Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                 

“Öz dili qaydasında olmayanlar, millətə dil dərsi verməyə çalışır” - Nizami Cəfərov
Tarix: 23-03-2025, 11:43 | Çap et
“Öz dili qaydasında olmayanlar, millətə dil dərsi verməyə çalışır”
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimindəki çıxışında Azərbaycan yazıçılarını dil imtahanından keçməyə çağırıb. Lakin DİM sədrinin bu çağırışı hən yazıçılar, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu DİM-in yazıçılara etimadsızlığı, oların dil biliyini müəyyənləşdirmək cəhdi kimi dəyərləndirib.

Moderator.az olaraq dilçi alim, akademik Nizami Cəfərovla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

-Nizami müəllim, DİM-in dil imtahanı ilə bağlı məlum çağırışını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, necə oldu ki, bu məsələ meydana çıxdı?

-DİM bugünlərdə çox böyük bir layihəyə imza atdı. Bu layihə uzun müddət idi ki, hazırlanırdı. Məqsəd də ondan ibarətdir ki, Azərbaycan dili imtahanının DİM sistemi korpusu yaradılsın ki, ölkəmizə gələn, burada oxuyan və ya işləyən xaricilərin Azərbaycan dilini mənimsəmək dərəcəsi müəyyən edilsin. Çünki Azərbaycana gələn, burada işləyən, oxuyan xaricilərlə bağlı həm diplomatik, həm də elmi baxımdan belə bir imtahanın keçirilməsinə ehtiyac var.

Ümummilli liderimiz də demişdi ki, Azərbaycanın imkanları yüksəldikdə, bütün dünyadan ölkəmizə müraciətlər olacaq, insanlar ölkəmizə axışacaq. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə böyük qələbə ilə başa çatdılğı üçün bu axın bir az da güclənib. Azərbaycanın Müzəffər Ali Baş Komandanı ölkəmiz və türk dünyası ilə bağlı açıqlamalarında Azərbaycanın beynəlxalq miqyasda, türk dünyası miqyasında nüfuz sahibi olduğunu qeyd edib. Bu, sadəcə bir dövlət başçısının sözü deyil, bu, həm də tarixi bir həqiqətdir. Buna görə DİM də mövcud reallıqları nəzərə alaraq Azərbaycan dilində imtahan keçirmək, sertifikat almaq üçün korpus hazırlayıb.

Bugünlərdə iki akademik-dilçi – Kamal Abdulla və mən bu təqdimat mərasimində iştirak elədik. DİM-in Rəyasət Heyətinin sədri hörmətli Məleykə Ababszadə də bütün bu detalları tədbirdə izah etdi. Biz də öz fikrimizi söylədik.

-Deməli, dil imtahanının keçirilməsi bəzilərinin iddia etdiyi kimi “birdən-birə” meydana çıxmayıb?

-Xeyr!

Bu, bir neçə il bundan əvvəl başlanmış və DİM mütəxəssislərinin, eləcə də bizim görkəmli dilçilərin iştirakı ilə hazırlanmış layihədir.

Hörmətli Məleykə xanım çıxışında yaxşı bir təklif verdi. Bildirdi ki, biz Azərbaycan dilindən imtahan götürməklə yanaşı, elə etməliyik ki, bu imtahan bizim dili bilənlərimizin, yazıçılarımızın, ziyalılarımızın nəzarəti altında olsun.

Məleykə xanım bildirdi ki, gəlin belə bir eksperiment edək. İlkin olaraq müxtəlif təbəqələrdən olan, rus və Azərbaycan bölməsini oxuyan, heç vaxt Azərbaycanda olmayan və sonradan ölkəmizə gələn görkəmli ziyalılarımız, onların bir hissəsi bu imtahanda onlayn iştirak etsin. Və onlara təqdim edilən suallara cavab versinlər. Bununla da məyyən edək ki, bizim təqdim etdiyimiz suallar, dil barəsində etdiyimiz texniki təqdimatlarımız görkəmli ziyalıların verəcəyi cavablarda necə əks olunur. Yəni biz həm xaricilərdən imtahan götrməliyik, həm də öz daxilimizdəki Azərbaycan dilini yüksək səviyyədə bilən insanlara imtahan verməliyik. Ona görə də bizim imtahanda yazıçıların, elm adamlarının, ziyalıların iştirakı gözəl olar.

Yəni təklif ondan ibarət idi ki, bizim dilçi, ədəbiyyatşünas aspirantlar, deputatlar, digər şəxslər bu imtahanda iştirak etsinlər. Bununla da müəyyən edək ki, bizim suallarımız nə dərəcədə düzgün qoyulub. Buna uyğun olaraq da, xaricilərə yaxşı bir imtahan modeli təqdim edək.

-Yəni məqsəd yazıçılarımızın dil biliyini müəyyən etmək olmayıb?

-Əlbəttə ki, yox!

İndi bəzi yazıçılarımız, özlərinin dilləri qaydasında olmayan, amma millətə dil dərsi vermək fikrinə düşən bəzi adamlar Məleykə xanımın bu sözünü anlamadan sözügedən təklifə qarşı çıxırlar. Guya Azərbaycan yazıçılarından imtahan götürülür. Bu, belə deyil.

Azərbaycan yazıçılarından heç vaxt imtahan götürülməyəcək. Çünki Azərbaycan yazıçıları o imtahanı illərlə veriblər və onların böyük hissəsi bu imtahandan müvəffəq qiymət almayıb. O proses artıq bitib. Sadəcə DİM yazıçılardan xahiş edir ki, bu imtahanlarda iştirak eləsinlər, xaricilərə bu imtahanı hansı modeldə, hansı suallarla, hansı mətnlərlə verməyin daha məqsədəuyğun olduğunu məyyənləşdirməyə köməklik göstərsinlər. Məqsəd odur ki, xaricilərdən imtahan götürəndə, onlara qiymət verəndə obyektiv olduğumuzdan əmin olaq. Mahiyyət bundan ibarətdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru