
Bakı Metropoliteni QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.
"DİA-AZ" Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı", - deyə o, qalmaqallı şərhində bildirmişdi.
Xatırladaq ki, Lalə Babayeva 2015-ci ildən Bakı Metropoliteni QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər Bakıelektrikşəbəkə ASC-də çalışıb. O, Bakı Metropoliteni QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə işləyib.