Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... .....                     Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi .....                     Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                     Magistraturaya sənəd qəbulu bu gün başa çatır .....                     31 yaşlı müəllim qəfil vəfat etdi .....                     Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin .....                     Rövşən Mehdiyev həbs edildi .....                     "Kəndimizin içməli su problemi var..." .....                     2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                 

“Bu gün korrupsiya Azərbaycanda sosial gərginliyin azalmasına kömək edir…” - Natiq Cəfərli BELƏ DEYİR
Tarix: 13-12-2024, 13:00 | Çap et
 “Bu gün korrupsiya Azərbaycanda sosial gərginliyin azalmasına kömək edir…”
“AzPolitika”-nın ReAL Partiyası Siyasi komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli ilə müsahibəsinin ikinci hissəsində ölkədəki sosial-iqtisadi problemlər, onların səbəbləri, çıxış yolları, 2025-ci il büdcəsindən gözləntilər müzakirə olunub.

Müsahibəni təqdim edirik:

- Milli Məclisdə büdcə müzakirələri davam edir, artıq büdcə birinci oxunuşdan keçib. Ümumilikdə 38,3 milyard gəlir, 41,3 milyard isə xərc proqnozlaşdırılır. Bir iqtisadçı kimi bu büdcəni nə qədər real hesab edirsiniz?

- Təəssüf ki, bizim alternativ hesablama mənbələrimiz yoxdur. Məsələn, başqa ölkələrin büdcələri müzakirə olunanda maraqla izləyirik. Bizim ölkədə zatən başqa ölkələrdəki seçkilər də, digər hadisələr də maraqla izlənilir, ölkə daxilindən fərqli olaraq… Orada alternativ hesabatlar olur. Məsələn, Türkiyədə müxalifət yəni, CHP ayrıca bir büdcə layihəsi hazırlayır və orada illərdir belə bir praktika var. Bundan əlavə, TÜSİAD və Həmkarlar İttifaqı da ayrı bir büdcə təqdim edir. Bizdə belə bir təcrübə yoxdur. Bizə “nə verirlər, onu da yeyirik”. Göstərdikləri büdcə də budur. Bizim alternativ hesablama imkanlarımız və fürsətlərimiz də yoxdur.

- Bəs iqtisadiyyatın durumuna baxsaq, hökumətin büdcə proqnozunu necə qiymətləndirmək olar?

- İqtisadi baxımdan real rəqəmlərə bənzəyir. Niyə? Ona görə ki, iqtisadiyyatı ağardıblar. Bunlar ağarmanı iqtisadi uğur kimi təqdim edirlər. Halbuki bu, iqtisadi uğur deyil, vətəndaşın, biznesin çiyninə qoyulmuş əlavə yükdür. Mən demirəm hamı boz zonada işləsin. Ancaq boz zonadan ağ zonaya çıxmaq bir tək dəyənəklə, cəzalarla olmur. Bunun təşviq ayaqları da olmalıdır. Bizdə təşviq ayaqları olmadı. Pandemiya insanları kartla ödənişə öyrətdi. Baxın ticarət dövriyyəsindən gələn vergilərə... Həmin insanıq, həmin qədər yemək yeyir, paltar geyinirik. Amma 5-8 il bundan əvvəlki ticarət dövriyyəsinin həcmi ilə indikində fərq var. Ticarət dövriyyəsi artıb. Dövriyyə artdıqca ƏDV, vergi, büdcə daxilolmaları da artır. Nəyin hesabına? İnsanlar daha çoxmu istehlak edir? Xeyr…

- İqtisadiyyatın da böyümə dinamikası aşağıdır…

- Bəli. Son illərdə ÜDM artım tempi sıfıra yaxın idi. Çünki formal bir faiz deyirlər. Bir-üç faiz böyümə ümumiyyətlə, böyümə sayılmır. Deməli, nə baş verib? Leqallaşma. Daha çox kartla ödəyirik. Daha çox kartla ödəyəndə də dövriyyə artır. Dövriyyə artanda vergi daxilolmaları da artır. Məsələn, “qeyri-neft sektorunun artımı olub” deyirlər, baxısran ki, ticarətdir. Belə qeyri-neft sektoru olur? Aldıqlarımız Azərbaycan istehsalı olsaydı, yenə dərd yarı idi. Hamısı ixrac mallarıdır. Biz beş manat ödəyəndə xarici maliyyələşdiririk, çünki həmin beş manat gedir xaricə. Sonra da hökumət üzvləri oturub ağıllı sifət alaraq deyirlər ki, “valyutaya tələbat niyə artır?” Artmalıdır da, sən heç nə istehsal etmirsən, hər şeyi xaricdən alırsansa, tələbat da artacaq. Yəni, rəqəmlərdə mən problem görmürəm. Problem xərclərin şəffaflığında və istiqamətindədir.

- Yeri gəlmişkən, maliyyə naziri demişdi ki, bu ilki kimi xərcli büdcə olmayıb. Bu nə deməkdir?

- Yəni, bu qədər xərcli büdcə olmamışdı. Mən onu deməyə çalışıram ki, həm xərclərin həcmi artıb, həm də istiqamətlər artıb, yeni istiqamət yaranıb. Məsələn, Qarabağ. 19 milyard xərcləmişdik, 4 milyard da gələn il üzərinə gələcək, olacaq 23 milyard manat. Əslində, 23 milyardlıq həcm iqtisadiyyatda böyük bir dalğa yaratmalı idi. Yarada bilmədi. Çünki oradakı tikinti işlərini əsasən xarici şirkətlər aparır. Bizimkilər subpodrat işləyir, qaymağı xaricilər götürürlər. Tikintilərdə istifadə olunan xammal və materialların da hamısı xaricdən gətirilir. Çox sadə izah etsək, siz A şirkətinə və yaxud da dövlət qurumuna pul ayırırsınız, deyirsiniz 10 manata bu yolu tik. O da deyir ki, bu yolu tikməyə iki ədəd buldozer lazımdır. Azərbaycan buldozer istehsal edir? Xeyr. Bu zaman tutalım ki, elə 10 manatın üç manatını göndərir xaricə, iki dənə buldozer alır gətirir, başlayır işləməyə. İnfrastruktur, ümumiyyətlə, birbaşa gəlir gətirmir, əlavə dəyər yaratmır. Dolayı yolla yaradır. O da niyə? İnfrastrukturu yaxşı qurursan, sonra iqtisadi azadlıqlar olur, biznes inkişaf edir, məsafələr, zaman qısalır və bu, ticarətin və iqtisadiyyatın dövriyyəsini artırır, əlavə dəyər yaradır.

- Gələn il 14 milyard manatdan artıq vergi yığılacaq. Sahibkarların vergi və digər qurumlar tərəfindən sıxışdırılması onlara problemlər yaratdığına dair şikayətlər var. Bu tendensiya vergi yığımındakı proqnoza maneə ola bilərmi?

- Vergi yığımının tərkibinə baxanda görürük ki, ƏDV birinci yerdədir. Bizdə çox qəribədir ki, adı Əlavə Dəyər Vergisidir, amma onu gömrük də yığır. Özü də az deyil. Onun 4 milyarda yaxınını elə gömrük yığacaq. Hər yerdə ƏDV hesablanır. İnsanları da öyrəşdirdilər “ƏDV geri al” proqramına. İndi hamı kartla alış-veriş edir. Açığı yaxşı proqramdır. Hələ tətbiq olunmamışdan əvvəl mən bunu təşviq eləmişəm, dəfələrlə danışmışam. Verginin büdcə öhdəliyində ikinci böyük hissə neft şirkətlərindən toplanan vergidir. Təxminən 20 faizə yaxını neft şirkətlərindən toplanır.

- Bu, büdcədə qeyri-neft gəliri kimi göstərilir?

- Əlbəttə. Bizdə təsnifat dəyişib. Hətta ixracatın da təsnifatı dəyişib. Məsələn, elektrik enerjisi qeyri-neft sektoru sayılır. -Amma istilik enerjisi mazutdan alınır. Yaxud da neftdən, qazdan alınan bəzi materiallar var – bitum kimi və s. Onlar da qeyri-neft sektoru sayılır.

- Gələn ilin büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Bu nə qədər realdır?

- Azərbaycanda ən böyük problem elə hasilatın aşağı düşməsidir. Bunu sabitləşdirmək, bir platoya çıxartmaq mümkün olmur. Məndə olan məlumata görə, hökumət heç olmasa 500 min barrel satış həcmi yaratmaq istəyir.

- 480 minə düşmüşdü…

- Bəli. İndi hasilatı 500 min barrelə çatdırıb, orada sabitləşdirmək istəyirlər. “BP” və “Total”la danışıqlar gedir. Hasilatı sabitləşdirmək üçün yeni, müasir platforma göndərilib. Buna plato deyirlər. O platoya çıxıb hasilatı sabitləşdirmək istəyirlər. Alınacaq, alınmayacaq, bilmirəm. Amma hər halda vaxtilə neft hasilatı 1 milyon barrel idi. İndi yarıba-yarı azalma var. Qiymət məsələsinə gəldikdə, Azərbaycan hökuməti uzun illərdir - 2005-ci ildən sonra 20 ilə yaxındır ki, bu məsələyə çox konservativ yanaşırdı. Büdcədə neftin qiymətini aşağı götürürdü, hesablamaları da konservativ yanaşma ilə aparırdı. Hər il may ayının sonunda parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı yeni qanun layihəsi gəlirdi. Neftdən gələn gəlirlər artdıqca, onun həm xərc, həm də gəlir hissəsinə əlavələr edilirdi. Primitiv də olsa, işlək bir mexanizmi idi. İndi ilk dəfədir ki, konservativ yanaşmadan tam imtina etdilər. Çünki neftin qiymətini 70 dollardan götürmədən büdcə parametrlərini indiki səviyyəyə çatdırmaq mümkün deyil. Bu zaman proqnoz gəlirlər, konserv olunmuş büdcə aşağı düşəcəkdi. Bilirsiniz ki, Neft Fondunun büdcəsisı ayrıca qəbul olunur. İndi üzümüzə gələn il nə baş verə bilər? Yenə də may, iyun aylarında büdcəyə dəyişikliklər görə bilərik, amma bu dəfə azalma yönündə…

- Neft Fondundan transfertlər azala bilər?

- Əksinə. Fondun gəlir hissəsinə əl gəzdirə bilərlər. Çünki neft şirkətlərinin gəliri aşağı düşsə, gəlir vergisi azalacaq. Üç milyard verməli idilərsə, 1 milyard verəcəklər. Bir şeyi də demək lazımdır ki, neftin qiymətinin günlük hesablanması doğru deyil. Aylıq, rüblük, yarımillik və illik ortalama qiymət çıxarılır. Əgər ortalama qiymət may ayına qədər 60 və ya aşağı olarsa, belə bir ehtimal var, o zaman risk marjası aradan qalxa bilər. Hazrda neftin üzərində 10 dollarlıq risk marjası var. Bu gün məsələn, neft 72 dollardırsa, onun 10 dolları risklərə görədir. O aradan qalxsa, İranla anlaşma olsa, Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə atəşkəs olsa, Amerika da hasilatI artırsa, o zaman iyun ayında yenidən yığışacaqlar və büdcənin neftdən gələn gəlir hissəsini azaldacaqlar. Bu zaman büdcədə boşluq yaranacaq və Neft Fondundan daha çox vəsaitin transfer olunmasına qərar veriləcək.

- Büdcədə təqribən 14,5 milyard manat nəzərdə tutulub…

- Bəli. İndi onu 16-17 milyard manata qaldıra bilərlər. Uzun illərdir qəbul olunmuş praktika var idi ki, daxil olan vəsaitin hamısı xərclənməsin. Bu zaman Neft Fondu az da olsa yığıma yönəldə bilirdi o vəsaiti. İndi əksinə ola bilər. Bu, 2014-2015-ci ildə bir dəfə olub. Neft hasilatı aşağı düşəndə Neft Fonduna daxil olan gəlirlərdən daha çox xərclədik. Yenə eyni şey olsa, Neft Fonduna daxil olan gəlirlərdən daha çox xərcləmək məcburiyyəti yarana bilər. Bu zaman Fondun ehtiyatlarından istifadə oluna bilər. Bu, çox böyük ehtimaldır və dediyim kimi, Azərbaycanın yeni tarixində ilk dəfə büdcə parametrləri gəlir hissəsinin azalması, xərc hissəsinin yerində qalması hesabına baş verə bilər və bu, ciddi və yeni bir yanaşma olacaq.

- Valyuta xərcləmələri də artıb. İxrac və idxal arasındakı müsbət saldo da azalıb, iki milyard yarıma düşüb. Neft Fondu bu ilin 11 ayında 6,5 milyard dollar satıb. Mərkəzi Bankın da rezervləri 800 milyon dollardan çox azalıb. Bu baxımdan camaatda da narahatçılıq var ki, devalvasiya ola bilər. Belə narahatçılğa əsas varmı?

- Dekabr ayından Mərkəzi Bankın ehtiyatları artacaq. Ona görə artacaq ki, Neft Fondunun büdcə qarşısında olan öhdəliklərində boşluq qalıb. O qədər dollar satılmayacaq, onu Mərkəzi Bank alacaq, öz ehtiyatlarına yönəldib bir balans yaradacaq. Hətta mən düşünürəm ki, ilin sonunda başa-baş çıxacaqlar. Problem ondadır ki, Azərbaycanda məzənnənin dəyişməsi ilə bağlı proqnoz vermək çox çətindir. Çünki bizdə məzənnə iqtisadi kateqoriya deyil. Siyasi sabitlik simvoludur. Ona görə də zaman ilə bağlı proqnoz vermək çətindir. Amma bir şey dəqiqdir, Azərbaycan manatı bahalaşmayacaq. Bizdə ən sadə insanlar, iqtisadi savad, biliyi olsun-olmasın, bunu bilir. Ona görə də xalq beş manat artıq pulu olanda onu valyutaya çevirir və bu tendensiya indi də davam edir.

- Amma iqtisadiyyatda əvəlki qədər dollarlaşma yoxdur.

- Rəsmi dollarlaşma yoxdur. Bu gün iş adamları arasında uzunmüddətli müqavilələr bağlananda artıq bu tendensiya yaranıb. Məsələn, kimsə böyük məbləğə torpaq satır, razılaşır ki, üç ilə verəcək o pulu. Bu zaman artıq dollarla hesablayırlar. Çünki bilirlər ki, bu üç ildə nələrsə ola bilər. Mənim proqnozum ondan ibarətdir ki, devalvasiya qaçılmazdır, mütləq olacaq.

- Hansı nisbətdə?

- Təqribən 20 -25 faizlik olacaq. Bu, hökumətə Büdcə xərclərinə xeyli dərəcədə qənaət etməyə imkan verər. Amma bunlar gərək otursunlar, fikirləşsinlər, xeyri-ziyanı tərəziyə qoysunlar. Devalvasiya nə deməkdir? Güclü inflyasiya. Bu da əhalinin kasıblamasına səbəb olar. Yeri gəlmişkən, bir neçə gün öncə SMP-nin hesabatı yayımlandı. Orada da deyilir ki, 2028-ci ildə devalvasiya olacaq. Dövlət kanalları da, saytlar da bunu yaydı.

- Yəni, ona qədər hökumət manatın kursunu sabitləşdirəcək.

- Bəli. Amma bir şərtlə ki, neftin qiyməti indiki səviyyələrdə qalsa. Lakin 2028-ci ildə devalvasiya olacaq. Özləri də bunu etiraf edirlər. Mən dəqiq zaman deyə bilmərəm. Hər halda, nə vaxtsa olacaq. Hökumət də tək bunun vasitəsilə problemləri həll etməyi düşünürsə, kökündən yanılır. Devalvasiya iqtisadiyyata o zaman xeyir verir ki, ixrac potensialını, istehsalı, turizmi artırır. Azərbaycanın isə quru sərhədləri bağlıdır, istehsal da demək olar ki, yoxdur. Belə bir durumda devalvasiya gedəndə əhali kasıblaşar. Məsələn, qardaş ölkə Türkiyədə 11 milyona yaxın insan qrupu var ki, devalvasiyadan qazanır. Düzdür, böyük bir hissə də narazıdır, etiraz edir. Hökumət də bunu amortizasiya etməyə çalışır, minimum əməkhaqqını artırır və s. Mən 2018-ci ildə İzmirdə bir türk dostumla söhbət edən zaman o, fəxrlə deyirdi ki, “mənim maaşım 14 min lirədir”. Yəni, maaşının çox yüksək olması ilə öyünürdü. 6 il keçib üzərindən, bu gün Türkiyədə minimum əməkhaqqı 14 min 500 lirədir. Təsəvvür edin, cəmi 6 ilə… Azərbaycanda dövlətdən başqa devalvasiyadan heç kim qazanmır deyə bu, çox ciddi fəsadlar törədə bilər. İnsanlar kasıblaşacaq, qiymətlər artacaq. Amma vaxt da var. Məsələn, iki ildən sonra bu ediləcəksə, 2026-2027-nin əvvəlində, heç olmasa bu iki il ərzində müəyyən institusional dəyişikliklərə, iqtisadiyyatda açılıma gedlməlidir. Bu zaman pəncərələr yaranar ki, təsirləri minimuma endirə bilər. Təəssüf ki, hələlik bu görünmür

- Hökumət deyir ki, gələn ilki büdcə sosial yönümlüdür. Hansı sosial artımlar ola bilər?

- Təxminən 10 faizlik bir artım olacaq.

- Ötən ilin inflyasiyasından nə qədər çoxdur?

- Qanundan onu çıxarıblar. Əvəllər qanunla əməkhaqqı illik inflyasiyaya görə indeksasiya olunurdu. Devalvasiyadan sonra onu çıxarmağa məcbur oldular. Çünki devalvasiyadan sonra 36 faiz inflyasiya olmuşdu, o zaman maaşlar, pensiyalar 36 faiz indeksasiya olunmalı idi. Onu çıxarıb yerinə belə bir cümlə yazdılar ki, “orta aylıq əməkhaqqının artım tempinə uyğun” olacaq. İndi orta aylıq əməkhaqının artım rəqəmini də hökuməti özü təyin edir. Nə vaxt, nə qədər desələr, o qədər olacaq. İndi 8,8-8,9 faiz deyirlər və yəqin ki, bunu da bir “hörmət əlaməti” olaraq yuvarlaqlaşdırıb 10 edəcəklər.

- Sizcə, qiymətlərdəki artım, infilyasiya Azərbaycanda sosial gərginliyə səbəb ola bilərmi?

- Azərbaycanda sosial gərginliyi yumşaldan dövlətdən kənar institutlar var. Xüsusən də ailə institutları. Çox qəribə şəkildə formalaşıb. İzah etmək çətindir. Çünki iqtisadi bir kateqoriya deyil. İnsanlar öz gəlirlərini düzgün göstərmirlər. Haqq da verirəm onlara. Verginin mənə xidmət etmədiyini görsəm, mən də çalışaram ki, gizlədim. Dünyanın hər yerində belədir. Almanı da, ingilisi də, fransızı da iş adamıdırsa, istəyir ki, az gəlir göstərsin və az vergi versin. Dövlət də öncə təşviq mexanizmi qurmalı, cəzalar bundan sonra gəlməlidir. Azərbaycanda gəlirlərin hamısını nəzarətə götürmək mümkün deyil. Qəribə səslənsə də bu gün korrupsiya Azərbaycanda sosial gərginliyin azalmasına kömək edir.

- Necə edir?

- Hansısa bir məmur 50 min manat paket alırsa, o, sürücü, bağında bağban, evində iki xadimə saxlayır. Yəni, hardasa beş nəfərə də iş yer yaradır. O iş yerləri rəsmi qeydiyyatdadırmı, vergisi verilirmi? Yox. Amma sosial gərginliyi azaldır. İkincisi, ailə yardımlaşması var. Şəxsən mən hər dəfə valideynlərimin evinə gedən zaman anam deyir ki, “filankəs xəstələnib dərman pulu yığırıq, ver”. Və ya “filan bir qohum var oan yardım edirik”. Belə-belə, ailəiçi bir yardımlaşma da var. Bu da sosial gərginliyi azaldır. Dövlətin sosial sahədəki öhdəliyini ailə institutu öz üzərinə götürüb.

- Burada Rusiyadan, Türkiyədən gələn pullar da ciddi rol oynayır…

- Hətta Avropadan da. Bu gün 500 min vətəndaşımız Avropadadır. Onların göndərdiyi pullar da sosial gərginliyi azaldır. Amma bu o demək deyil ki, sosial gərginlik riski yoxdur. Həmişə belə bir təhlükə var. Niyə var? Çünki sosial tələbləri hökumətə “tərcümə” edən institutlar azalıb. Bu zaman da sosial gərginlik artır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru