"Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Suriya və Ermənistan arasında razılaşma .....                     “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub .....                     Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? .....                     "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" .....                     Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib .....                     Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... .....                     "Faizə pul vermişəm" .....                     Həmin sürücü maşının şüşələrini özü qırıb .....                     “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb .....                     Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib .....                     Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib .....                     Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? .....                 

“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Tarix: 19-11-2024, 10:34 | Çap et
“Freedom House”dən görünməmiş həyasızlıq
COP29 başlayandan Azərbaycan əleyhinə qarayaxma, şər-böhtan kampaniyası ikiqat güclənib. Təbii ki, söhbət xüsusən də Qərbdəki erməni lobbisinə, antitürk, anti-Azərbaycan çevrələrinə bağlı qüvvələrdən, bir də 5 qəpiyə görə öz vətənini, xalqını satmış milli satqınlardan gedir.

Onlardan biri də özünün saxta “hesabatları” ilə Azərbaycana vaxtaşırı hücum edən, ünvanımıza ağlasığmaz böhtanlar və hədyanlar səsləndirən, erməni ağzı ilə danışan “Freedom House” (FH) yalançı “insan haqları” təşkilatıdır. Bu həmin FH-dır ki, 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanı “artsaxı işğal etmək”də və Ermənistan ərazisinə girməkdə ittiham etmişdi.

Erməni lobbisinin əlində çoxdan oyuncağa və alətə çevrilən “Freedom House” o vaxtdan ölkəmizə qarşı şər kampaniyasını davam etdirir. Hətta getdikcə daha heyrətamiz ittihamlar və absurd tələblər irəli sürməkdədir. Belə ki, təzəlikcə qurum Azərbaycanı yenə “Dağlıq Qarabağ ermənilərinə qarşı qəsdən etnik təmizləmə kampaniyası aparmaq”da ittiham edib və “demokratik ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə” çağırıb. Hesabatda həmçinin deyilir ki, “Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməlidir”.

Sırtıqlığın bu qədəri yəni. Ancaq bu da hələ hamısı deyil. “Freedom House” beynəlxalq ictimaiyyəti Azərbaycanın “artsax sakinlərinin təhlükəsizlik zəmanəti altında Dağlıq Qarabağa qayıtması üçün şərait yaratmasını təmin etməyə” çağırıb. Ardınca yenə həyasızcasına bəyan edilir: “Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarının pozulması hətta onların məcburi köçkündən sonra da davam edir və onların əmlakının dağıdılması, eləcə də erməni tarix və mədəniyyət abidələrinin dağıdılması şəklində özünü göstərir. Ölkələrin səyləri həmçinin YUNESKO və digər təşkilatların müstəqil monitorinq missiyaları həyata keçirmək üçün "artsax"a girişinin təmin edilməsinə yönəldilməlidir".

İşə bax, “soyqırımı”, “etnik təmizləmə”, “tarixi-mədəni irs” anlayışları, YUNESKO erməni işğalı bitəndən və terrorçu xunta rejimi ləğv ediləndən, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra yadlarına düşüb...

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, “Freedom House” Azərbaycana qarşı münasibətdə “Human Rights Watch”, “Amnesty International” təşkilatlarından da qərəzli mövqedədir. Hüquqçunun sözlərinə görə, təşkilat ABŞ Dövlət Departamentindən subsidiya alır və onun tapşırıqları əsasında fəaliyyət göstərir: “Bu təşkilat bir növ departamentin strukturudur, formal olaraq QHT kimi göstərilir. Departament birbaşa, heç bir müsabiqə keçirmədən təşkilata pul ayırır. Departamentin sifarişi ilə işləyən GONGO (Government-Organized Non-Governmental Organization) təşkilatıdır.

“Freedom House” Azərbaycanla bağlı saxta reytinqlər təşkil edir və dünyanın ən axrıncı, interneti olmayan, rəsmi bir dövlət qəzeti və televiziyası olan dövlətlərlə yanaşı qoyur. Ən pisi də odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir. Onlar “Dağlıq Qarabağı” xəritədə ayrıca bir subyekt kimi göstərirlər. Belə təşkilatın yazdıqlarına heç fikir vermək də lazım deyil. ABŞ-ın tapşırığını yerinə yetirən bir qurumdan nə gözləmək olar. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır. Bəllidir ki, qərəzlidirlər.

Sonuncu dəfə Varşavada ATƏT-in tədbirində təşkilatın rəhbəri David Kamerlə mübahisə etdim. Təəssüf ki, o mənim izahatıma heç fikir də vermədi. Dediyim ki, departamentin bir şöbəsidir. Heç vaxt ABŞ-ı tənqid edə bilməz. Onun müttəfiqləri barədə artıq bir söz yazmır. Belə bədnam təşkilatın hesabatı əlbəttə ki, saxta məlumatları əks etdirəcək".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, bu cür təşkilatlar Qərbin Azərbaycana qarşı qısqanc münasibətinin üzdə görünən tərəfidir: “30 il bundan əvvəl nəinki Qarabağda, hətta Ermənistanda bir azərbaycanlı qoymadılar. Azərbaycanlılar bir əsrdə neçə dəfə deportasiya olundular. "Freedom House" niyə bu məsələləri dilə gətirmir. Söhbət belə faktlardan düşəndə təşkilat gözlərini yumur. 30 il bu təşkilata ermənilərin əməllərindən yazdıq, amma qulağını tutdu, gözlərini bağladı. Qərbin Milli Demokratiya İnstitutu var idi. Onların nümayəndələri ilə birgə biz rayonlara gedirdik, qaçqın-köçkünlərlə görüşürdük. Onlar insanlarımızın vəziyyətini görürdülər. Bəs insan haqları məsələlərində niyə Azərbaycana qarşı cıxırlar?!

Bu ancaq Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qısqanc yanaşmanın nəticəsidir. Dünyada nə qədər konflikt var. Azərbaycan yeganə dövlətdir ki, konfliktli müharibəni uddu. Prezidentin açıq şəkildə çıxışları, cəsarətlə bizə qarşı edilən qərəzli münasibəti ifşa etməsi onlarda qısqanclıq, qıcıq yaradır. COP 29 öncəsi Qərbin etmədiyi hərəkət qalmadı. Qərəzlərindən etmədikləri əməl qalmadı.

Azərbaycanın əlində əsaslar, konkret faktlar var. Bütün platformalarda bu haqda deyilməli və yazılmalıdır. Azərbaycan diasporu və lobbisi fəaliyyətə keçməlidirlər. Qoy dünya gözünü açıb ermənilərin vəhşiliyini də görsün. Əks halda, erməni diasporu bu cür təşkilatları maliyyələşdirib əleyhimizə iş görəcəklər".

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07
Tanınmış rejissora ağır itki
Bu gün, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35
Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24
Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18
Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15
Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12
Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58
FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05
Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05
Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru