Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                 

Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Tarix: 25-01-2025, 16:04 | Çap et
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa...
Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərin normal olmasında maraqlıdır. Təkcə ona görə yox ki, bu ölkənin milyonlarla yerli sakinin azərbaycanlı, Azərbaycan türküdür, həm də İran qonşudur. Qonşularla dinc yanaşı yaşamaq bütün baxımlardan vacibdir.

Bir zamanlar Ermənistan nankor qonşuluq etdi. Bunun acısını hələ də çəkir. O, Azərbaycan və Türkiyə kimi qonşularına qarşı çıxıb pənahı uzaqlarda axtarmağa səy göstərir və s.

Rəsmi Bakı qonşularla dinc yanaşı yaşamaq prinsipinə daim əməl edir. Gürcüstanla əlaqələr buna örnək sayılır.

İranda isə qonşuluq, yoldaşlığa ziyan vuran addımlar hələ də atılır.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, onun rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Nazirlik müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb k, bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıyır, bunların qarşısının alınması zəruridir: “İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib”.

İslam respublikası rəsmilərinin çıxış, davranış və əməllərindən belə ehtimal etmək olar ki, Tehran hakimiyyətində Azərbaycan Respublikasına münasibət iki istiqamətdə sərgilənir. Bir istiqamətə ayətullah Seyid Əli Xaməneinin Ərdəbil üzrə nümayəndəsi Həsən Ameli, Qəzvin nümayəndəsi Əbdül Kərim Abedini, Təbrizdən olan deputat Ruhulla Mütəfəkkir Azad və bu kimi şəxslər daxildir.

Həsən Amelinin bütövlükdə anti-Azərbaycan mövqedə olduğu sirr deyil. O, kəşfiyyat, təhlükəsizlik təşkilatının əməkdaşı kimi bu yöndə daim dezinformasiya yaymaq, müsəlman, türk dünyasına qarşı qarayaxmaqla məşğul olur. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu illərdə onun cümə namazı zamanı etdiyi xütbələr, 44 günlük müharibə zamanı və ondan sonrakı vaxtlarda etdiyi çıxışlar unudulmayıb.

Yanvarın 19 və 20-də Azərbaycanda hüzn günüdür. Bu tarixdə dinc yolla milli azadlıq mübarizəsi aparan azərbaycanlılar sovet qoşununun hücumuna məruz qalıb. Onda Moskva bunu ermənilərin talan olunması ilə əlaqələndirməyə çalışdı. Bu, sovet rəhbərlərinin Azərbaycandakı milli azadlıq mübarizəsinə qarşı özünəməxsus repressiya idi. Həmin dövrdə Kremlin təbliğat maşını dezinformasiya yayaraq bu hərəkata dini, təriqət donu geyindirməyə səy göstərirdi. Çünki bu adla milli azadlıq hərəkatının mahiyyətini ört-basdır etməyə, hərəkat iştirakçılarını isə “ekstremist” adlandırmağa çalışırdı.

Ameli yanvarın 19-da Ərdəbildə keçirdiyi toplantıda 35 il öncə Bakı, Neftçala, Lənkəran, Cəlilabad və başqa rayonlarda sovet hərbçilərinin törətdiyi cinayətlərə toxunmadan həmin hadisələri təhrif edib. “Dünya müsəlman azəriləri günü” adlandırdığı həmin tədbirdə o iddia edib ki, guya azərbaycanlılar “vətən İrana birləşmək üçün” ayağa qalxıblar və s. kimi cəfəng fikirlər söyləyib.

Ameli 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Gününə bununla kölgə salmağa səy göstərib. İşğal zamanı dinc əhalinin İran ərazisinə keçməsinə də Ameli dini-islami don geyindirməyə səy göstərib. Halbuki Azərbaycanın cənubunda İran deyil, hansı dövlət olsaydı, bu sığıncağı verəcəkdi. Digər tərəfdən isə həmin azərbaycanlıların mal-mülkü dəyər-dəyməzinə satın alınıb. Onların yerli əhali ilə təmasına imkan verilməyib və qısa müddətdən sonra Azərbaycanın başqa ərazisinə göndəriliblər.

Amelinin yanvarın 19-u ilə bağlı etdiyi çıxışı oxşar məzmunda İranın başqa bölgələrində də təşkil edilib. Məsələn, Urmiyada çıxış edənlər 35 il əvvəl yanvarda baş verən hadisələri başqa tarixdəkilərlə qarışdıraraq həm hərəkatın mahiyyətini, həm də onun istiqamətini saxtalaşdırıblar.

Əbdül Kərim Abedini isə Amelinin Azərbaycan rəhbərliyinə qarşı şər-böhtan dolu fikirlərini az qala təkrarlayıb.

Təbrizdən olan deputat Ruhulla Mütəffəkkir Azad da Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə çıxış etməklə yanaşı, Azərbaycanı “qonşu dövlətlərə qarşı ərazi iddiaları” irəli sürməkdə ittiham edib. O, bu çıxışı ilə Ermənistan hakimiyyətinin saxta iddiasını bu şəkildə dəstəkləyib.

Bu kimi tədbirlərin keçirilməsi, çıxışların edilməsi onların vahid siyasi-ideoloji mərkəzdən idarə olunduğunu isbatlayır. Çünki bütün çıxışların az qala nöqtə və vergülü də eynidir.

Tehran hakimiyyəti daxilində bu xətt Azərbaycana qarşı siyasi-ideoloji təbliğat və təxribatla məşğul olur. İranın ali rəhbərinin nümayəndələrinin bu tip məsələlərə aparıcılıq etməsi isə ölkələrarası münasibətlərə təsirsiz ötüşmür.

O biri xəttin nümayəndələri isə bir qədər fərqlidir. Onlar sanki daha praqmatik, realistdirlər.

Hələ İranın helikopter qəzasında ölən prezidenti İbrahim Rəisi müsəlman və qonşu ölkələrlə əməkdaşlıq, dinc münasibətlərin qurulması istiqamətində fəaliyyətə üstünlük verəcəklərini bildirirdi. Onda İran hökuməti bu yöndə addımlar da atırdı. Azərbaycan və İran prezidentlərinin iştirakı ilə ötən ilin yazında “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi hadisəsi buna nümunə sayıla bilər.

Bu il yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirilib. İkitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub. İclasın sonunda əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Tehranda keçirilən Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası çərçivəsində İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb. Tərəflər İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və orada aparılan işləri müzakirə ediblər.

Qeyd olunub ki, həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir. Görüş zamanı ADY və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb.

İki ölkə arasında əməkdaşlığa dair başqa bir məlumata diqqət edək. Rusiya-İran yeni qaz kəməri Azərbaycan ərazisindən keçəcək. Bu barədə rəsmi razılıq əldə edilib. Bu, Rusiyadan İrana ildə təxminən 2 milyard kubmetr metan nəqlinə imkan verəcək. Tədarükün sonradan daha da artırılaraq 55 milyard kubmetrə qədər çatdırılması planlaşdırılıb.

Hələ üç il öncə İranın Azərbaycandakı ovaxtkı səfiri Seyid Abbas Müsəvi bildirirdi ki, yaxın gələcəkdə gündəlik doqquz milyon kubmetr Rusiya qazı svop əməliyyatı vasitəsilə Azərbaycan ərazisindən İrana nəql olunacaq. Diplomat qeyd etmişdi ki, İran oxşar əməliyyatı Türkmənistan və Azərbaycanla da həyata keçirir. Azərbaycan İrandan keçməklə iki milyard kubmetr Türkmənistan qazı alır.

Əməkdaşlığı, qonşuluq əlaqələrini, münasibətlərini inkişaf etdirmək üçün bu kimi fürsətlər, imkanlar olduğu halda saxtakarlıq etməyə, təhriflərə yol verməyə, düşmənlik toxumu səpməyə, “qaşınmayan yerdən qan çıxarmağa” ehtiyac yoxdur.

Bu kimi hadisələr, Tehran hakimiyyəti daxilində Azərbaycana münasibətdə iki xətdən daha çox İran ziyan çəkir. Bunu ötən illərdə baş verənlər də sübut edib. Bir də islam respublikasının düşdüyü vəziyyətdə qonşuları, xüsusən Azərbaycan kimi dövlətə qarşı təbliğat ona nə dərəcədə fayda verir? Azərbaycan Respublikasına yanaşması Tehran hakimiyyətinin qonşular və müsəlman dövlətlərə münasibətinin göstəricisi də sayıla bilər. Bu əlaqələr, yanaşmalar bir çox hallarda islam respublikasının mahiyyətini də üzə çıxarır.

Sədrəddin İsmayılov,
Report










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru