Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                 

Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat... - Məzahir Əfəndiyev bu dəfə kimə və nəyə arxayındır?
Tarix: 15-08-2024, 15:37 | Çap et
Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat...
Azərbaycanda Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər artıq özünün həlledici fazasına daxil olub. Seçkilər çərçivəsində avqustun 9-da start götürən təşviqat mərhələsinin başlaması ilə deputatlığa iddialı olan namizədlər seçici rəğbəti uğrunda mübarizəyə girişiblər.

Azərbaycanda seçkilərin spesifikiliyinə dair hələ ki dəyişməz stereotiplərin qalmasına baxmayaraq, namizədlər “meydanda yeriyə-yeriyə qalib gəlməyin” mümkün olmadığının fərqindədirlər.

O baxımdan, millət vəkilliyi uğrunda rəqabətə baş vuranların əksəriyyəti ayrı-ayrılıqda özlərinin ən layiqli namizəd olduqlarına seçiciləri inandırmaq üçün az qala bütün vasitələrə əl atırlar.

Hər halda, təşviqat kampaniyasının hələ tam “relsə düşmədiyini” nəzərə alsaq, qarşıdakı həftələrdə maraqlı və gərgin mübarizənin şahidi olacağımız gözlənilir.

1 sentyabr seçkilərində mandatını qorumağa çalışan VI çağırş deputatların və millət vəkili statusunu ilk dəfə qazanmaq arzusunu gerçəkləşdirmək istəyənlərin bu mübarizəyə nə qədər hazırlıqlı olduqlarını isə yekun nəticələrgöstərəcək.

Bununla belə, səsvermənin nəticələrinin konkretləməsinin yaxın həftələrin söhbəti olduğunu vurğulayaraq qeyd edə bilərik ki, bir sıra iddialılar üçün sonucların artıq indidən müəyyənləşdiyini söyləməyə əsas yaradan ciddi səbəblər mövcuddur.

Həmin namizədlər arasında Milli Məclisin sonuncu tərkibinə daxil olmuş şəxslərin üstünlük təşkil etməsi isə onların 2020-ci il fevral seçkilərindən necə “qalib” çıxmaları və millət vəkili kimi fəaliyyətlərinin nə dərəcədə “effektli” olması ilə şərtlənir.

Çünki heç kəsə sirr deyil ki, ötən seçkilərdə namizəd olduqları dairələrdə seçicilərə “qızıl dağlar” vəd edən bir çox deputatlar mandat qazandıqdan sonra nə təmsilçisi olduqları seçicilər, nə də dövlət üçün faydalı işləri ilə seçildilər. Odur ki, nəzərdə tutulan keçmiş deputatların Milli Məclisdə yenidən təmsilçilik hüququ əldə etmələri yetərincə problemli görünür.

Onların sırasına ötəri nəzər yetirdikdə, fəaliyyətsizlik kriteriyası uyğun gələn sabiq parlamentarilərdən birinin 2020-ci il seçkilərinə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat olmuş Məzahir Əfəndiyev olduğunu görərik.

Əminliklə söyləmək mümkündür ki, bu ad nəinki ölkənin ictimai-siyasi həyatını yaxından izləyənlərə, heç Göyçay və Ağdaş seçicilərinə də heç nə demir. Axı tanınmaq üçün iş görmək, seçicilərin problemləri ilə maraqlanmaq, onların həlli istiqamətində çalışmaq lazımdır. Ortada faydalı bir yoxdursa, onu kim və necə tanısın?

Ümumiyyətlə, Məzahir Əfəndiyevin adı ilk dəfə geniş publikaya onun özünü saldığı çox komik bir situasiyada məlum oldu. O, parlamentdə fəaliyyətə başlamağından təqribən üç il keçdikdən sonra birinci dəfə çıxış etmək üçün elektron növbəyə yazılsa da, səriştəsizliyi üzündən bu imkanı itirmişdi. Bəhs olunan olayla əlaqədar spiker Sahibə Qafarova ilə Əfəndiyev arasında olmuş komik dialoq sosial şəbəkələrdə hələ də izlənməkdədir.

Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat...

Bu da sözügedən keçmiş deputatın qeyri-adi sərgüzəştlərinin hamısı deyil. 2024-cü ilin yanvarında Məzahir Əfəndiyevin adı daha bir qalmaqalda hallandı və bu olay mediada, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırıldı.

Belə məlum oldu ki, Əfəndiyev yol hərəkəti qaydalarını pozduğu üçün yazılmış cəriməni ödəmədiyinə görə məhkəməyə verilib. Əlbəttə, qanunlara riayət etməkdə digər vətəndaşlara nümunə olası deputatın adının belə bir arzuedilməz məsələdə hallanması Milli Məclisin də reputasiyasına ciddi zərbə idi.

Lakin göründüyü qədər, bu qeyd olunan “ÇP”lər Məzahir Əfəndiyev üçün “sıradan olay”lar silsiləsinə aiddir. Əks halda, o yenidən eyni dairədən (Göyçay-Ağdaş seçki dairəsi yeni sıralamada 92 saylıdır) namizədliyini irəli sürməzdi.

Ancaq Əfəndiyevin 2020-ci ildə Milli Məclisə düşməsinə təkan vermiş amillərin bu dəfə “aktiv” olmadığı bildirilir. Mediada dərc edilmiş çoxsaylı materiallara əsasən, onun 2020-ci il seçkilərində mandat qazanması Azərbaycan cəmiyyətində “boz kardinal” kimi tanınan, yüksək vəzifədən azad edildikdən sonra da təsir imkanlarını müəyyən mənada qoruyub saxlamağı bacaran Ramiz Mehdiyevin dəstəyi sayəsində baş tutub. Mətbuatda yazılanlara görə, bu işdə Əfəndiyevlə qohumluq əlaqələrinə malik olan mərhum professor Seyfəddin Qəndilovun ailəsinin Mehdiyevlə yaxınlığı həlledici rol oynayıb.

Hər kəsə aydındır ki, indi vəziyyət kökündən dəyişib və “boz kardinal”ın erası çoxdan başa çatıb. Bu isə Əfəndiyevin öz əsas hamisindən məhrum olması, təkrar parlamentə düşmək şansını bəlkə də tamamilə itirməsi anlamına gəlir. Maraqlıdır, 4 il ərzində səsi çıxmayan, seçicləri üçün faydalı olmayan sabiq deputat bu dəfə kimə, yaxud nəyə güvənir?

www.yenicag.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru