" Zəngəzur dəhlizi təkcə alternativ marşrut deyil..." - deputat
Tarix: 3-12-2024, 09:53 | Çap et
Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ətrafında intriqa səngimir. Bunun tək səbəbkarı kommunikasiyaların açılmasına hər vəchlə siyasi don geydirməyə çalışan Ermənistan və onun bəzi xarici havadarlarıdır. Halbuki kommunikasiyaların açılması hamıdan çox onun özünə faydalıdır.
“Mənim Gürcüstanın Anaklia limanının Çin tərəfinə icarəyə verilməsi qərarının Zəngəzur dəhlizi adlandırılan dəhliz kontekstində təsirini təhlil etmək imkanım oldu”.
Bu barədə ev dustaqlığında olan radikal-müxalifətçi Ermənistan Respublika Partiyasının sədr müavini (rəhbəri Xocalı hərbi canisi Serj Sərkisyandır), revanşist Armen Aşotyan yazıb.
Onun sözlərinə görə, “Çin özünün müstəqil logistik oyunu ilə bu dəhlizin sırf geosiyasi, pantürkist mahiyyətini tam açıb göstərir”. İddia edib ki, guya Türkiyə və Azərbaycan Qərb və Çin arasında ticarət üçün Zəngəzur dəhlizinin əhəmiyyətini şişirdir, Bakı və Ankara “öz arzularını qlobal iqtisadi fayda paketində təqdim etmək üçün” çalışır.
“Çin isə Cənubi Qafqazda pantürkizm tələsinə düşməmək üçün ticarət yolunu ya Sünikdən (Qərbi Zəngəzur - red.) şimala - Gürcüstan, ya da Sünikdən (Qərbi Zəngəzur - red.) cənuba - İran vasitəsilə təmin etməyi nəzərdə tutur. Çinə Zəngəzur dəhlizi lazım deyil", - Aşotyan bildirib.
Erməni revanşist-müxalifətçinin iddiasının əsası varmı? Zəngəzur dəhlizi Çin üçün nə dərəcədə önəm kəsb edir? Azərbaycan, Türkiyə öz yerində, bu marşrut ən çox daha hansı ölkələrə lazımdır?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “ Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Zəngəzur dəhlizi ətrafında kimin nə deməsinin heç bir əhəmiyyəti yoxdur: “Bu məsələ artıq çoxdan öz həllini tapıb. Yəni hələ 44 günlük savaşdan da illər öncə bu barədə Azərbaycan və Çin anlaşıblar. Baxın, Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında "Bir kəmər, bir yol" (layihənin yeni adı Kəmər və Yol Təşəbbüsü) layihəsini ortaya qoyduqdan sonra bütün ölkələr içərisində bu layihəni ilk dəstəkləyən Azərbaycan oldu. Çünki Azərbaycan Prezidenti bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirmişdi. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Memorandumu" imzalanmışdı.
Dünya iqtisadiyyatının nəhəngi olan və bu gün Alıcılıq Qabiliyyəti Prioriteti üzrə Amerika Birləşmiş Ştatlarından da 10 trilyon dollardan çox ümumdaxili məhsul istehsal edən Çin bu yolların çəkilməsinin gələcəkdə onun üçün nə demək olduğunun ciddi fərqindədir. Əgər bu belə olmasaydı, Çin “Bir kəmər, bir yol” layihəsinə ümumilikdə 8 trilyon ABŞ dolları həcmində vəsaitin xərclənməsi barədə qənaətə gəlməzdi. Çəkiləcək yollarla 60-dan çox ölkəni birləşdirəcək bu nəhəng layihənin reallaşdırılmasına Çin hökuməti artıq bir trilyon dollardan çox vəsait xərcləyib.
