
ABŞ ilə İran fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməlidir və Rusiya bu işdə kömək etməyə hazırdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir”, deyən D.Peskov Moskvanın buna nail olmaq üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib.