Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                 

Bakının Səssiz Diplomatiyası və Avropanın 12 Milyardlıq Sınağı - NƏ BAŞ VERİR?
Tarix: 21-04-2025, 15:52 | Çap et
Bakının Səssiz Diplomatiyası və Avropanın 12 Milyardlıq Sınağı
Bakı bulvarının “Azneft” meydanına açılan hissəsindən baxanda Çəmbərəkənd təpələrində ucalan “Ağ ev” aydın görünür. Ölkə siyasi istəblişmentinin mərkəzi sayılan bu binanın pəncərələrinin birindən uzaqlara - Xəzərin sularının səma ilə birləşib üfüqdə incə bir xətt yaratdığı yerə baxan bir adam dayanıb. Qaşları çatılmış, gözləri qıyılmışdır, baxışları gərgindir – nə barədə isə dərin düşüncələrə daldığı açıq-aşkar sezilir. Amma az sonra dodağı qaçır, bığının altından qımışır və qırışığı açılır…

***

Dövlətlər var ki, dinməz-dinməz, amma zamanı gələndə sinəsidolu nəfəs alar, ortalıq silkələnər. Türkmənistan da o səssiz ölkələrdəndir. İllərlə “əbədi neytral” adı altında nəfəsini tutub yaşayan bu ölkə, görünür ki, indi ya nəfəs almağa məcburdur, ya da boğulmağa.

Son günlər Avropa Birliyinin 12 milyard avroluq “Gateway” adlı investisiya paketi haqqında xəbərlər diplomatik dairələrdə xeyli canlanma yaradıb. Qazaxıstan, Özbəkistan və Türkmənistan üçün nəzərdə tutulan bu paket, ilk baxışda adi bir iqtisadi yardım proqramı kimi görünür. Amma diplomatiya səhnəsində heç nə göründüyü kimi deyil.

Bu yardım paketinin bölgüsü hələ açıqlanmasa da, istiqamətlər məlumdur: nəqliyyat, enerji, su, rəqəmsal infrastruktur, yaşıl iqtisadiyyat... Avropa kağız üzərində “Orta Asiyaya sabitlik gətirir.” Amma əslində, bu paketlə Avropa Rusiya və Çin orbitindəki türkmən xəttini kəsmək, onu Türk Birliyi və enerji diplomatiyası vasitəsilə Avropa orbitinə çəkmək istəyir.

İndi deyəcəksiniz ki, Avropa nədən Türk Birliyinə qahmar çıxmaq istətəməlidir ki? Axı türk birliyi damokl qılıncı kimi başlarının üstündədir.

Cavabı çox sadədir. Xəritəyə baxsanız, hər şeyin çox bəsit olduğu anlaşılar. Amma bu ilk baxışda belə qavranır. Əslində, burada oyunçular göz önündə deyil - diplomatik lövhədə görünməyən bir fiqur var: İlham Əliyev.

Onun Qarabağla bağlı diplomatiyası, uzun illər çəkilmiş səssiz xəritənin qələbəsi idi. Bu gün isə həmin səssiz zəka Xəzərin o tayında işləməyə başlayıb. Türkmənistanın Avropaya çıxışı yoxdur. Onu qapalı tutan Rusiya, içə çəkən Çin, qorxudan boğan İran... Bir nəfəslik hava varsa, o hava Xəzərdən gəlir. Xəzərdən gələn yeganə yol isə Azərbaycan üzərindən keçir.

Əgər Avropa bu üç ölkəyə yardım edirsə, bu yardımı yerinə çatdırmaq üçün Bakıdan keçməlidir. Yəni Brüssel Türkmənistana pul verirsə, kilidi Bakı açır. İlham Əliyevin diplomatik zəkası isə məhz burda özünü göstərir: kilidi heç kimin xəbəri olmadan dəyişmək.

Türkmənistanın guya Avropaya yaxınlaşması əslində, Türk birliyinə daxil olmasının başqa adıdır. Rusiya ilə qarşı-qarşıya gəlmədən, Çini qıcıqlandırmadan və “biz sadəcə enerji daşıyırıq” deyə-deyə ideoloji xətt də daşınır.

Bu, geosiyasi təkərli arabanın yeni formasını yaradır:

Türkiyə – Azərbaycan – Türkmənistan – Avropa.

Amma bu arabanın sükanı Bakının əlindədir. Çünki qaz borusu, dəhliz, liman, gömrük, etimad və sabitlik Azərbaycandadır.

Avropa bu yardımı niyə edir? Rusiya-Ukrayna müharibəsindən sonra qaz asılılığını azaltmaq üçün. Çin qarşısında daha çevik mövqe tutmaq üçün. İranla sərhəddə tarazlıq yaratmaq üçün. Amma Avropa bütün bu məqsədlərə çatmaq üçün Bakı ilə oynamaq məcburiyyətindədir.

İndi diplomatiyanın maraqlı nöqtəsi odur ki, Avropa Türkmənistana pul verir, amma qazancın ən böyüyü Azərbaycana çatır. Bunu Brüsseldə də bilirlər, amma onu da bilirlər ki, Bakı olmadan bu oyunu oynaya bilməzlər.

Bir diplomat vaxtilə demişdi: “Səssiz olanlar, çox zaman ən güclü danışanlardır”. Bu gün Türkmənistan hələ də səssizdir. Amma onun yerinə Bakı danışır. Yavaş, ardıcıl və strateji dildə.

Əgər bu plan tutarsa – və görünən odur ki, tutur – Türk dünyası ilk dəfə ideoloji yox, real iqtisadi və diplomatik struktur olaraq formalaşmağa başlayacaq. Və bu birliyin arxasında yalnız qardaşlıq yox, zəka ilə qurulmuş enerji, logistika və geosiyasi şəbəkə dayanacaq.

Bəli, bu səssiz səhnənin rejissoru Bakıdadır. Və adı çox çəkilməsə də, İlham Əliyev bu səhnəni qarşıdurmasız zəfərlə idarə edən oyunçudur.

İndi isə tamaşa başlasın...

Müəllif: Elçin Şıxlı - AYNA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru