İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                 

"Ermənistan siyasi-iqtisadi böhrandan Azərbaycanın şərtlərini qəbul etməklə çıxa bilər" - deputat
Tarix: 21-04-2025, 18:11 | Çap et
"Ermənistan siyasi-iqtisadi böhrandan Azərbaycanın şərtlərini qəbul etməklə çıxa bilər"
“Ermənistanda indiyədək konstitusiyaya dəyişiklik üzrə keçirilən referendumların heç biri xalqın iradəsini əks etdirməyib”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Ermənistan cəmiyyəti ilə qanunçuluq arasındakı uçurum məhz bununla əlaqədardır.
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və bir günlük lokal antiterror tədbirləri vasitəsilə öz dövlət suverenliyini tam bərpa etməsi, artıq Cənubi Qafqaz bölgəsində, həm də Azərbaycanın liderliyi ilə yeni dizayn verilməsi və ümumiyyətlə siyasi xartiyanın yenilənməsi prosesi davam edir.

“Ölkəmiz qalib olmasına baxmayaraq, böyük şanlı qələbə qazanmasından sonra Ermənistana sülh əslində iki ölkə arasında dövlətlərarası sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürdü. Artıq bu məsələdən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan bu və ya digər vasitələrlə sülh müqaviləsi imzalanmasından yayınır və artıq bu proses elə bir həddə gəlib çatıb ki, Ermənistan Azərbaycan tərəfindən qoyulan şərtlərə əməl etməkdən başqa çarəsinin qalmadığının fərqindədir. Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycanın irəli sürdüyü şərtlər reallığı əks etdirir, həm beynəlxalq hüquqla, həm milli qanunvericiliklə bu şərtlər qeyd şərtsiz qəbul edilməlidir. İki həll olunmamış məsələnin iki bəndin Ermənistan konstitusiyasının dəyişilməsi və “Minsk” qrupunun ikitərəfli olaraq buraxılması şərtləri hələlik həll olunmadan qalır.

Nikol Paşinyanın öz çıxışında “Ermənistan konstitusiyası xalqın iradəsini əks etdirmir” fikri əslinə qalsa, doğrudur, yəni Paşinyan bununla həm öz sələflərinin despot olduğunu və onların hakimiyyəti dövründə Ermənistanın müstəqil olmadığını bildirir, həm də Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi üçün zəmin hazırlamağa davam edir.

Burada başqa bir məqam da var. Həm də Paşinyan başqa bir yükdən azad olunmalıdır. Bu da revanşizm qatı millətçilik, digər xalqlara olan nifrət, əsasən də Azərbaycan və Türkiyəyə olan xalqın münasibəti və bütün bu məsələlər Ermənistan cəmiyyətini uzun müddətdir ki, zəhərləyib və bu proses bu gün davam etməkdədir. Keçirilən rəy sorğularında təhlükəli məqam budur ki, əsasında orta və yaşlı nəsil hələ də Azərbaycana və Türkiyəyə nifrətini gizlətmir. Ermənistanda kifayət qədər radikal millətçi təşkilatların partiyaları mövcuddur. Onlar hələ də bu buxovdan xilas olmaq əvəzinə, mənasız revanşist hisslərlə yaşamağa davam edirlər”-deyən Vüqar İskəndərov qeyd edib ki, bu gün Paşinyan hakimiyyəti bu məsələni də həll etməlidir.

Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti sözün əsl mənasında beynəlxalq aləmdən asılı vəziyyətdədir.

Vüqar İskəndərovun fikrincə, bu cəmiyyət elə Paşinyanın özünün dediyi kimi, indiyə qədər müstəqil olmayıb, digər böyük dövlətlərin əlində alət kimi istifadə olunub və torpaq iddialarında olub, digər dövlətin torpaqlarını işğal edib, terrorçuluq törədib.

Deputat hesab edir ki, bu proses belə davam edə bilməz, çünki dünya sürətlə dəyişir.

“Yeni siyasi mənzərə fonunda Ermənistan hələ də dərin quyuya düşmüş vəziyyətdədir. Bu vəziyyətdən çıxmağın yeganə yolu konstitusiyaya dəyişikliklərin hazırlanması, Konstitusiyada digər dövlətlərin ərazilərinə iddiaların olmaması və bir ölkənin inkişaf etdirilməsi üçün vacib olan qanunların orada əks olunmasıdır ki, bu gün Ermənistanın faktiki konstitusiyası bunları özündə əks etdirmir.

İkinci məsələ də Minsk qrupunun ləğv edilməsidir ki, artıq bu qurum faktiki mövcud deyil. Ehtiyac da yoxdur. Artıq bu konflikt bitib. Müharibə səhifəsi qapanıb. Öz gücünə, öz ali baş komandanının qətiyyətinə, daxili siyasi birliyinə, ordusunun şücaətinə və xalqın birliyinə əsaslanan strategiya ilə bu böyük problem öz həllini tapıb. Bu problemi illər əvvəl həll etməli olan “Minsk” qrupu artıq "təqaüd"ə göndərilib. Artıq real olaraq, onun ləğv olunmasını Ermənistan hakimiyyəti vaxt itirmədən həll etməlidir”-deyən deputatın fikrincə, Paşinyan artıq anlayır ki, indiyə qədər Ermənistanın gəldiyi yol yanlışdır və xəyali Ermənistan qurmaq arzusu uğunda mübarizə aparılması yalnız Ermənistanı uçuruma sürükləyir.

“Yeni çağırışlar, yeni dəyərlər var və bu çağırışlara bugünkü Ermənistan Konstitusiyası, Ermənistan qanunları tam cavab vermir. Xalqın böyük əksəriyyəti hələ də revanşist ideologiyasının məngənəsində boğulmaqdadır. Cəmiyyət bütün bunlardan azad olmalı, hadisələrə real baxmalı və xəyali Ermənistandan real Ermənistana keçid etməlidir”-deyən deputat qeyd edib ki, bütün bu məsələlər bu gün Paşinyan komandasının qarşısında duran məsələlərdir və Paşinyan bunu həll etməlidir ki, Ermənistanı düşdüyü bu ağır böhrandan çıxara bilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru