“Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...” - Əsirlikdə olmuş müharibə əlili tanınmış vəkili İTTİHAM EDİR
Tarix: 5-09-2024, 09:54 | Çap et
 90-cı illərdə erməni əsirliyində olmuş, II qrup müharibə əlili Şirin Abbasov Azərbaycandakı məşhur vəkillərdən biri tərəfindən aldadıldığını deyir. Onun sözlərinə görə, nəticədə bu gün ailəsi ağır vəziyyətə düşüb – evsiz qalıblar, müalicə oluna bilmir. Bizimyol.info xəbər verir ki, Şirin Abbasov müxtəlif dövlət orqanlarına vəkil Adəm Məmmədovdan şikayət edib. O, iddia edir ki, prezident tərəfindən ona bağışlanmış mənzilinin pulu aldadılaraq, əlindən alınıb.
Şirin Abbasovun sözlərinə görə, oğlu Lətif Abbasov bir neçə il əvvəl yol qəzası törədib, nəticədə bir nəfər həlak olub. Həmin işdə Adəm Məmmədovu vəkil tutublar:
“Bizi əmin elədi ki, bu işi həll eləyəcək, hakimlər də, prokurorlar da ona hörmət eləyir. Bizim də olanımız-qalanımız bir evimiz vardı, o evi də möhtərəm prezidentimiz vermişdi, evimizi satdıq. Əvvəl 30 min verdik, sonra 28 min 500, sonra da 25 min. Ümumilikdə bizdən 83 min 500 manat pul aldı. Bəzən özünə vermişik, bəzən də Zərdabi Abbasov vasitəsilə göndərmişik. Hamısının da sübutu var. Evimizi satıb, ona verdik, o da bizi aldatdı, küçədə qoydu”.
Şirin Abbasov bildirib ki, Binəqədi Rayon Məhkəməsində oğlunun 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını daha da ağırlaşdıraraq, 5 il 6 ay edib:
“Bundan sonra başa düşdük ki, Adəm Məmmədov bizi aldadıb. Zəng eləyirdik, zənglərimizə cavab vermirdi. Ona görə Vəkillər Kollegiyasına şikayət elədik, 5-ci polis bölməsinə ərizə yazdıq. Şikayətlərdən sonra bizi ofisinə çağırdı, xahiş elədi ki, şikayətimizi geri götürək. Pulumuzdan 30 min qaytardı. Söz verdi ki, Ali Məhkəmədə mütləq oğlumun hökmü ləğv olunacaq. O da yalan çıxdı. Ali Məhkəmə qüvvədə saxladı”.
Şirin Abbasov onu da qeyd edib ki, avqust ayında Baş Prokuror Kamran Əliyevin vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub, şikayətini ona çatdırıb. Onun sözlərinə görə, Baş Prokuror onu dinlədikdən sonra bu məsələni nəzarətinə götürdüyünü bildirib.
Şirin Abbasov və həyat yoldaşı Gülbadam Abbasova ötən həftə Vəkillər Kollegiyasında da qəbulda olub. Onlar bildirir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Onları sədr müavini Pərviz Ələkbərov qəbul edib: “Bizə dedi ki, şikayətimizi araşdırırlar. Məsələ İntizam Komissiyasındadır. Bir cavab deyəcəklər. Dördüncü dəfədir gəlirəm”.
Gülbadam Abbasova əlavə edib ki. indi əsas tələbləri qalan 53 min 500 manat pulun geri qayıtmasıdır. Çünki acınacaqlı vəziyyətdə qalıblar.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən də Abbasovların qəbul edildiyini Bizimyol.info xəbər portalına təsdiqləyiblər: “Vətəndaşların şikayəti dinlənilib. Məsələ araşdırılacaq və nəticəsi barədə onlara məlumat veriləcək”.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
|