Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                 

Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı... – Bu toponimlərdən imtina etmək gərək
Tarix: 26-03-2025, 11:53 | Çap et
Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı...
Dünən bir simsar adamla qabaq-qənşər oturub ordan-burdan söhbət edirdik, söz dünyanın səfalı ölkələrindən, komkret olaraq Norveçdən düşmüşdü, necə oldusa, sürətlə ölkəmizə qayıtdıq, Şahdağdan girib, Lənkərandan çıxdıq, bir də gördük, Daşkəsəndəyik.

Həmsöhbətim keçmişdə adı Xaçbulaq olan, sonradan dəyişdirilərək Xoşbulaq adlandırılan kəndin səfalı yer olduğunu dedi, ancaq əlavə etdi ki, fəal istirahət üçün oralarda lazımi infrastruktur yoxdur. Necə oldusa, o, söhbətində Astaf adlı bir kəndin adını çəkdi. Mən soruşdum: “Kəndin adı necə oldu?” O dedi: “Astaf”.
Qəribə gəldi. Astaf adlı da kənd olarmı? Biz uşaq vaxtı siqaret kötüklərinə “astaf” deyərdik.

Eloğlu dedi ki, kəndin belə adlandırılmasının tarixi əfsanəsi var. Heç demə, çar dövründə imperator ordusu üçün müharibədə qabağa basıb qırdırmaqdan ötrü əsgər yığırmışlar. Rus zabit və əsgərlər o vaxta qədər başqa cür adlanan bu kəndə də gəliblər. Kənd camaatı isə üsyana qalxıb, çar ordusuna əsgər verməkdən imtina edib. Belə olanda ikinci vəzifəli zabit birinciyə deyib ki, gedək, əlavə qüvvə gətirək, bunların buntunu yatıraq. Birinci zabit isə görüb ki, yox, bu uzun, həm də xətalı işdir, əlini yelləyib, deyib: “Ostav”. Yəni müasir dildə desək, başını burax, getsin.

Bu söhbət dillərə düşüb, kəndin adı yerli ləhcəylə Astaf qalıb. Bu əhvalat təxminən 110 il öncə olub.
Maraqlıdır ki, dinozavr boyda sovet hökuməti də kəndin adını dəyişdirməyib. Heç olmasa, Kalininkənd, Kirovkənd, nə bilim, Bulqaninkənd-zad da qoymayıblar, eləcə, çar zabiti necə deyibsə, elə də “ostavili”.
Ancaq belə bir izahat da var ki, kəndin adı "dərə çay" və ya "çay dərəsi" deməkdir.

Bir başqa versiya da Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimdən əmələ gəldiyini deyirlər. Amma Ağstafa özü Qazax olduğu üçün kəndin adının çar zabitinin sözündən əmələ gəlməsi variantı daha maraqlıdır.

Yaxşı, SSRİ dövrünü anladıq, kommunistlər əsasən axar-baxarlı rayonların, qəsəbələrin adlarını dəyişdirirdilər, dağın dərəsindəki kəndin adını dəyişmək yadlarına düşməyib, bəs müstəqillik dövründə yüzlərlə kəndin, şəhərin adı dəyişdirildiyi halda Astafın adı niyə qalıb?

Ola bilər, bu əfsanə (çar zabitinin sözüylə bağlı) kənd camaatına şirin gəlir, necə olmasa da, kənd çapında igidlik salnaməsidir. Bəs necə? Çara müqavimət göstəriblər, ordusuna əsgər verməyiblər. Bəlkə də kimsə kəndə gəlib Astafın adını dəyişdirmək təşəbbüsü ilə çıxış edəndə xalq yenə də müqavimət göstərib, kim bilir?

Bir Astaf olsa, nə vardı ki? Rayonlarda çoxlu mənasız, hətta biədəb səslənən kənd adları var, gərək indiyədək dəyişdiriləydi.

Məsələn, ən mat qalmalı işlərdən biri Yevlaxın adının hələ də dəyişdirilməməsidir. Yevlax nə deməkdir axı? Bəlkə qədim oğuz türklərinə aid tayfalardan birinin adı olub? Tarix məxəz yoxdur. Deyilənə görə, çar ordusunun Yevlaxov adlı bir polkovniki olub, bu tərəflərdə qulluq edib, rayonun adı da ondan qalıb.
Necə ki qədim Qarabulaq elatının adı 1959-cu ilə qədər çar ordusunun polkovniki Karyaginin adını daşıyırdı. Gəncəni Kirov, Tərtəri Mirbəşir, Goranboyu Qasım İsmayılov, Biləsuvarı Puşkin, Beyləqanı Jdanov, Göygölü Xanlar edən sovet hökuməti çar ordusunun polkovnikinin xatirəsini əziz tutmuşdu və onu dəyişdirməmişdi. Nəhayət, böyük şairimiz Füzulinin 400 illiyi ilə əlaqədar rayon Füzuli adlandırılıb. Düzdür, Füzuli əslən Qarabulaqdan olmayıb, amma camaat bu adı yaxşı qarşılayıb.

Yevlax isə daha matah addır, ona görə də qalıb. Dəyən olmasa, min il qalacaq. Hətta dəyən olsa, xeylax qalacaq. Sabah Astafın adı da dəyişdirilərək Baharlı, Yaşılçuxur, Çənlidərə-filan qoyulsa da, o kəndin camaatı düz 50 il “haralısan” sualına “astaflıyıq” cavabı verəcək. Biz belə şeylərdə çox mühafizəkarıq, daha dəqiqi, ərincək camaatıq. Budur, 30 ildir, nə Semaşko var, nə Çapayev, nə Papanin, nə Sovetski-filan. Amma hələ də camaat avtobusa minəndə sürücüdən soruşur: “Bu marşrut Semaşkonun yanından keçir?” Başqa biri küçədə adamdan “Papaninə necə gedə bilərəm?” deyə soruşur. Bir ayrısı “Əvvəllər Sovetskidə olurduq” deyir və sair və ilaxır.

Hərçənd köhnə adlar yavaş-yavaş unudulur. Daha Göytəpəyə “Prişib”, Beyləqana “Jdanov” deyən yoxdur. O biri yaşayan köhnə adlar (Basin, Çapayev, Vorovski və s.) da unudulacaq, amma “Torqovı”ya təxminən 30 il sonra da Fəvvarələr meydanı deyən olmayacaq. Çünki “Torqovı” qulağa şirin gəlir.

İndi bir cığal oxucu zəng eləyib, müəllifdən “yaxşı, özün harada yaşayırsan” deyə soruşsa, desəm ki, Dvadsatıda, deyəcək, bax, gördüüün. Adam haqlı çıxacaq. Heç “Dvadsatı” deməyək, “20-ci sahə” deyək. Bu nə addır? Əlaqədar qurumlar hara baxır?

Məndən olsa, “Dvadsatı”nın adını Qayaaltı qoyaram. Qoy həm də Qalaaltını andırsın.

Samir SARI - musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Dünən, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Dünən, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Dünən, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünən, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Dünən, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru