SÖYÜŞLÜ NAĞILIN QALMAQALI BÖYÜYÜR
Tarix: 14-07-2012, 14:20 | Çap et
“O HEÇ NAĞIL DA DEYİL Kİ”...
Azərbaycan Folkloru Külliyyatının Redaksiya Heyəti üzvlərindən biri də Qara Namazovdur. Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas. Ondan «Arzuolunmaz kürəkən» adlı nağılın külliyyatın 6-cı cildinə necə düşməsi haqda fikrini xəbər alırıq.
- O cildlərdən xəbərim yoxdur. Niyə yalan danışım? Bəzilərini oxumamışam. Ümumiyyətlə, Folklor İnstitutunun buraxdığı kitabların bəzilərini mənə bağışlayırlar. Amma siz dediyiniz əlimə keçməyib, oxumamışam.
- Amma Siz də Redaksiya Heyətinin üzvüsüz.
- O çoxcildlikdə adımı yazırlar. Amma oxumağa imkan olmur. O nağılı heç çap etməyə dəyməz. O, heç nağıl deyil, kiminsə uydurmasıdır. Əsas günah tərtibçilərdədir. Gərək elə şeyə diqqətlə yanaşaydılar. Bəzən rayonlardan uydurma nağıllar toplayıb kitaba salırlar. Uydurma nağılla xalqın təfəkküründən doğan nağıl dərhal seçilir. İndi xaricə gedirəm. Qayıdan kimi onu tapıb münasibət bildirəcəyəm.
- Qara müəllim, el arasında nağıl, əhvalat bol ola bilər. Onlardan hansı çap edilə bilər?
- O nağıllar ki, xalqın məişətiylə, tarixiylə bağlı olsun, ictimai-siyasi münasibətlərlə bağlı olsun. Ümumiyyətlə, müasir dövrdə nağıl uydurmağa ehtiyac yoxdur. Çünki yazılı ədəbiyyat folkloru o qədər üstələyib ki, artıq şifahi xalq ədəbiyyatı onunla ayaqlaşa bilmir. Bunu etiraf etmək lazımdır. Nağıl o vaxt güclü olub ki, yazılı ədəbiyyat zəif olub, həm də ana dilimizdə ədəbiyyat olmayıb. Ona görə xalq fikrini, arzularını «Koroğlu»da, «Dədə Qorqud»da, «Şah İsmayıl»da, «Əsli və Kərəm»də dilə gətirib. Xalq şahları, xaqanları bu nağıllar, dastanlar yolu ilə ədalətə çağırıb.
- Bəlkə də Redaksiya Heyətinin üzvlərinin səhvidir ki, bu külliyyatı oxumayıblar?
- Bizim hamımızda günah var. Gərək onu diqqətlə oxuyaydıq. Vaxtilə bizim həmkarlardan biri – indi haqq dünyasındadır, istəmirəm adını çəkim – Azərbaycan nağılı kimi rus dilində bir nağıl dərc eləmişdi. Nağıl beləydi ki, ana hər gün cildini dəyişir və bəzən canavara dönüb öz balasını yeyir. Bu da ermənilərin əlinə keçmişdi, kütləvi şəkildə yaymışdılar, ciddi müzakirələr getdi o zaman. Ona görə bu işdə gərək diqqətli olasan. Hər nağılın üstündə əsəsən. Vaxtilə bununla bağlı Şura vardı, akademik Həmid Araslı sədr kimi bütün nağılları, dastanları araşdırır, oxuyur, müzakirə edirdi, ondan sonra çap edilirdi. Məqsəd də bu idi ki, xalqın marağına toxunan motivlər olmasın. Bəzən bizim milləti istəməyənlər dolayı yolla – nağıl vasitəsilə millətə sataşır və s. Ayıq olmaq lazımdır. Əlbəttə mənim də günahım var. Gərək bir-bir oxuyaq, qol çəkək, ondan sonra çap getsin.
- Qara müəllim, yeri gəlmişkən bəzən elə nağıllar da çap olunub ki, ata öz qızına vurulur və s. Bu nağıllar haradan qaynaqlanır? Bunlar araşdırılıb?
- Mənim özüm tarixə bələd adamam. Xalqımızın kökündə belə şey olmayıb. Qızqalası ilə bağlı deyilənlər də uydurmadır. Mənbələrdə var ki, bu haqda əfsanələri Cəfər Cabbarlının tapşırığı ilə yığıblar. Sonra da bir motivi seçib poema yazıb. Amma əslində o, Qızqalası yox, Gözqalasıdır. Özü də o adda həm Şimali, həm Cənubi Azərbaycanda 20-dən çox qala var. Bu elə mövzudur ki, bizim xalqın xarakterinə, mənsubiyyətinə uyğun deyil. Ola bilsin, eramızdan əvvəlki minilliklərdə, Madərşahlıq dövründə hansısa etnoslarda, tayfalarda belə motiv olub. Onu bu günə gətirmək çap etmək mədəniyyətimizə yaraşmır.
- Onda belə çıxır ki, bəzi nağıllara yenidən baxmaq lazımdır?
- Mütləq baxmaq lazımdır. Niyə gizlədək ki?
- Bir də nağıllar yeni antologiyalarda ləhcələrdə verilir. Sizcə, bu doğrudurmu?
- Mən antologiyaya daxil olan kitabların bəzisini oxuyuram. Orda da redaktoram. Müəyyən baxımdan dili öyrənmək üçün yaxşıdır. Amma bəzən də ifrata varırlar, oxuyursan başa düşmürsən ki, bu nə sözdür. \ Azadlıq Radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|