Zəngəzur dəhlizinin iqtisadi və siyasi əhəmiyyətindən çox danışmaq olar. Bir məsələni tam olaraq anlamaq lazımdır ki, bu dəhlizin açılmasında Ermənistanın hansı mövqedə dayanmasının heç bir əhəmiyyəti yoxdur. Bu dəhliz ya könüllü şəkildə, ya da güc tətbiq etməklə açılacaq. Çünki ortada söhbət qərblə şərq arasında daşımaların zamanının 3 dəfəyə qədər qısaldılması hesabına Çinin də, Qərbin də hər il əldə edə biləcəyi 100 milyardlarla dollar əlavə mənfəətdən gedir. Nəhəng dövlətlərin bu qədər böyük biznes maraqları qarşısında ümumidaxili məhsulu real olaraq 20 milyard dollar ətrafında olan və bölgədə dalana dirənmiş Ermənistan nə edə bilər ki..."
Deputat Azər Badamov Ermənistanın hər hansı cəhdlərinə baxmayaraq, Azərbaycanın bu məsələdə istədiyini həyata keçirəcəyini düşünür: “Zəngəzur dəhlizi ancaq Azərbaycan və Türkiyə üçün lazımi layihə deyil, həm də bu qlobal layihədir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirəcək və iki qitə arasında yükdaşımaların həyata keçirilməsində zaman və maliyyə baxımından əvəzsiz alternativ marşrut olacaq. Bu baxmdan Çinin Zəngəzur dəhlizinə marağı günü-gündən artmaqdadır. Çinin Avropa ilə 1 trilyon dollara yaxın bir ticarət dövriyyəsi var. Bu dövriyyənin reallaşdırılmasında ənənəvi marşrutlarda çətinliklər yaranmışdı. Amma yeni yaranacaq Zəngəzur dəhlizi ancaq alternativ marşrut deyil, həm də digər marşrutlardan daha rentabillidir. Ona görə də Zəngəzur dəhlizinin açılması Çin üçün çox maraqlıdır.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanın yazdığı “Çin özünün müstəqil logistik oyunu ilə bu dəhlizin sırf geosiyasi, pantürkist mahiyyətini tam açıb göstərir. İddia edib ki, guya Türkiyə və Azərbaycan Qərb və Çin arasında ticarət üçün Zəngəzur dəhlizinin əhəmiyyətini şişirdir, Bakı və Ankara öz arzularını qlobal iqtisadi fayda paketində təqdim etmək üçün çalışır" fikirləri cəfəngiyyatdır. Düzdür, Zəngəzur dəhlizi Türk dünyası arasında fiziki bağlantı yaratmaqla birləşdirəcək. Biz Türk dünyasında vahid gücün yaranmasını dəstəkləyirik. O cümlədən türkdilli dövlətlərin ayrı-ayrılıqda güclənməsi ümumi gücümüzü artırır. Amma Armen Aşutyanın qeyd etdiyi kimi, Çinin pantürkizmə görə Zəngəzur dəhlizini dəstəkləməməsi, Gürcüstan və ya İran üzərindən daşımaları təşkil etmək üzərində düşündüyünü ifadə etməsi Zəngəzur dəhlizi məsələsini siyasiləşdirmək üçün onun özünün düşündükləridir. Belə ki, Azərbaycan nəinki Qərbi Azərbaycandan Zəngəzur dəhlizinin açılması üzərində işləyir, həm də İran ərazisindən Naxçıvanla birləşdirəcək yeni yolun çəkilməsi prosesini davam etdirir. Ermənistan isə boş-boş söhbətlərlə özünü yenə də beynəlxalq marşrutdan təcrid edir. Azərbaycan Ermənistanın istəyindən asılı olmayaraq öz yolunu açacaq. Ermənistan hakimiyyəti və necə deyərlər, onların radikal müxalifəti öz ölkəsinin gələcəyini düşünürsə, siyasi qərəzlərini kənara qoyub Ermənistana nəfəslik olan Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana yalvarmalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11 |
|
|
|
• Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02 |
|
|
|
• Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00 |
|
|
|
• Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59 |
|
|
|
• 31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56 |
|
|
|
• Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56 |
|
|
|
• Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
• "Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47 |
|
|
|
• 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40 |
|
|
|
• Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33 |
|
|
|
• "Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
|