Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                 

Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR... - Amma kimsənin umrunda deyil...
Tarix: 8-07-2023, 12:36 | Çap et
Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib? - Görünəni budur...

Məqalənin davamında deyilir: "Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır.

Qonaqlarla və əsabələri ilə şəkil çəkdirib, AzTU saytına yerləşdirmək, V.Vəliyevin “elmi-tədris fəaliyyətinin” ən mühüm komponentlərindən biridir.

V.Vəliyev AzTU-ya gəldiyi gündən, burada tədrisi “texnikisizləşdirməyə”, iqtisadiləşdirməyə”, humanitarlaşdırmağa başlayıb, texniki kadr hazırlığının əsaslarını dağıdıb. Hələ təkcə texniki kadr hazırlığının əsaslarını dağıtsa yaxşı idi, o, ümumiyyətlə burada tədris adında nə varsa, hamısını tədris prosesindən kənarlaşdırır, ləğv edir. Çalışır ki, tədris planlarından ixtisas fənlərini mümkün qədər çıxarsın, ixtisas fənlərinin sayını azaltsın. 2020-ci ildə Nazirlik tərəfindən ölkə üzrə texniki ixtisasların siyahısı yeniləşdirilərkən, hər 2-3 ixtisas birləşdirilib, bir ümumi ixtisas altında verildi (bu haqda sonra ətraflı məlumat verəcəyik). Yəni indi bir ixtisas üzrə universitetə daxil olan tələbə guya ki, əvvəlki 2-3 ixtisasın mühəndisi olacaq! Bununla belə, həftəlik dərs saatları da əvvəlki 28 saatdan 22 saata (!!!) endirildi. Bununla belə, humanitar fənlər bloku da əvvəl olduğu kimi yerində qaldı. Buna görə də indi tələbələr belə “tədris planı” üzrə hər ixtisasdan yalnız 1-2 məcburi fənni və 2-3 seçmə fənni oxuya bilirlər. V.Vəliyevin daxili qərarı ilə isə heç bir kurs layihəsi, kurs işi olmadan. Yekun buraxılış işləri layihələri də dövlət imtahanları ilə əvəz olundu. Bu il isə bəzi ixtisaslar üzrə ümumiyyətlə dövlət imtahanları da ləğv edildi. Bununla da tələbələr həmin “genişləndirilmiş profilli” ixtisas üzrə mühəndis olacaqlar (???). Belə universitetdən hansı tələbə inciyər ki? Özü də V.Vəliyev bütün bu təxribat xarakterli dəyişiklikləri heç universitet Elmi Şurasında müzakirəyə çıxarmadan, Elmi Şuranın qərarı olmadan həyata keçirir. Bu qərarlar kuluarlarda qəbul edilir, heç kafedralara bu haqda universitet üzrə əmrlərin surətləri də göndərilmir, yalnız şifahi göstərişlər çatdırılır. Heç bilmirik, V.Vəliyev bu qərarlarını heç olmasa rəsmiyyət xatirinə əmrləşdirir, ya yox? Bu pozuntulara görə isə təkcə rektor yox, həm də Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli bilavasitə cavabdehdir. Bəlkə də, N.Yusifbəyli bu haqda qayda-qanunu bilməmiş deyil. Ancaq, belə pozuntular görünür, onun özünə də sərf edir. Onun yaxın adamlarından sızan məlumata görə, N.Yusifbəyli ümid edir ki, V.Vəliyev rektor vəzifəsindən kənarlaşdırıldıqda, rektor vəzifəsinə o təyin ediləcək.
V.Vəliyevin hətta belə tədris planlarından da “gözü doymur”. Hələ 2020-ci ildə o, Elmi Şurada qərar qəbul etdirmişdi ki (o vaxtlar V.Vəliyev hələ belə qərarları formal da olsa Elmi Şuradan keçirirdi), universitetin bütün ixtisaslarının tədris planlarına seçmə ixtisas fənlərindən birinin əvəzinə “Layihə menecmenti” və ya “Layihələrin idarə olunması” (hansı layihələrin?) adlı fənn salınsın və həmin fənnin tədris olunması rektorun qohumu Arzu Süleymanovun müdir olduğu “İqtisadiyyat və statistika” kafedrasına həvalə edilsin. Niyə? Çünki, V.Vəliyev öz adamlarını və bir çox qohumlarını, iqtisadçıları başda kafedra müdiri olmaqla, həmin kafedraya yığıb, onlara isə dərs yükü lazımdır. Bu çox böyük tədris yükü isə bütün universitet üzrə ixtisas fənlərindən kəsmək hesabına alınıb.
Digər bir misal. Bakalavr səviyyəsi üçün 2020-ci ildə təsdiq edilmiş tədris planlarında əvvəllər “Humanitar fənlər”, indi isə “Ümumi fənlər” (???) adlandırılan bölmədə 2 semestr ərzində “Xarici dil” fənninin tədrisi nəzərdə tutulmuşdu. İndi isə kimin tərəfindən təsdiq edilməsi məlum olmayan (AzTU Elmi Şurasında bu məsələ müzakirə olunmayıb) yeni tədris planlarında “Xarici dil” fənninin tədrisi ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına 4 semestrə çatdırılıb. Ancaq bu da hamısı deyil. Bundan əlavə yenə də ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına “Texniki xarici dil” fənni əlavə edilib, yəni 5-ci semestr. Bəs ixtisas fənləri necə olsun, lazım deyil? Özü də qeyd etdiyimiz kimi, indi bir ixtisas üzrə bakalavriaturaya daxil olan tələbə həftədə 22 saat dərs keçməklə, əvvəli tədris planlarındakı və ixtisaslar nomenklaturasındakı 2-3 ixtisasın mühəndisi olacaq (???). Biz xarici dil bilməyin müasir dövrdə əhəmiyyətini inkar etmirik. Ancaq bu, ixtisasdan kəsməyin hesabına olmamalıdır. Öz ixtisasını bilməyən mühəndis bunun hesabına xarici dili öyrənsə belə, o, kimə lazımdır? Məgər AzTU diplomat və ya beynəlxalq əlaqələr üzrə mütəxəssis hazırlayır? Bunun üçün digər müvafiq universitetlər var. AZTU-nun tələbələrinin əksəriyyəti isə öz dilində əməlli danışa bilmir, o ki, qaldı xarici dil. Bu fənn tədris planlarına daxil edildikdə, AzTU-nun Xarici dillər kafedrası həmin fənni tədris etməkdən imtina etdi, açıq etiraf etdilər ki, “biz texniki xarici dilləri bilmirik, bunun üçün texnikanı da bilmək lazımdır”. Düz deyirlər. Onda, bu fənnin məsuliyyətini qoydular müvafiq ixtisas kafedralarının üzərinə, dedilər ki, “ya ixtisas kafedraları həmin fənni deyə bilən müəllimi kənardan tapsınlar, ya da özləri desinlər, əgər ixtisas müəllimi xarici dili də bilmirsə, o müəllim bizim nəyimizə lazımdır?”. İxtisas kafedraları da bu fənni tapşırdılar xarici dildə bir az oxumağı-yazmağı bilən, yəni “bir az dınqıldatmağı” bacaran magistraturanı təzə bitirən magistrlərə. Sonra da bu ilin yanvarında qəflətən həmin “bir az dınqıldatmağı” bacaran magistrlər üçün xarici dil imtahanı təşkil etdilər və aydın oldu ki, bunlar heç xarici dil bilmirlərmiş ki! Təbiidir ki, buna görə də ixtisas kafedralarını günahlandırdılar. Arada isə ixtisas fənlərindən yenə biri itirildi... Baxın, Azərbaycan Texniki Universitetində tədris belə idarə edilir (Tədris işləri üzrə prorektor cənab Nurəli Yusifbəyli də baxsın)..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru