
“Tbilisidə baş tutmuş Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü çox maraqlı formatdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tiranada jurnalistlərə açıqlamasında deyib.
O, bu formatın daha geniş və dolğun formata çevriləcəyinə ümid etdiyini bildirib.
N.Paşinyan üçtərəfli formatın uğurlu olması üçün Gürcüstanın baş nazirinin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçıları müavinlərinin Tbilisidəki görüşü aprelin 17-də keçirilib.