
Abşeron Rayon İcra Hakimiyyəti (RİH) Başçısının Xırdalan şəhər üzrə nümayəndəliyinin liftlərə texniki xidmətlə elan etdiyi kotirovka sorğusu ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi məlum deyil.
Kotirovka sorğusunun ümumi dəyəri 25 min manat olub.