KƏMALƏDDİN HEYDƏROV FƏRHAD ƏLİYEVİN GÖZÜ İLƏ
Tarix: 12-07-2012, 14:28 | Çap et
KEÇMİŞ NAZİRİN AÇIQLADIĞI FAKTLAR İNDİ DƏ DƏHŞƏT YARADIR
DİA.AZ: - Hakim elitada özünəməxsus yeri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə intriqada idi. Və bu intriqanın mövcudluğu tərəfləri bir-biriləri ilə bağlı ilginc faktları ortaya çıxarmağa vadar edirdi.
DİA.AZ bildirir ki, sonuncu olaraq isə Fərhad Əliyev Kəmaləddin Heydərovun nəzarətində olan iqtisadi rıçaqlara ilişmişdi. Əslində, burada Kəmaləddin Heydərovu kifayət qədər əliyalın da gördük. Onun Fərhad Əliyevdən danışmağa sözü olmasa da, Fərhad Əliyevin ondan kifayət qədər danışılası mövzuları var idi. Həmin mövzulardan biri də FHN şefinin Azərbaycanın pambıq bazarını nəzarəti altında saxlaması, pambıqla neçə-neçə «başları kəsməsi» barədə idi.
Xatırladaq ki, Fərhad Əliyev FHN şefinə son zərbəsini barəsində qurulan məhkəmə istintaqında vurdu. Biz də həmin məhkəmə prosesinin istintaq materiallarını araşdıraraq, Fərhad Əliyevin Heydərovla bağlı açıqladığı faktları araşdırmaq qərarına gəldik. Bildirək ki, Fərhad Əliyevin açıqladığı həqiqətlər günü bu gün də aktualdır.
Bəri başdan qeyd edək ki, F.Əliyev sərbəst ifadəsində xeyli məqamlara toxunub və təbii ki, bir yazıda bu məqamların hamısını ətraflı şərh etmək mümkünsüzdür. Ancaq sabiq nazirin ötəri toxunduğu, bəlkə də çoxlarının diqqətini çəkmədiyi bir detal üzərində dayanmaq istərdik. Söhbət neftdən sonra Azərbaycanın ikinci strateji məhsulu sayılan pambıqçılıqdan gedir.
Sabiq nazir bildirib ki, ölkədə pambıq, tütün, düyü, yağ, ət, şəkər və çay məhsullarının idxalı, istehsalı və satışı konkret monopolistlərin əlində cəmləşib. Bu monopolistlər də əhalinin sosial vəziyyətini nəzərə almadan, heç nə ilə hesablaşmadan qiymətləri süni şəkildə bahalaşdırırlar. Bir tərəfdən qiymətlərin bahalaşması, başqa tərəfdən isə işsizlər ordusunun yaradılması monopoliyanın nə dərəcədə zərərli olduğunu göstərir: “Bir misal çəkim. Pambıq və tütün sahələrinin bir nəfərin əlinə keçməsi bu sahələrdə çalışan 1 milyondan çox insanın sayını üç dəfə azaldıb”.
Beləliklə, hakimiyyətin mətbəxindən çıxmış F.Əliyev pambıqçılıqda manopoliyanın konkret bir şəxsin əlində cəmləşdiyini deyir və təbii ki, həmin şəxsin kimliyini də yaxşı bilir, lakin bizə naməlum səbəblərdən ad çəkmir. Halbuki bu sektora kimin və kimlərin himayədarlıq etməsi elə də qapalı məsələ deyil. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ pambıqçılıq sənayesinin həqiqətən də manapoliyada olması və sabiq nazirin dilə gətirdiyi həqiqətdir.
Mətləbə keçməzən öncə qeyd edək ki, Azərbaycanda biznesin əksər sahələri inhisarda olsa da, hələlik bunların böyük əksəriyyəti mötəbər hesabatlara daxil edilməyib. Təkcə pambıq və tütündən başqa. Bu yaxınlarda ABŞ Dövlət Departamenti Azərbaycana dair illik hesabatında ölkəmizdə pambıqçılıq və tütünçülüyün ciddi inhisarda olduğu göstərilib.
Bu onu göstərir ki, Azərbaycanda sözügedən hər iki sahə üzərində olan inhisarçılıq başqa sahələrdən fərqli olaraq daha sərt şəkildədir. Apardığımız araşdırmalar da o qənaətə gələməyə əsas verir ki, burada nəinki ciddi monopoliya mövcuddur, hətta bu sahədə insanlarla qul kimi davranılır. Pambığı əkib becərənlərə qəpik-quruş çatsa da, bu sahəni inhisara alanlar əhali ilə qul kimi davranmaq hesabına hər il pambıq satışından on milyonlarla dollar pul qazanırlar.
Bütün sahələr kimi pambıqçılıq da hakim ailəyə yaxın şəxslərin nəzarətindədir. Məlumatlara görə, hazırda ölkənin pambıqçılıqla məşğul olan rayonlarında 19-20 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Belə zavodların 14-ü MKT şirkətinə məxsusdur. Öncə MKT-nin şərikləri dövlət başçısının yaxın qohumu, xarici işlər nazirinin müavini, Mahmud Məmmədquliyev, fövqaladə hallar naziri Kəmaləddin Heydərov və bir Türkiyə vətəndaşı olub. Hazırda isə M.Məmmədquliyev və Türkiyə vətəndaşı oyundan kənar vəziyyətə salınıb, holdinq bütövlükdə K.Heydərovun nəzarətinə keçib. Şirkətə ümumi rəhbərliyi də K.Heydərova yaxınlığıyla tanınan İkram Kərimli edir. İ.Kərimli K.Heydərovun dəstəyilə deputat seçilən Azər Kərimlinin qardaşıdır.
Pambıqtəmizləmə zavodları indiyədək ən yaxşı halda fermerlərdən pamıbığın hər kiloqramını 30 qəpiyə alıb. Ancaq 30 qəpik də simvolik xarakter daşıyır. Çünki mafiya sadə vətəndaşların imkansızlığından yararlanmağı da unutmur. Mafiya pambıq əkmək istəyən, lakin bunun üçün yetərli imkanı olmayanlarla qabaqcadan müqavilə bağlayır. Həmin müqavilənin şərtlərinə görə zavod rəhbərliyi vətəndaşa lazım olan vəsaiti ona verir və bunun əvəzində əkinçidən hazır məhsul alır. Düzdür, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Ancaq məsələ burasındadır ki, monopolistlər pambığı əkib becərəndən 10 dəfə artıq qazanmasına baxmayaraq, onun yoxsulluğundan da faydalanır. Məsələn, bazarda azot kübrəsinin bir kiloqramının qiyməti 10 manat olduğu halda monpolistlər pambığı təhvil alarkən bunun qiymətini 16 manatdan hesablayır. Pambıq əkənsə hər hektar üçün ən azı 250 kiloqram azot kübrəsi almalıdır.
Ötən il dizelin hər litrinin qiyməti 45 qəpik olduğu halda maonpolistlər yanacağın hər litrinin qiymətini 60 qəpikdən hesablayıb. Pambıq sahəsinin bir hektarının şumlanması imkanlı fermerlərə 24 manata başa gəldiyi halda imkansızlar üçün bu məbləğ 36-40 manatdan hesablanıb. Toxumluq çiyidin kiloqramı 14 qəpikdən yuxarı olmadığı halda bu, imkansız fermerlərə 20 qəpiyə satılıb.
Pambıqtəmizləmə zavodları pambığı mahlıca çevirərkən müəyyən itkilərə məruz qalsalar da, bu itkilər yemlik və toxumluq çiyidin satılması hesabına kompensasiya edilir. İndi gəlin pambıq mafiyasının bir ildə qazandığı gəlirlərin təxmini məbləğini hesablayaq.
Rəsmi məlumatlara görə 2006-cı ildə ölkədə 196,06 min ton pambıq istehsal edilib. Ölkədə pambıq əkilən torpaq sahələrinin ümumi həcmi 112,445 hektar olub. Rəsmi məlumatlara inansaq, məhsuldarlıq hər hektara görə 17,5 sentner olub. Məlumat üçün deyək ki, fermerlər bu göstəricini minimum hesab edirlər. Mahlıcın bir kiloqramının dünya bazarındakı hazırki qiyməti isə 11 manatdır. Ekspertlər hesab edir ki, bütün xərclər çıxıldıqdan sonra pambıq mafiyası təkcə hazır mahlıcı ölkədən kənara satmaq hesabına hər kiloqramdan 8 sent qazanmaq imkanına malikdir.
Bu hesabla monopolistlər mahlıcın hər tonundan təxminən 800, 10 tonundan 8000, 100 tonundan 80000 dollar qazanır. Nəzərə alsaq ki, ötən il ölkədə 200 min tona yaxın pambıq istehsal edilib, bu hesabla onların illik gəliri 160 milyon dollardan az etmir. Buna ona görə “az etmir” deyirik ki, monopolistlər ölkədə istehsal edilən mahlıcın heç də hamısını xaricə satmır. Onların nəzarətində bir sıra fabriklər, kombinatlar var ki, onlar mahlıcı ipliyə və digər məhsullara çevirmək imkanındadırlar. Bu isə əlavə milyonlar deməkdir.
Təbii ki, F.Əliyev İİN başçısı postunda oturarkən manopoliyanın fermerlərə və dövlət büdcəsinə vurduğu ziyanı (fermerlərin qul kimi işlədilməsi, bu sektorda çalışanların sayının 3 dəfə azalması, büdcədən yayındırılan milyonlar və s.) görür, dövlətin antinhisar siyasətini həyata keçirən şəxs kimi bunu aradan qaldırmağa çalışırdı. Ümumiyyətlə, F.Əliyevin 2002-2005-ci illərdə əsas fəaliyyəti inhisarçılara qarşı yönəlmişdi. Ancaq F.Əliyev inhisarçılar üzərində qələb qazana bilmədi, əvəzində ikincilər onun həbsxanaya yollanmasına nail oldular. Özü də ölkənin baş monopolistinin xeyir-duası ilə.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|