Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                 

Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Tarix: 25-01-2025, 16:37 | Çap et
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək
Ötən ilin sonlarında Əsəd rejiminin devrilməsindən Suriyada yeni hakimiyyət qurulub. Əhməd əl-Şaranın rəhbərlik etdiyi hakimiyyət artıq xarici dövlətlərlə əlaqələr qurmağa başlayıb. Müşahidəçilər deyir ki, yeni hakimiyyət region ölkələrinə, həmçinin digərlərinə müsbət mesajlar verirlər.

Hazırda Suriyada dövlət sturukturlarının bərpası, iqtisadiyyatın dirçəldilməsi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması və digər işlər üçün addımlar atılır. Türkiyə də prosesə yaxından dəstək verir.

Azərbaycan Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan hakimiyyətlə əlaqələr qurub. Xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. Ancaq vətəndaş müharibəsinin başlamasından sonra əlaqələr kəsilib. Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur, ancaq səfirliyin yenidən açılması nəzərdə tutulub.

Əsəd rejiminin süqutundan sonra bölgədə yaşayan azərbaycanlıların və Azərbaycanəsilli türkmənlərin (bəzi mənbələrdə türkmanlar - red.) vəziyyəti də ən çox müzakirə edilə mövzulardandır.

Modern.az-a danışan Suriya Türkmən Eli - Azərbaycan Dostluq Cəmiyyətinin və Suriya Türkmən Həkimlər Birliyinin sədri Muxtar Fatih Beydili bildirib ki, Əsəd rejiminin süqutundan sonra sonra bölgədə elə də böyük xaos yaranmayıb:

"Türkmənlər yaşadıqları bölgədən asılı olaraq müxtəlif vəziyyətlərlə üzləşirlər. Şimaldakı türkmənlər ümumiyyətlə Türkiyənin dəstəyi ilə öz təhlükəsizliyini təmin etməyə çalışır. Rejimin nəzarətində olan bölgələrdə qalan türkmənlər əvvəlcə daha çox təzyiq və assimilyasiya siyasətinə məruz qalmış, sonra isə rejimin süqutu ilə birlikdə öz ləyaqət və azadlıqlarına qovuşmuşlar. Əvvəllər rejimin zülmü nəticəsində yaranan iqtisadi çətinliklər və miqrasiya təzyiqləri türkmənlərin ən böyük problemlərindəndir".
Ətraflı

Qeyd edək ki, Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd Latakiya əyalətinin Türkmən dağları deyilən hissəsində, habelə Hələb, İdlib, Homs, Tartus və Dəməşq regionlarında yaşayan türkmənlərin dəqiq sayı məlum deyil. Müxəlif mənbələrə görə, türkmənlərin sayı 1,5 – 3,5 milyon nəfər arasında dəyişir.

Suriyada Əsəd rejimi ərzində türkmənlərə öz dillərində qəzet-jurnal dərc etmək və yazmaq qadağan edilmişdi. Hökumət onları milli azlıqlar kimi tanımırdı.

Beydili deyir ki, türkmənlərin ata-baba yurdu olan Hələbdə Azərbaycan türkləri var, İmadəddin Nəsiminin məzarı isə Hələb şəhərində yerləşir. Azərbaycanlılar ümumiyyətlə türkmənlərlə qarışıq yaşayırlar. "Onların əhalisinin sayı dəqiq bilinməsə də, kiçik bir icma olduğunu söyləmək olar. Hələb və ətraflarında türkmənlər daha çox yaşayır. Əslində Suriyada insanlar bütün türkləri türkmən kimi tanıyır, ona görə də orada heç kimə azərbaycanlı deyilmir. Orada hamı özünü türkmən kimi təqdim edir. Bəzi adamlardan ətraflı soruşanda deyirlər ki, mənşəyi Azərbaycandandır, Qafqazdandır.", - o qeyd edib.

Yeni hakimiyyətin formalaşmasından sonra Suriyada şəriət dövlətinin yaranacağı barədə iddialar yayılır. Ancaq Fatih Beydili bu iddiaları yalan adlandırır:

"Suriyada şəriət qanunlarına əsaslanan dövlət qurmaq istəyən yeni hökumət yoxdur və bu iddialar yalandır. Əhməd Şəra bunu hər görüşdə deyir. Ümumilikdə Suriyanın etnik və məzhəb müxtəlifliyi belə bir dövlətin qurulmasını çətinləşdirir. Hələb kimi bölgələrdə hazırda belə bir radikal transformasiyanın heç bir aydın izi yoxdur. Camaatın əksəriyyəti bu tip idarəetmə modelindən uzaq durur".

Birliyin sədrinin sözlərinə görə, hakimiyyətə gələn qüvvələrlə türkmən icması arasında hələlik rəsmi görüş olmayıb: "Yeni hökumət türkmənlər də daxil olmaqla bütün etnik qruplarla danışıqlar aparır və onların hüquqlarını müdafiə etmək, yerli səviyyədə nüfuz sahibi olmaq üçün səylər göstərir".

O deyir ki, Türkiyə ilə yeni hakimiyyət arasında çox yaxşı əlaqələ var: "Türkiyə ilə keçmiş Suriya rejimi arasında münasibətlər illərdir gərgindir. Türkiyənin müxalifəti dəstəkləməsi buna səbəb olmuşdu. Ancaq son vaxtlar hökumətin yeni lideri Əhməd-Şara Türkiyə ilə çox yaxşı münasibətdədir. Türkiyə ilə Suriyanın əlaqələri çox sıx olduğu üçün xalq arasında qohumluq və s. əlaqələr var".

Vətəndaş müharibəsi illərində Suriyadan Azərbaycana gedən türkmənlərin olduğunu deyən Beydili onların qayıdıb-qayıtmadığı barədə məlumatın olmadığını bildirib. O deyir ki, gedən şəxslərin qayıdışlar fərdi seçimlərdən və ərazidəki təhlükəsizlik vəziyyətindən asılıdır.

"Türkmənlərin yeni hökumət daxilində siyasi fəaliyyəti indi kifayət qədər məhduddur. Lakin mart ayından sonra bütün Suriya xalqının, o cümlədən etnik qrupların milli toplantısı olacaq. Görüş olacaq və təbii ki, türkmənlər də orada olacaqlar", - Birlik sədri qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru