"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                 

“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Tarix: Bu gün, 14:00 | Çap et
“Meşə qardaşları”nı kim “oyatdı”?
Fevralın 3-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda terror aktının qarşısının alınması ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycan ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində sözügedən qurumların əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Məlumatda o da vurğulanıb ki, əməliyyat aparılıb və silahlı müqavimət göstərənlər zərərsizləşdirilib. Yaxalananlar barədə isə müvafiq maddələrlə cinayət işi açılıb, barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təxminən 10 ildir Azərbaycanda fəaliyyəti dayandırılan “Meşə qardaşları” radikal terrorçu qrupu yenidən aktivləşməsinin səbəbləri haqqında müxtəlif fikirlər səsləndirilir. Ekspertlər hesab edirlər ki, Azərbaycanda terror törətmək istəyən xarici qüvvə yenidən şimaldakı terror qruplarını “oyatmağa” cəhd göstərir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, siyasətçi Sərdar Cəlaloğlu mövzu ilə bağlı AYNA-ya bildirib ki, Azərbaycanda terrora cəhdlər də, terror aktlarının törədilməsi də ilk deyil:

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 10-15 dəfə ağır terror hadisələri baş verib. Xəzərdə gəmi, Qazaxda avtobus partladılıb, Bakı metrosunda 2 dəfə terror aktı həyata keçirilib, o vaxtkı Neft Akademiyasında terror törədilib. Eyni zamanda, ayrı-ayrı fiqurlara qarşı – Afiyəddin Cəlilova, Ziya Bünyadova, Elmar Hüseynova, Rail Rzayevə, Rövşən Əliyevə, Fətulla Hüseynova qarşı sui-qəsdlər edilib ki, bu hadisələr də terror aktıdır. Həmçinin onlarla terror aktı hazırlıqlarının qarşısı alınıb. Demək istəyirəm ki, zaman-zaman terror hadisələri baş verib, cəhdlər olub. Amma indi “Meşə qardaşları” adlı terror qruplaşmasının hazırlıqlarının ifşa olunması, dəlillər onu göstərir ki, bu qrupun məqsədi cəmiyyətdə sarsıntı yaratmaq, çaxnaşmaya səbəb olmaq, xof yaratmaq olmayıb. Bu, daha çox siyasi məqsədli terror hazıqlığı olub. Məqsəd də Azərbaycan dövlətini sarsıtmaq, dövlət çevrilişinə nail olmaq olub. Necə ki, İrana bağlı bir qrup “Kərimə dövləti” yaratmaq niyyəti ilə hazırlıqlar görürdülər, onun da qarşısı alındı, “Meşə qardaşları” da bu cür əmələ hazırlıq görürmüşlər. Məsələ budur ki, “Meşə qardaşları”nın məqsədi sadəcə terror aktı törətmək deyil, İŞİD kimi, digər radikal terrorçu təşkilatlar kimi dini dövlət yaratmaqdır. Azərbaycan hüquq-mühafizə orqanlarının bunun qarşısını vaxtında alması, qrupun ifşası və profilaktik əməliyyatların davam etdirilməsi onu göstərir ki, ölkəmizin təhlükəsizliyinə qarşı təhdidlər qalmaqdadır.

Həmçinin hesab edirəm ki, ölkənin quru sərhədlərinin hələ də bağlı qalmasında bu kimi amillərin rolu var. Prezident bir neçə dəfə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını təhlükələrlə əlaqələndirmişdi. Görünür ki, doğrudan da Azərbaycan xalqı və dövləti üçün real təhlükə mövcuddur və onların qarşısının alınması üçün tədbirlər görülür. Şimal sərhədlərində blok-postların qurulması ilə bağlı xəbərlər də bundan qaynaqlanır. Düzdür, blok-postların qurulması rəsmi şəkildə təkzib edildi, amma sərhədlərdə “Sipər” adlı profilaktik tədbirlərin görüldüyü təsdiqləndi. Yəni təhdidlər var. Amma bu məsələ ilə bağlı suallar da mövcuddur.

- Hansı sualları nəzərdə tutursunuz?

- Burada bir neçə suala cavab verilməlidir. Birincisi, həmin terrorçu qruplaşmanın əldə etdiyi silah-sursatın mənbəyi haradır, hansı ölkədir? İkincisi, bu silah-sursat necə olub ki, bu radikal qruplaşmanın əlində cəmlənib. Məlumdur ki, bu silahların qiyməti kifayət qədər bahadır. Bu qədər vəsaiti haradan əldə ediblər? Eyni zamanda, onlar meşədə yeraltı sığınacaq yaradarkən, o sığınacağa silah-sursat toplayarkən həmin əraziyə nəzarət etməli olan polis, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, eləcə də o kəndin ziyalıları, özünü Azərbaycan vətəndaşı niyə xəbər tutmayıblar, yaxud necə xəbər tutmaya bilərlər? Hər halda, o sığınacaq bir günün içərisində yaranmayıb, silah-sursat da bir günün içərisində toplanmayıb. Hesab edirəm ki, bu suallara cavab verilməlidir.

Eyni zamanda, bu suala da cavab tapılmalıdır ki, “Meşə qardaşları” radikal qruplaşmasını hansı dövlət aktivləşdirib? Çünki dünyada qəbul edilmiş məsələ var: heç bir terror təşkilatı xarici dövlətdən dəstək almadan müstəqil fəaliyyət göstərə bilməz. Onda bu suala cavab tapılmalıdır ki, bu terror təşkilatının arxasında hansı xarici dövlət dayanıb, məqsədi nə olub? Onların aktivləşdirilməsi, silahlandırılması başqa bir gücün hesabınadır. Yoxsa zərərsizləşdirilən və yaxalanan 5-10 nəfərin bu qədər silah-sursat toplaması, sığınacaq tikməsi, uzun müddət meşədə yaşaması dəstəksiz, özbaşına mümkün deyil.

- Sizin ehtimalınız maraqlıdır, “Meşə qardaşları”nı aktivləşdirən, arxasında dayanan xarici dövlət hansıdır?

- Mənim ehtimalım odur ki, bu qruplaşmanın arxasında Rusiya dayanır. Şimaldakı qruplaşmaları hərəkətə gətirmək, Azərbaycan əleyhinə qaldırmaq Rusiyanın siyasəti olub. Rusiya zaman-zaman bu cür destruktiv qüvvələrdən ölkəmizə qarşı istifadə edib. Bayaq dediyim terror aktlarının araşdırmalarının, tədqiqatının bir ucu Rusiyaya gedib çıxıb, bağlantılarının Rusiyada olduğu məlum olub. Həmin terror aktlarını törədənlər araşdırmalarla məlum olmuşdu ki, bir müddət Rusiyada qalıblar, bu ölkənin müxtəlif bazalarında təlim keçiblər və s. Eləcə də tapşırıqları, partlayıcıları Rusiyadan aldıqları üzə çıxmışdı. Bu qədər faktlar göstərir ki, “Meşə qardaşları”nı da hərəkətə keçirən, “oyadan” Rusiyadır. Moskva son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan soyuq münasibətlə bağlı Bakıya təzyiqlər etməyə çalışır. Rusiya yenidən Azərbaycanı öz təsir dairəsində saxlamağa cəhd edir.

- Sizcə, bu niyyətinə Rusiya nail ola bilərmi?

- Düşünmürəm ki, Rusiyanın bu təzyiqləri effekt verəcək. Rusiya bundan sonra Azərbaycanı özünün imperiya maraqlarına tabe etdirə bilməz. Azərbaycan rəhbərliyinin atdığı addımlar da buna imkan verməyəcək.

Baxın, beynəlxalq hüquqda dövlətlər arasında münasibətlər qarşılıqlı faydalılığa əsaslanır. Bu gün Rusiya ilə Aszərbaycan arasında bu prinsiplər pozulub. Azərbaycanda 100-ə yaxın məktəbdə tədris rus dilindədir, amma Rusiyada bir dənə də olsun Azərbaycan məktəbi yoxdur.Azərbaycanda onlarla Rusiyanın mədəniyyət mərkəzi fəaliyyət göstərir, amma Rusiyada bir dənə də olsun belə mərkəz yoxdur. Hansı ki, 100 ildən artıqdır Rusiya mədəniyyət mərkəzləri, “Rus evi” adlandırılan qurumlar Rusiyanın imperiya siyasətinə xidmət edir, casus yuvası fəaliyyəti göstərir, Rusiyanın xüsusi xidmət orqanlarına bağlıdırlar. Demək olar ki, bütün ölkələrdə “Rus evi” adı altında casus fəaliyyəti göstərən qurumlar bağlanıb, onların əməlləri ifşa edilib. Hesab edirəm ki, Azərbaycan da bua ddımı atmalıdır və atacaq. Artıq bu gün (dünən-red) “Rus evi” ilə bağlı Rusiya səfirinə nota təqdim edilib. Məlumatlar var ki, bu casus yuvaları nəzarətə götürülüb. Birdəfəlik ləğvinə isə çox qalmayıb. Eyni zamanda, rusdilli məktəblər də ləğv edilməlidir. Nəyə görə Azərbaycan insanının vergisi hesabına formalaşan büdcədən rus dilində tədrisə vəsait ayrılmalıdır? Bu, faktiki olaraq Konstitusiyamıza ziddir. Məsələ barədə dəfələrlə danışmışam, çağırışlar etmişəm, ona görə təkrarlamaq istəmirəm. Sadəcə anlamaq lazımdır ki, Rusiya bizə heç vaxt dost olmayıb. Azərbaycanda qarışıqlıq yaratmaq, terror törətmək də Rusiyanın yeni yox, köhnə siyasətinin tərkib hissəsidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru