“Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
Tarix: 21-04-2025, 18:02 | Çap et
 2020-ci ilin 44 günlük savaşından bu yana ara-sıra belə fikirlər səslənir ki, guya “Bir kəmər- bir yol” və Orta Dəhliz layihələri çərçivəsində Çin və Böyük Britaniya da Zəngəzur dəhlizinin açılqmasında maraqlıdır. Bu günlərdə Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallegerin tarixi Zəngəzur ərazisinə səfərini də bu istəklə əlaqələndirənlər var. Görəsən, belə iddialar nə dərəcədə gerçəyə uyğundur?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları nəzərə çatdırıb: “Sözün düzü, mənə elə gəlir ki, Zəngəzur dəhlizi artıq öz əhəmiyyətini itirməkdədir. Özəlliklə də məhz o “Bir yol-bir kəmər” layihəsi çərçivəsində. Düzdü, Çinin bu dəhlizə marağı tam itməyib. Amma Avropa Birliyi ilə Mərkəzi Asiya ölkələri arasında imzalanan son saziş onu istisna eləmir ki, “Şərq-Qərb” dəhlizinin İran üzərindən Ərəbistan dənizinə çıxmaqla icrası da mümkündür. Və xatırlayırsınızsa, iki il öncə Avropa Birliyi, Hindistan, ABŞ və Səudiyyə Ərəbistanı belə bir saziş imzalamışdılar ki, Ərəbistan dənizindən Hindistan-Yaxın Şərq-Avropa dəhlizi keçiriləcək və bunun ardınca “HƏMAS”-İsrail savaşı başladı. Məlum məsələdir ki, həmin savaşla o memorandumun imzalanması arasında birbaşa əlaqə var idi...
Çin adətən dənizlərə yol axtarır. Çünki dənizlər daşımalar baxımından daha təhlükəsizdir. Və ümumiyyətlə, yalnız Çin deyil, bu gün biz baxsaq, görərik ki, istər ABŞ-ın Panama kanalı iddiası, istər Qrenlandiya iddiası – hamısı məhz dəniz daşımalarına üstünlük verilməsilə əlaqəlidir. Amerika ilə Çin arasında Cənubi Çin dənizi yolları uğrunda yarışma, yaxud mübarizə də- bunlar hamısı göstərir ki, dənizlərə üstünlük verilir. Və bu da təbiidir, dəniz daşımaları həm daha az təhlükəli, həm də daha ucuz başa gələndir. Bu mənada əgər Çin-Avropa yolu Mərkəzi Asiya-İran üzərindən çəkilərsə, bu halda Orta Dəhlizin rolu xeylu dərəcədə azalır. Üstəlik də, bütün bu prosesin iştirakçıları bir şeyi də yaxşı anlayır ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və bundan başqa onun bir parçası kimi Zəngəzur dəhlizinin açılması da ləngiyəcəkdir. Düzdü, Orta Dəhliz Gürcüstan üzərindən də keçə bilər. Amma burada Rusiya faktoru var. Çünki Rusiya bütün bu yolların onun nəzarəti, onun iradəsindən kənar keçməsini heç cür qəbul etmək fikrində deyil. Və çox güman ki, məhz bu səbəbdən Orta Dəhliz üzərindəki mübahisələr davam etməkdədir...
Böyük Britaniyanın Zəngəzur dəhlizinin açılmasını istəyib-istəməməsinə gəlincə, bunu söyləmək bir qədər çətindir. Ona görə ki, Şərq-Qərb yolunun açılmasında Böyük Britaniyadan daha çox Avropa Birliyi maraqlıdır. Böyük Britaniyanın Ermənistandakı səfirinin tarixi Zəngəzur ərazisinə gəlişi isə, hesab edirəm ki, birbaşa Orta Dəhliz- Zəngəzur dəhlizi məsələsi ilə bağlı deyil. Bilirik ki, Cənubi Qafqaza təsir uğrunda mübarizə aparan bütün qlobal güclər özlərini məhz Zəngəzurda göstərməyə çalışır. Və Zəngəzur da hal-hazırda Cənubi Qafqazda ən ciddi əhəmiyyət kəsb edən açar nöqtədir. Diqqət edirsizsə, son dövrdə İran da, Amerika da Zəngəzurda təlimlər keçir. Türkiyə ilə Ermənistan arasında Zəngəzur yoluyla bağlı danışıqlar gedir. Və s. Ancaq Cənubi Qafqazda Rusiya faktoru var. Hesab edirəm ki, məhz bu faktora görə Orta Dəhlizin əhəmiyyəti önə çəkilmir. Çünki Rusiya istənilən halda həmin layihəyə mane ola bilər. Yəni burada hər şey qeyri-müəyyəndir. Ona görə də Zəngəzur dəhlizi haqda birmənalı fikir söyləmək çox çətindir...”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
• “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04 |
|
|
|
• Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51 |
|
|
|
• BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47 |
|
|
|
• SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
• Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21 |
|
|
|
• Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17 |
|
|
|
• Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12 |
|
|
|
• "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00 |
|
|
|
• Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44 |
|
|
|
• İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38 |
|
|
|
• Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28 |
|
|
|
• Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24 |
|
|
|
• HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21 |
|
|
|
• Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18 |
|
|
|
• Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05 |
|
|
|
• Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51 |
|
|
|
• ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44 |
|
|
|
• Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34 |
|
|
|
• Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32 |
|
|
|
• Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23 |
|
|
|
• Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05 |
|
|
|
• Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01 |
|
|
|
• Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59 |
|
|
|
• “Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56 |
|
|
|
• Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49 |
|
|
|
• Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47 |
|
|
|
• Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42 |
|
|
|
• 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04 |
|
|
|
|