![AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738902653_0001.jpg)
"Göyçayda haqq ədalət yoxdur. 2022-ci ilin aprel ayından bu yana Azəriqaz İB-nin və Azəriqaz İB-nin Ağsu RQİİ-nin rəhbərliyinin səriştəsiz, qaranlıq və neqativ fəaliyyətindən Sizləri xəbərdar etmək üçün yazıram, lakin nə hikmətdirsə səsimi sizlərə çatdıra bilmirəm..." "DİA-AZ" xəbər verir ki, bunu ölkə rəhbərliyinə müraciətində "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Emil Tahirov qeyd edib.
Onun müraciətini olduğu kimi təqdim edirik: "Ağsu RQİİ-nin 2014 cü ildən başlayan fəaliyyəti dövründə yol verdikləri nöksanlar,qanun pozuntuları və törətdikləri cinayət əməllərini dəfələrlə işıqlandşrmağıma baxmayaraq bu günə qədər heç bir məsul şəxs barəsində ciddi tədbirlər görülməyib əksinə deyilənlər ört basdır edilərək Sizlərə yalan məlumatlar verilib.Hal-hazırda Azəriqaz İB-də kadr islahatları aparılır narazılıqlara baxmayaraq işçilərin razılığı olmadan gizlin şəkildə yer dəyişmələr edirlər özüdə bu yer dəyimələri bu gün Göyçayda edən XS-i üzrə rəis müavini 2022 ci ilin 1-ci rübündə Şamaxı XS-də QDX-də işləyərkən vətəndaşlardan aldığı pul müqabilində qaz xətlərimdə qapı keçidi hissələrində qaz xətlərini arka şəkilində keçərək 15 istehlakçıdan fərqli məbləğlərdə o vaxtlarda region rəisi işləyən Osman Beybutovla şərikli pul almışlar yəni rüşvət həmin dövrdə Şamaxı prokurorluğu araşdırma aparsada qaranlıq məsələlər bu gündə nəticə baxımından qaranlıq olaraq qalır ki,bu gün Göyçay XS-də rəhbər olaraq təlimat və göstəriş verir indi Siz təsəvvür edin bizdə gedən islahatlar hansı formatda yerinə yetirilir... məsələn mən iki ali bakalavr dərəcəli diploma sahibəm ixtisaslarımdan biri qida məhsuları emalı və şərabın trxnologiyası üzrə mühəndis digəri isə neft qaz qurğuları üzrə mühəndis 18 illik iş təcrübəm var buna baxmayaraq bu günlərdə məni boru oğurluğu ilə itdiham edərək qara yaxma kompaniyası aparmaqla bərabər məni işdən uzaqlaşdırmağa çalışırlar başda region rəisi Vəli Sadiqov və XS-üzrə rəis müavini Məlikməmməd buna əsas səbəb isə çox şeydən məlumatlı olmağım, bildiklərimi işıqlandırmağım və eləcədə Azəriqaz İB-nin və Ağsu RQİİ-nin fəliyyətin tənqid etdiyim üçündür.Yalnız bir şeyi unudurlar ki,1995-ci ildə Ulu öndərimiz Yeni Azərbaycanımızın qurucusu Heydər Əliyevin sədrliyi ilə keçirilən referendumda qəbul edilmiş konstitusiyamızın 57ci maddəsini 2ci bəndində göstərildiyi kimi mənim tənqid etmə hüququm var Azərbaycan respublikasını qanun vericiliyində 12ci maddənin 4cü bəndinə uyğun olaraq tənqid edəni təqib etmək və ya təhdid etmək cinayətdir.Odur ki,yazıb Sizlərdən xahiş edirəm bu işi öz nəzarətinizə götürəsinin və günahkarları cəzalandırasınız...."