İH-nin başçısı Eldar Əzizova (ayrı-ayrılıqda) ünvanlı üç şikayət məktubudur. Məktubda deyilir:

«Cənab Prezident! Son dövrlər ölkəmizdə, xüsusən də Bakı şəhərində mühüm abadlıq işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanmaqdadır. Lakin bəzən vəzifəli şəxslər tərəfindən şəxsi qazanc, gəlir əldə etmək məqsədilə “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrində yaşayan biz çoxsaylı sakinləri. Təqdim edilən foto və videokadrlardan aydın görünür ki, paytaxtın mərkəzi hissəsini siçovul yuvasına, zibilliyə və s. çevirənlərin məqsədi xoş deyil, yalnız şəxsi məqsədə xidmət edir. Bu küçələrin əhatə etdiyi bizim məhəllə şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metronun «İçərişəhər» stansiyasına yaxın olan ərazidir. Bu məhəllənin sakinləri hələ XIX-XX əsrlərdə burada binə salmış insanlardır. Uzun illərdir ki, burda yaşayırlar. Lakin günlərin birində, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, bizə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən (məhəllənin hansı şirkət və hansı məqsədlə sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği) və sakinlərlə öncədən razılaşdırılmadan ərazini dağıdıb-sökməyə başladılar.

Bu zaman Yasamal rayonunun 64 saylı MİS-in ofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, onun aradüzəldəni, adamqorxudanı, didərgin saldıranı İlham Bağırovdan, deputat Ağalar Vəliyevin olduğu deyilən “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından və s. təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə hədə ilə bu ərazinin söküləcəyini bəyan etdilər və işə də başladılar. Əvəzində isə bizə hər kv.m. üçün 2200 manat kompensasiya təklif etdilər. Halbuki bu ərazidə tikinti aparan digər şirkətlər sakinlərə 4000-4500 manat pul ödəyərək ümumi razılığa gəliblər. Qanunvericilikdə də göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə ya mənzil təklif olunur, ya da ümumi razılıq əsasında halallıqla kompensasiya verilir. Lakin Ağalar Vəlieyvin dəstəsi müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Araçılar isə bu vəziyyətə dözməyən arxasız sakinləri 64 və digər MİS-lərdə yaratdıqları «komissiya»nın qərərgahına çağırıb 19 saylı Notariusda qanunsuz müqaviləyə imza atdırırlar, sonra pulu bank vasitəsilə deyil, əlbəəl verib yola salırlar. Ortada isə alqı-saytqının tərəfləri olmalıdır. Qarşu tərəf kimdir, hansı MTK-dır, gizli saxlayırlar. Hətta sonradan məlum olub ki, onlar satılan həmin həyət evlərini öz adamlarının adına sənədləşdiriblər və dərhal da həmin evi uçurub izi itiriblər. Bu dərəcədə özbaşınalıq olarmı??? Ən dəhşətlisi budur ki, burada yaşadığımız halda, ətrafımızı dağıdıb tökərək ərazini-paytaxtın mərkəzi hissəsini siçovul yuvasına çeviriblər. Bu siçovullar gecələr evlərə doluşur. Bu dəstə ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ciddi ziyan vurur, atmosferi çirkləndirir, ərazidə antisanitariya mühiti yaratmaqdadırlar. Məqsədləri budur ki, biz sakinlər bu dözülməz yaşama baş əyməyib evlərimizi dəyər-dəyməzinə onlara satıb buradan çıxıb gedək. Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara, o cümlədən, cənab Prezident, Sizə yazıb göndərmişik, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə və s. şikayətimizi göndərmişik. Buna baxmayaraq, deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən (onun aradüzəldən adamları bizə belə təqdim edirlər) “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri ölkənin yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərirlər, biz sakinlərin şikayətini əngəlləyir və bununla da dövlətmizin, qanunlarımızın nüfuzuna kölgə salırlar. Cənab Prezident! Xahiş edirik, bizi deputat Ağalar Vəliyevin tikinti şirkətinin bu aradüzəldən və ev dağıdan, zibilliklər yaradan adamlarının əlindən xilas edin. Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk! Biz sakinlər yuxarıda qeyd edilənləri imzalarımızla təsdiq edirik».1-f-4REDAKSİYADAN:
Şikayət əməkdaşlarımız tərəfindən yerində araşdırıldı, imzaları təqdim edilən sakinlərin özləri və onların səlahiyyətli nümayəndəsi (vəkil) dinlənildi. Faktlar təsdiqini tapdı.

Şikayətdə adları çəkilən şəxslərlə təmas qurmaq cəhdimiz isə hələki baş tutmur. Belə ki, deputat Ağalar Vəliyev telefon zəngimizə cavab vermir. Sakinləri yüksək vəzifəli şəxslərin adından qorxudan, qanunsuz alqı-satqı fəaliyyətini davam etdirən İlham Bağırov adlı şəxslə görüşmək istədik. Ofisində olarkən o aşkar şəkildə bizimlə görüşdən imtina etdi, fərqli saatda görüş təyin etsə də, həmin saatda «qərargah»ında olduq, amma gəldiyimizi bilib kabinetini qıfılladı.

Odur ki, bir daha adları çəkilən şəxsləri dinləməyə, COP29 ərəfəsi yaşanan bu qalmaqallara aydınlıq gətirməyə hazırıq.

Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ...
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ...
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Oğlumun qatilinin edamında iştirak edəcəm..." - Orxanın atası İrana GEDƏCƏK
Bu gün, 10:28
Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər – Meyarlar açıqlandı
Bu gün, 10:23
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru