KƏRƏM HƏSƏNOV HAKİMİYYƏTƏ QARŞI
Tarix: 22-07-2012, 13:22 | Çap et
KOMİTƏ SƏDRİNİN SAYƏSİNDƏ “NARAZILAR ORDUSU” YARANIB
Ölkə mediasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun özbaşınalıqlarında barədə kifayət qədər yazılıb. Ancaq bunlara baxmayaraq komitə sədrinin özfəaliyyətinə və ciddi qanun pozuntularına hakimiyyət göz yumaqqdadır. Buna səbəb isə bir vaxtlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə qarşı təşkil olunan kampaniya zamanı xüsusi fəallıq nümayiş etdirən indiki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu yolla hakim düşərgənin etmadını qazanması olub. Əslində Fərhad Əliyevin kölgəsi altında çiçək açan Kərəm Həsənov keçmiş nazirin ilk ayaq büdrəməsindəcə ona qarşı getməklə, bugünkü mövqe genişlənməsinin təməlini atıb. Hazırda bu gün iqtisadi imkanlarına görə kifayət qədər samballı mövqe sahibi olan komitə sədri hətta siyasi proseslərə də müdaxilə imkanına malikdir.
“AzeriNews.org”-a bu günlərdə daxil olan məlumatlarda bildirilir ki, komitə sədri məcburi köçkün düşərgəsində məskunlaşan insanlardan geninə-boluna faydalanır. Mənbənin sözlərinə görə, son bir neçə ildir ki, ölkə ərazisindəki məcburi köçkün düşərgələrində məskunlaşan insanlara yaşadıqları ərazidə hər hansı inşaat işi apramaq qadağan edilib ki, bu qadağanın da müəllifi Kərəm Həsənovdur: “Komitə yetkililəri bildirir ki, məcburi köçkünlər məskunlaşdıqları ərazilərdə hər hansı tikinti işi apara, ev, yardımçı təsərrüfat və s. inşa edə bilməzlər. Məcburi köçkünlərə hətta hasar çəkməyi belə qadağan edən ƏMDK sədri bunu həmin ərazilərin onların sərəncamında olması ilə izah edir. Komitə yetkililəri bildirirlər ki, məcburi köçkünlərin bu ərazidə müvəqqəyi yaşamaq hüququ olsa da, tikmək, qurmaq-yaratmaq hüququ yoxdur”.
“AzeriNews.org”-a mənbənin bildirdiklərinə görə, ƏMDK məcburi köçkünlər tərəfindən inşa edilən təsərrüfat obyektlərinin sonradan onlar üçün əlavə problem yaradacağını iddia edərək, güc orqanlarının vasitəsilə bunun qarşısını alır: “Komitə və onun rayonlardakı şöbələrinə qaçqın düşərgələrindəki tikinti prosesi ilə bağlı hər hansı bir məlumat daxil olan kimi, dərhal komitə əməkdaşları əraziyə baxış keçirir, həmin tikilinin sökülməsini həyata keçirirlər. Çox zaman vətəndaşlarla ciddi qarşıdurma şəraitində keçən söküntü prosesində polisdən dəstək alan komitə əməkdaşları, bununla da məcburi köçkünləri öz məişət şəraitlərini yaxşılaşdırmağa imkan vermir”.
Əmlak Məsələləri Dövlət Komitəsinin məcburi köçkünlərə qarşı tutduğu sərt və barışmaz münasibətin məcburi köçkünlər tərəfindən ciddi narazılıqla qarşılandığını bildirən mənbə, sözügedən narazılığın bu gün də davam etdiyini söylədi: “Uzun illərdir ki, məcburi köçkünlərin onlara qoyulan qadağa ilə bağlı narazılığı davam edir. Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlar üzərindəki əmirliyi səbəbilə bu gün də öz məişət şəraitlərini yaxşılaşdırmaqda çətinlik çəkən məcburi köçkünlər problemlə bağlı bir sıra yuxarı instansiyalara müraciət ünvanlasa da, onların müraciətinə əhəmiyyət verən olmayıb. Buna görə də inşa etdikləri istənilən tikilinin Kərəm Həsənovun qoçuları tərəfindən uçurulmasından əziyyət çəkən köçkünlərin əksəriyyəti ya öz niyyətlərindən əl çəkir, ya da məsələni komitə əməkdaşlarının diqtə etdiyi şəkildə həll etməyə məcbur olurlar”.
Mənbə köçkünlər üzərində ciddi nəzarət qoyan Əmlak Komitəsi insanların təməl tələbatlarını təmin edən obyektlərin inşasına belə imkan vermir: “Məcburi köçkün düşərgələrinə həbsxana gözü ilə baxan və orada məskunlaşan vətəndaşlar üzərində ciddi nəzarət qoyan Əmlak Məsələləri Dövlət Komitəsi insanlara zəruri məişət obyektlərinin belə inşasına imkan vermir. Bircə onu demək kifayətdir ki, vətəndaşların hamam və ayaqyolu tikmək cəhdlərinin qarşısı belə kobud bir şəkildə alınır, insanlara əlavə çözüm yolu göstərilmədən onların fəaliyyəti inzibati üsullarla əngəllənir”.
Əmlak Məsələləri Dövlət Komitəsinin məcburi köçkün düşərgələrindəki ağalığının yeni evlənən gənclər üçün ikiqat problem yaratdığını vurğulayan mənbə, bu ailələrin mənzil hüququndan məhrum edildiyini bildirdi: “Məlumdur ki, yeni ailə quran bütün cütlüklərin hər şeydən öncə mənzilə, kiçik də olsa bir sığınacağa ehtiyacı var. Çünki bunsuz həmin ailələrin rahatlığını təmin etmək mümkün deyil. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi gənc ailələri bu imkandan da məhrum edib. Komitə yetkililəri iddia edir ki, hətta yeni ailə quran şəxsləri mənzillə təmin etmək məqsədilə belə xırda bir otaq tikmək olmaz. Çünki bu, “qanunu pozmaq deməkdir”. Buna görə də, bəzən bünövrə işləri yenicə başlayarkən, bəzən isə hətta tikinti materialları əraziyə boşaldılan zaman özünü hadisə yerinə çatdıran komitə yetkililəri məsələyə müdaxilə edərək gənc ailələrin mənzillə təminatı yolunda başlıca əngələ çevrilirlər. Məhz bu səbbədən də bu gün məcburi köçkün düşərgələrində məskunlaşan gənc ailələrin çoxu öz valideynləri ilə eyni mənzilə sığınmağa məcburdur”.
“AzeriNews.org”-a mənbənin söylədiklərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının bu cür müdaxilələrindən sığortalanmağın yalnız bir tək yolu var ki, bu da puldur: “Əmlak Komitəsi tərəfindən yaradılan süni əngəllərin öhdəsindən gəlmək, problemin həllində əlavə əngəllərlə üzləşməmək üçün Azərbaycan reallığında ən effektiv təsir mexanizmi olan pul amilindən istifadə etmək lazım gəlir. Məsələn, əgər siz bir işə başlamazdan öncə dərhal özünü çatdıracaq komitə yetkililərinə “hörmət” etməyə tədarük görmüsünüzsə, onda qətiyyətlə işə başlaya bilərsiniz. Lakin onu da bilməlisiniz ki, bu “hörmət” kifayət qədər sanballı rəqəmdən ibarət olmalıdır. Əks təqdirdə, min bir zəhmətlə qazandığınız pullar hesabına alınan tikinti materialları söküntü qalağına çevriləcək, əsəblərinizlə birlikdə pulunuzu da itirəcəksiniz. Buna görə də, Komitə əməkdaşlarının gəlişinə Kərəm Həsənova layiq bir şəkildə ciddi hazırlaşmalı, öz ehtiyatınızı əldən verməməlisiniz. Belə olarsa, əmin ola bilərsiniz ki, bünövrəsini qoyduğunuz obyektin tikilib başa çatmasını görmək sizə qismət olacaqdır”.
Əmlak Məsələləri Dövlət Komitəsinin məcburi köçkünlərə məlum yanaşma tərzinin maddi-sosial problemlər məngənəsində sıxılan insanların daxili gərginliyini daha da artırıb. Hətta mənbə, proseslər bu şəkildə cərəyan edəcəyi təqdirdə sosial partlayışın qaçılmaz olacağını söylədi: “Əmlak Məsələləri Dövlət Komitəsinin müdaxilə və təzyiqə məruz qoyduğu məcburi köçkün ailələrinin böyük əksəriyyəti ciddi yoxsulluq içərisində yaşayır. Ağır həyat şəraiti bu insanların əsəb sisteminə, ruhi-mənəvi əhval-ruhiyyəsinə də mənfi mənada təsir göstərir. Bu mənada Dövlət Əmlak Komitəsinin yürütdüyü məlum siyasətin bütün ölkədə ciddi əks-səda doğuracaq sosial partlayışa səbəb olacağı və ya belə bir partlayışı tətikləyəcəyi inkarolunmazdır”.
Mənbənin sözlərinə görə, belə bir partlayış sadəcə Əmlak Məsələləri Dövlət Komitəsini deyil, bütün hakimiyyəti hədəf alacaq: “Sözsüz ki, son həddə çatan gərginliyin açıq qəzəb və aqressiya halında kütləvi surətdə ortaya çıxması yalnız Əmlak Məsələləri Dövlət Komitəsinə yönəlik ittiham və tələblərlə məhdudlaşmayacaq. Xalq etirazları başda ölkə başçısı da olmaqla bütün hakimiyyəti hədəf alacaqdır. Bunun isə hansı nəticələr doğuracağını təxmini də olsa təsəvvür etmək mümkündür. Görünür Kərəm Həsənov artıq Suriya faktorundan sonra proseslərin Azərbaycana keçəcəyini güman edərək özünü sığortalamaq qərarına gəlib. Elə bu baxımdan da qaçqın və məcburi köçkünlərin ayağa qalxacağına zəmin yaradır. Çünki inqilabın baş verməsinə ilkin səbəb, hal hazırda qaçqın və məcburi köçkünlərin hakimiyyətə qarşı etiraz səslərinin ucaltmasıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|