"Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                 

“Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Tarix: 30-12-2024, 00:13 | Çap et
“Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib”
1920-ci ildən sonra Cənubi Qafqazın sovetləşməsindən istifadə edən ermənilər öz çirkin məqsədləri üçün sovet rejiminin köməyi ilə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR ərazisinə qatmaq adı ilə zəbt etməyi bacardılar.

Bunun ardınca düşünülmüş şəkildə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyası həyata keçirilməyə başlanıldı.

Erməni daşnaklar Qərbi Azərbaycan ərazisindən köçürülməni rəsmiləşdirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarın qəbuluna nail oldular. Bu tarixdən əvvəl və sonra azərbaycanlıların öz tarixi yurd yerlərindən zorla çıxarılması xalqın faciəsinə çevrildi.

TNS-in mövzu ilə bağlı suallarını Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov cavablandırıb.

- Hikmət müəllim, əvvəlcə istərdim ki, Qərbi Azərbaycan sakinlərinin öz doğma yurd-yuvasından çıxarılmasına xidmət edən cinayət tipli proseslərin hansı nəticələri doğurduğuna nəzər salaq...

- Qərbi Azərbaycanın, yəni indiki Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, ermənilərin Cənubi Qafqazda dövlət yaratması üçün qərar qəbul edən siyasi mərkəzlər Azərbaycan ərazilərində süni Ermənistan dövləti qurmağı bacardılar. Ancaq hələ Ermənistan dövləti qurulmamışdan əvvəl azərbaycanlılara qarşı öz tarixi ərazilərində etnik təmizləmə siyasəti aparıldı. Ona görə ki, 1828-ci ildən sonra Şimali Azərbaycanda olan bütün xanlıqlar kimi İrəvan Xanlığı da Çar Rusiyası tərəfindən işğal edildi. Beləliklə, Çar Rusiyasının təzyiqi altında İrəvan və ətarfından azərbaycanlılar tədricən etnik təmizləmə siyasətinə məruz qaldılar. Bu proses Azərbaycan xalqına qarşı böyük cinayətlərlə müşahidə edildi. Əcdadımızın yaratdığı maddi-mədəni irsə, toponimlərə qarşı soyqırımı törədildi və nəhayət, 1918-ci ildə Ermənistan Respublikasının qurulması üçün yeni tarixi fürsət yaratdı.

Çox təəssüf ki, Çar Rusiyasının bu siyasətini Sovet Rusiyası da davam etdirdi. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın təqribən 20 min kvadrat kilometr ərazisi bu və ya digər şəkildə Ermənistana yenidən verildi. Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistana dövlət qurmaq üçün verdiyi ərazi cəmi 9 min kvadrat kilometrdir. Sovet dövründə isə ermənilərə verilən ərazi 20 min kvadrat kilometr oldu. Bu gün Ermənistanın ərazisi 29,8 min kvadrat kilometrdir.

- Bu ədalətsiz qərar nəticəsində nə qədər əhali həmin ərazilərdən köçürüldü?

- Təbii ki, baş verənlər sadəcə ərazi məsələsi deyil. Eyni zamanda, bu ərazidə yaşayan insanların, ailələrin faciəsi oldu. Mərhələli şəkildə, 1918-20-ci, 1947-53-cü, nəhayət 1987-91-ci illərdə azərbaycanlılar soyqırımına, etnik təmizləmə siyasətinə məruz qaldılar. Evlərindən, mülklərindən, yaratdıqları maddi-mədəni mirasdan məhrum edildilər. Beləliklə, bugünkü reallığa gəlib çatdıq.

Qərbi Azərbaycan əhalisinin sayına gəldikdə isə əlbəttə ki, söhbət 200 il ərzində davam edən bir köçdən gedir. 1828-ci ildən artıq bu günə qədər 196 ildir, davam edən, süni şəkildə yaradılan köçdür. Ona görə də say barəsində dəqiq hansısa fikir səsləndirmək bir qədər çətindir. Ancaq 1987-1991-ci illərdə 300 mindən çox azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. Hazırda onların sayı 500 minə yaxındır. 1947-1952-ci illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə deportasiya edilənlər var. Bunlar da 100 mindən çoxdur. Beləliklə, hazırda bu rəqəmlərin cəmini ifadə etsək, nə qədər böyük rəqəm alındığını görəcəyik. Amma bunun özünün də hesablanması bir qədər çətindir. Çünki Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinə məruz qalmış insanların nəsillərinin artımı məsələsi var. Dəqiq hesablama aparılmalıdır. Bununla bağlı hazırda hesablamalar aparılır. Saylar dəqiqləşdirilir. Ona görə də hər hansı bir rəqəm ifadə etmək çətindir.

- Uzun illər ötsə də, Qərbi Azərbaycan sakinləri öz tarixi yerlərini, adətlərini unutmurlar. Bu gün qayıdış məsələsi gündəmdədir. Qayıdışla bağlı gedən işləri necə qiymətləndirmək olar?

- Hazırda heç şübhəsiz ki, Qərbi Azərbaycanlıların qayıdışı məsələsi Azərbaycan xalqının qarşısında duran milli vəzifəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşdüyü zaman irəli sürdüyü konseptual fikirlər bu gün qayıdış konsepsiyasına çevrilib. Ancaq bu qayıdış konsepsiyası əlbəttə ki, sülh konsepsiyasıdır. Bu gün qayıdış siyasi-hüquqi qiymət tələb edə bilər, amma ərazi iddiasi kimi siyasi məqsədlərə yozula bilməz. Çünki nəticə etibarilə azərbaycanlılar öz tarixi torpaqlarına Ermənistan vətəndaşı kimi qayıdıb yaşamaq istəyirlər. Tarixi torpaqlarımızdan etnik təmizləmə siyasətinə məcbur qalmış azərbaycalıların öz torpaqlarına dönüşü bu məcburi təmizləmə siyasətini həyata keçirən dövlətlərin hamısının, ilk növbədə də Ermənistanın məsuliyyətidir. Ermənistan dərk etməlidir ki, Qərbi Azərbaycanlıları bu ölkədən qovublar. Onlara qarşı cinayət törədiblər. Onların mədəni mirası üzərində özlərinə yalançı miras yaradıblar. Bu da beynəlxaql hüquqa ziddir. Bu gün Qərbi Azərbaycanlıların qayıtması beynəlxalq hüquqla onlara tanınan haqdır.

- Yeri gəlmişkən, Qərbi Azərbaycan probleminin var olduğunu artıq beynəlxalq müstəvidə qəbul olunduğunu deyə bilərik?

- Bu gün dövlətimizin, Azərbaycan Prezidentinin dəstəyi ilə artıq Qərbi Azərbaycan probleminin olduğu həm diplomatik platformalarda, həm beynəlxaq hüquq platformalarında təqdim edilir. İcmanın fəaliyyət göstərdiyi iki il müddətində artıq BMT-də, onun Baş Assambleyasında Qərbi Azərbaycan problemindən danışılıb. Sənədlərimiz orada rəsmi yayımlanıb. UNESCO, ISESCO-da, Avropa Parlamentində bu məsələ ilə bağlı danışılıb. Yəni, Qərbi azərbaycanlıların qayıtması məsələsi, hətta bu gün Ermənistanda müzakirə predmetinə çevrilib. Hər nə qədər bu dialoq formasında olmasa da, birtərəfli qaydada Ermənistan ictimaiyyəti də buna reaksiya verir. Doğrudur, neqativ nöqteyi-nəzərdən şərh edirlər. Amma bütün hallarda mövzunun müzakirə olunması özü də həqiqətin yenidən dərk edilməsi üçün bir addımdır. Qərbi azərbaycanlılar qayıdacaqlar, qayıtmalıdırlar. Bu, sülhə, Ermənistan və Azərbaycanın iqtisadi, mədəni, sosial əlaqələrinin dərinləşməsinə xidmət edəcək. Şübhəsiz ki, Ermənistan buna hazır olmalıdır. Əks təqdirdə, Azərbaycan və Ermənistan arasında etibarlı, uzunmüddətli sülh əldə etmək bir qədər çətin olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru