"Bakcell" gənc proqramçı və startaplara dəstək olmaq üçün "Microsoft" və YT Parkla əməkdaşlığa başlayır
Tarix: 31-01-2015, 15:46 | Çap et
 Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti, "Microsoft Azərbaycan" şirkəti və Yüksək Texnologiyalar Parkı (YT Park) Azərbaycanda gənc proqramçı və startapların bacarıqlarının inkişaf etdirilməsi və onların fəaliyyətinə dəstək olmaq üçün birgə fəaliyyətə başlayır.
"Applab" layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. Layihə çərçivəsində gənc developerlər "Bakcell" şirkətinin Sahil ofisində yerləşən, internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş AppLab ofisində çalışır və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə edirlər. "Bakcell" və "Qualcomm" şirkətlərinin xüsusi ekspert qrupu gənc developerlərə geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərir.
"Microsoft" şirkəti "Applab" və Yüksək Texnologiyalar Parkı üzvlərinə özünün "BizSpark" proqramının geniş imkanlarından istifadə etmək üçün şərait yaradacaq. "Applab" üzvləri bu qlobal ekosistemə qoşulmaqla şirkət tərəfindən proqramçı və startaplar üçün nəzərdə tutulmuş "Microsoft" proqram təminatı, bulud mühiti, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz yararlanmaq imkanı əldə edəcəklər. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.
Azərbaycanda startapları dəstəkləyən müxtəlif layihələr çərçivəsində "Bakcell" şirkəti YT Parkla yaxından əməkdaşlıq edib.
Yüksək Texnologiyalar Parkı “Bakcell” ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində fikir mübadiləsi, dəstək və maarifləndirmə sahəsində, "Microsoft" şirkəti ilə olan Anlaşmaya görə isə Microsoft-un "BizSpark" Şəbəkə Proqramı, texnoloji tədbir və proqramlar vasitəsilə texnoloji inkişafın sürətləndirilməsi üçün nəzərdə tutulmuş məzmun və xidmətlər, Yüksək Texnologiyalar Parkının rezidentləri üçün mövcud "Microsoft" lisenziyalaşdırma proqramları üzrə müvafiq məlumatların dəstəklənməsi və Yüksək Texnologiyalar Parkının rezidentləri arasında Microsoft-un texnoloji tədbir və proqramlarının təbliği sahəsində qarşılıqlı əməkdaşlığı öz üzərinə götürur.
Microsoft "BizSpark" proqramının təqdimatını etməklə həm qarşılıqlı əməkdaşlıq çərçivəsində Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən layihələrə, həm də “Applab” üzvlərinə proqramdan geniş istifadə imkanı yaradır. YT Parkın Biznes İnkubasiya Mərkəzində hazırda müxtəlif profilli 38 layihə fəaliyyət göstərir, sözügedən layihələr dövlət dəstəyindən səmərəli istifadə edə və yararlana bilirlər. “PiCampus” Biznes İnkubasiya Mərkəzinə layihələrin qəbulu üçün www.picampus.az saytından qeydiyyatdan keçməklə onlayn müraciət olunmalıdır.
"AppLab" layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini [email protected] ünvanına göndərməlidirlər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
|