Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Tarix: 27-11-2024, 17:17 | Çap et
 Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-da keçiriləcəyini bildirib. Bəs, müxalifətin bu seçkilərə münasibəti necədir? Onlar bələdiyyə seçkilərində iştirak edəcəklərmi? Mövzuyla bağlı partiya rəhbərləri Bakupost.az-a danışıblar. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bələdiyyə seçkiləri yerli seçkilərdir, burada əsas məsələ yerli fəalların prosesdə iştirak etmək istəyindən asılıdır: “Amma ötən seçkilər ölkədə seçkiyə inamı sarsıdıb. Heç kimi inandırıb seçkilərə qoşmaq olmur. Yəqin ki, kimlərsə öz namizədliyini verəcək. Bizim partiya üzvlərinin hüquqlarını məhdudlaşdırmağa ixtiyarımız yoxdur. Onlar sərbəstdir. Biz onları nə seçkidə iştirak etməyə, nə də etməməyə məcbur edə bilərik. Amma bir o qədər də həvəsli deyillər. Çünki bələdiyyə seçkiləri saxtalaşdırılır. Camaat gedir, əziyyət çəkir, təbliğat aparır, nəticə isə heç vaxt olmur. Bu nailiyyətsizlik sindromuna görə, insanlarda ciddi maraq yoxdur. Ən yaxın adamları belə seçkiyə gətirmək olmur. Çünki gəlib səs verirlər, amma nəticədə başqa birinin qalib gəldiyi elan olunur”. Ümid Partiyasının sədri İqbal Ağazadə də bələdiyyə seçkilərində iştirak edəcəklərini vurğulayıb: “Artıq namizədlər müəyyənləşdirilib. Biz bütün seçkilərdə iştirakın tərəfdarıyıq. Lakin bələdiyyələrin statuslarının artırılmasını istəyirik. Bununla bağlı dəfələrlə tövsiyələrimiz olub. Bundan əlavə, bələdiyyələrin birləşdirilməsinin tərəfdarı deyilik. Yerli və məhəlli problemləri həll edən bir qurum bütün yerlərdə olmalıdır. Biz iri şəhərlərdə bələdiyyə sədrlərinin xalq tərəfindən seçilməsi, o cümlədən, Türkiyə variantı kimi muxtariyyət sisteminə keçidin tərəfdarıyıq. Azərbaycan Avropa Şurasına qəbul olaunarkən iri şəhər bələdiyyələrinin ümumxalq səsvermə ilə seçiləcəyi öhdəliyi götürmüşdü. Təəssüflər olsun ki, bu öhdəlik yerinə yetirilməyib”. Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı da seçkilər barədə öz fikirlərini bildirib: “Biz hələlik seçki ilə bağlı müzakirə aparmamaışıq. Hələlik seçkinin vaxtı təyin olunmayıb. Təyin olunandan sonra Divanda müzakirə aparıb qərar verəcəyik. Amma ümumiyyətlə, Azərbaycanda şəffaf seçkilər yoxdur”. Ağ Partiyanın sədri Tural Abbaslı isə bələdiyyə seçkilərinin ən miqyaslı seçkilər olduğunu bildirib: “Sonuncu qanun dəyişikliyindən sonra 680 bələdiyyə var. Orta hesabla hərəsində 10 namizəd olsa, 6800 nəfər edir. Təbii ki, indiki məqamda bütün namizədləri əhatə etmək çətindir. Biz Azərbaycanda bələdiyyələrin real təsir imkanlarını bildiyimiz üçün, partiya olaraq bu seçkilərə parlamanet seçkilərindəki kimi xüsusi bir hazırlıq görməyəcəyik. Biz daha çox bu seçkilərə partiya üzvlərinin seçki təcrübəsinin artırılması, insanlarla işləmək, partiyanın təbliği kimi baxırıq. Bələdiyyə ilə bağlı xüsusi xəyallarımız yoxdur. Seçkiyə münasibətimiz yaxşıdır, amma Azərbaycanda bələdiyyələrin səlahiyyəti yoxdur. İnsanlar arasında sorğu da keçirsəz, görərsiz ki, bələdiyyələrə maraq yoxdur”. Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı da seçkilərdə iştirak edəcəklərini bildirib: “Ədalət, Hüquq, Demokratiya Partiyası indiyə qədər Azərbaycanda keçirilən həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərində iştirak edib. Bundan sonra da edəcəyik. Düşünürəm ki, siyasi partiyaların ən başlıca məqsədlərindən biri də keçirilən seçkilərdə iştirak etməkdir. Bələdiyyələrin birləşməsindən sonra hazırda 700 bələdiyyə mövcuddur.Ancaq onların səlahiyyətləri geniş deyil. Ümid edirik ki, növbəti mərhələdə bələdiyyələrin səlahiyyətləri artırılacaq və Bakı, Gəncə kimi iri şəhərlərdə bələdiyyələr formalaşacaq”. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirdi: "Seçkinin tarixi müəyyənləşəndən sonra biz müvafiq kampaniyalar aparacağıq. Bizim partiyamız çalışacaq ki, bu seçkilərdə çox ciddi təmsil olunsun”. Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli partiya olaraq yaranan gündən seçkilərdə iştirakı prioritet hesab etdiklərini vurğulayıb: “Bu seçkilərdə də iştirak edəcəyik. Siyasi partiyanın seçkilərdə iştirak etməsi çox vacibdir. Həftə sonu keçiriləcək toplantımızda namizədləri, onların bölgələrini müzakirə edib qərar verəcəyik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
|