Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                 

Naxçıvanda seçki qiyamının İLGİNC TƏFƏRRÜATLARI... - MSK sədri niyə istefa ərizəsi yazıb?
Tarix: 26-07-2024, 08:35 | Çap et
Naxçıvanda seçki qiyamının İLGİNC TƏFƏRRÜATLARI...
Dünən Naxçıvan MR MSK-nın sədri Əjdər Əliyevin istefa verdiyi bildirilir.

İddialara görə, MSK sədrinin bu istefa qərarından sonra gözlər onun müavini axtarıb. Müavin isə yağlı əppək olub ərşə çəkilib. Bütün axtarışlara baxmayaraq, onu gördüm deyən olmayıb.

Ovqat.com-un əldə etdiyi məlumarlara əsasən, Naxçıvan MSK sədrinin istefa verməsinin çox dərin səbəbləri var.

Bildirilir ki, o, Vasif Talıbov hakimiyyətinin son illərində - 2020-ci ildə bu vəzifəyə təyin olunub. MSK sədri olduğu 4 il ərzində Naxçıvan Ali Məclisinə seçkilər keçirilmədiyi üçün ümumiyyətlə bu insanın seçki prosesində iştirak etməyib. Məhz bu keyfiyyətinə görə dünya demokratiya tarixinə seçki keçirməyən ilk MSK sədri kimi düşüb.

Deyilənlərə inansaq, MSK sədrliyindən imtina etməsinin əsas səbəblərindən biri də budur. İşə girəndə “necə olsa, “xan” həzrətləri var və məni darda qoymaz” ümidləri ilə bu ağır missiyanı öz boynuna götürən Əjdər Əliyev az-çox seçki prosesindən başı çıxanları da ya işdən uzaqlaşdırıb, ya da aşağı vəzifəyə təyin edib.. “Xan” əyyamından sonra incik salınanların heç biri indi seçki prosesinə əl batırmaq istəmir. Bildirilir ki, Əjdər Əliyev dəfələrlə bu xahişlə köhnə işçilərindən birinin hüzurlarına gedib, o isə Naxçıvanın seçki “Allah”ına mədəni şəkildə qapının ardını göstərib. Əjdər Əliyev bu xoşməramlı manevrləri işə yaramayınca təhdid üsuluna keçib. Təhdidləri də yaralı barmağa məlhəm olmayıb.

Digər tərəfdən, Əjdər Əliyevin icra başçıları ilə əlaqələri o qədər yaxşı deyil. Vasif Talıbovun dövründə rayon icra başçılarının qohumları MSK-larda təmsil olunurdu. İcra başçıları da məhz bu səbəbdən seçki saxtakarlığında məmnuniyyətlə iştirak edirdilər. İndi onların demək olar ki, hamısı işdən çıxarılıb, yerlərinə yeniləri gətirilib. Əjdər Əliyev isə yenilərin saqqızını oğurlaya bilməyib.

Əslində Vasif Talıbovdan sonra MSK-nın dadı-duzu da qalmayıb. Həm “xan” həzrətlərinin köhnə komandasının, həm də “canişin” əfəndinin deputat yerlərinə öz namizədləri var. Əjdər müəllim də məcburən köhnə himayədarı ilə təzə hamisi arasında seçim etməlidir. “Xan” həzrətləri və onun oğlu Seymurla Əjdəri möhkəm tellər bağladığından digər “xan” məddahlarından fərqli olaraq, “qəhrəmanımız” öz aləmində simasını daha artıq itirmək istəmir.

Amma sanmayın ki, Əjdər müəllim mənəvi cəhətdən çox yüksək səviyyələrdə olduğundan bu xətir-hörməti qoruyur. Bundan əvvəlki iş fəaliyyəti göstərir ki, o, yeri gələndə əzazil olmağı da bacarır. İnanmırsınız? Onda gəlin, bu gün mənəvi damarı böyüyən Əjdər Əliyevin keçmişinə ötəri bir nəzər salaq.

O, 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında oxuyub. Həmin illərdə, xüsusilə 4-cu kursda dərslərə girməyib, ona-buna apellyasiya və kassasiya şikayətləri yazmaqla güzaranın keçirib. Hətta Bakıda AR Ali Məhkəməsində nümayəndə kimi (o vaxtlar nümayəndə olmaq uçün yaxın qohum olmaq və ya vəkil olmaq tələbi yox idi) sıravi vətəndaşları təmsil etməklə məşğul olub.

2012-2014-cü illərdə Naxçıvan MR Ali Məhkəməsində Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin məsləhətçisi, 2014-dən sonra həmin şöbənin müdiri olub. Bu müddət ərzində ümid yeri bilib məhkəmələrdən şikayətlərə gələn vətəndaşları sədrin qəbuluna salmayıb, rayon və şəhər məhkəmələrindən şikayət edən vətəndaşların dərdini gizlədib. Onun bu keyfiyyəti “xan” həzrətlərinin hüquq adamlarının elə çox xoşuna gəlib ki, qəhrəmanımızı Ali Məhkəmədə Aparatın rəhbəri vəzifəsinə yüksəldiblər.

Naxçıvan Ali Məhkəməsinin işçiləri məhz bu təyinatdan sonra indiki seçki “Allah”ının əsl simasını görüblər. İddialara görə, Aparat rəhbəri kimi onun ilk işi attestasiya imtahanı keçirmək olub. Keçirilən attestasiya imtahanlarından heç bir aparat işçisi keçə bilməyib. Bunu bəhanə edən Əjdər Əliyevin imtahanı Azərbaycansayağı kompensasiya etdirib.

Onun əzazillliyinə digər bir nümunə hakimləri “xan” dövrünün ən çətin işgəncələrindən sayılan iməcliklə imtahana çəkməsidir. İddialara görə, Əjdər Əliyev Naxçıvan Ali Məhkəməsinin köməkçisi Fərruxla əlbir olub işçilərini ən çətin iməcliklərdən sayılan su iməcliyinə çıxarırmış. Özü də digər sektorlardan fərqli olaraq, Məhkəmə işçiləri yalnız həftənin şənbə günü yox, hər gün səhərdən axşama iməcliyə çıxırmış.

Ali Məhkəmə işçilərinin canı o zaman bu işgəncələrdən qismən xilas olub ki, Əjdər müəllim daha yağlı yer olduğunu düşündüyündən MSK-nın sədri vəzifəsinə göz dikib və istədiyinə nail olub. Beləcə, o, MSK-ya sədr, Məhkəmə işçiləri isə çoxdan darıxdıqları kabinetlərinə gedə biliblər.

Vasif Talıbov işdən uzaqlaşdırıldıqdan sonra MSK-nın o qədər də keyfiyyətli yer olmadığını anlayıb. Çünki deputatlardan (Naxçıvan Ali Məclisinə deputat seçilməyin qiymətinin 25 min manat olduğu bildirilir) pul yığmaq artıq onun işi olmadığı diqqətinə çatdırılıb. O da yenidən Ali Məhkəməyə qayıtmaq fikrinə düşüb.

İddialara görə, bu yaxınlarda Naxçıvanda keçirilən məşhur toylardan birində dostlarının köməkliyi ilə Naxçıvan Ali Məhkəməsinin yetkilərindən biri ilə görüşmək şansı yaxalayıb. Amma ondan da qaneedici cavab ala bilməyib. Məcburən toyda aldığı nəfəsini Naxçıvan Ali Məclisində buraxıb. Ali Məclisdə “canişin”in məxfi işlərinə baxan kadrlarından biri ilə görüşüb. Məxfi kadr ona hələlik deputat olmağı məsləhət görüb və “sonrasına baxarıq”, - deyə yağlı vədlər verib.

Köhnə ilə yenilər arasında qalmaq məsuliyyətindən azad olmağı planlaşdıran Əjdər müəllim bu təklifi göydəndüşmə hesab edib və dərhal istefa ərizəsi yazıb.

Di gəl ki, onun bu arzusu da daşa dəymişə bənzəyir. Zira Naxçıvanda müftə saxtakarlıqla məşğul olmaq istəyən könüllü tapmaq müşkülə dönüb. Hətta Əjdər müəllimin müavini də telefonunu bağlayıb, sürpriz zənglərə cavab vermir. Belə görünür ki, Əjdər müəllimin bu “çoxbilmişliyi” Naxçıvanda seçkiləri boykot etmək iki qiymətləndirilə bilər. Bu isə Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə görə, ən ağır dövləti cinayət kimi tövsif oluna bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru