Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                 

“ORA RƏSUL QULİYEVLƏ DALAŞMAĞA GETMİŞDİM?”
Tarix: 25-06-2012, 11:33 | Çap et
“ORA RƏSUL QULİYEVLƏ DALAŞMAĞA GETMİŞDİM?”

“TİKİNTİDƏ FƏHLƏLİYƏ DƏ GÖTÜRMƏDİLƏR MƏNİ”

Bir müddət əvvəl Avropada eks-spiker Rəsul Quliyevin tərəfdarları ilə aralarında qalmaqal baş verən Belçikada mühacirədtə olan satirik şair Mirzə Sakit Gunxeber.com-a müsahibə verib. Maraqlı məqamlar və sərt ittihamlarla dolu müsahibəni təqdim edirik.
-Mirzə, Rəsul Quliyevin tərəfdarları ilə aranızda yaranan qalmaqala əsas səbəb nə oldu, niyə belə bir hadisə baş verdi?
-Əslində bu sualı mən Rəsul Quliyevin tərəfdarlarına ünvanlayıb deməliyəm ki, cənablar, nə hay-küy salmısınız, mən Rəsul müəllim haqda dediyim « xırda» sözünü niyə həzm etmək istəmirsiniz axi ?
Mən yenə deyirəm, Rəsul Quliyev Azərbaycanda yaranmış olan bu problemləri həll etməyə qadir deyil. Ən azından mən bu ölkənin vətəndaşı olaraq, hamının fəaliyyətinə azdan-çoxdan bələdəm, o cümlədən Rəsul müəllimin də. Rəsul müəllim yaxşı iqtisadçı ola bilər, zavod direktoru ola bilər, Heydər Əliyev sağ olsaydı, Parlamentə spikerlik edə bilər amma Prezident məsələsi Rəsul müəllimlik deyil, ən azından bunu O özü də gözəl bilir.
-Rəsul Quliyevin tərəfdarları bildirirlər ki, siz onun Brüsseldə keçirilən görüşünə dəvət olmamısınız və öz təşəbbüsünzlə ora gedərək eks-spikerə qarşı çox isti münasibət göstərmisiniz. Sizə qarşı Rəsul Quliyev tərəfdarları tərəfindən səslənən əsas itihamlardan biri də odur ki, siz Rəsul Quliyev və digərilərindən maddi yardım istımisiniz, onlar bunu etmədiyinə görə, onlara qarşı açıqlamalar verirsiz.

-Brüsseldə Ədalət Quliyev adında bir həmyerlimiz yaşayır. Ədalət bəy mənə zəng edərək bildirdi ki, Rəsul müəllim zəng etmişdi, gedək onunla görüşməyə. Mən Ədalət bəyə dedim ki, bəlkə heç Rəsul müəllim mənimlə görüşmək istəmir. O da cavab olaraq, mənə dedi ki, yox, Rəsul müəllimə sənin haqqında dedim, dedi ki, Mirzəni də gətir və biz də getdik. Qaldı ki, o görüşdə mənim Rəsul müəllimə isti münasibət göstərməyimə, mən məgər ora Rəsul Quliyevlə dalaşmağa getmişdim? Istənilən insanla görüşərkən hər bir kəs çalışır ki, öz səmimiyyətini göstərsin. Biz çox mehriban şəkildə görüşdük və söhbətləşdik. Həmin görüşdə mən nə Rəsul Quliyevdən, nə də ordakı insanların heç birindən maddi yardım üçün söz açmamışam. Insanları gözdən salmaq üçün ona ya narkoman, ya əyyaş, ya arvadbaz ya da ki, bax belə pul istəmə variantından istifadə edirlər. Keçən dəfə də Rəsul müəllimin tərəfdarlarından biri “Yeni Müsavat” qəzetinə açıqlama verərkən demişdi ki, guya mən Rəsul müəllimdən ailəmin Brüsselə gəlməsinə kömək etməsini xahiş etmişəm. Çox məntiqsiz və savadsız sözdü bu söz. Ailəmin Brüsselə gəlməsi xüsusi olaraq, hüquqi prosedur tələb edir. Bunu da Rəsul müəllim və qeyrisi yox, Belçika dövləti həll edir.
Gözümə güllə tutsalar da mən yalan danışmaram. 2010-cu ildə mən Hamburqda olarkən, orada yaşayan Hambur Azərbaycan Mədəniyyətinin sədri Azər Rövşənlə Hamburda “Azərbaycandakı siyasi vəziyyət və ondan çıxış yolları” mövzusunda bir konfrans düzənləmək istədik. Həmin konfransa çoxsaylı azərbaycanlıları və yerli hakimiyyətin nümayəndələrini də dəvət etmək fikrindəydik. Azər bəylə gedib bir-neçə konfrans zallarına da baxış keçirdik və o zallardan biri bizi qane etdi. Səhərisi gün Rəsul müəllim mənim telefonuma zəng etdi və mən ona bu konfrans haqda fikrimi bildirdim, o da dedi ki, mənim tərəfimdən nə kömək lazımdırsa, mən hazir. Konfransı keçirmək üçün zalın icarə haqqı və gələn qonaqlara kofe, çay təklif etmək üçün 3 min avro lazm idi. Mən Rəsul muüəllimə bunu bildirdikdə, o dedi ki, problem yoxdur, elə bilin ki, həll etmişəm. Amma sonradan o sözündən qacdı. Bunu Azər bəy də təsdiq edə bilər.
Mən bunu deməklə, Rəsul müəllimi günahkar saymaq fikrində deyiləm, həqiqət budur ki, nə Rəsul müəllim, nə də baçqasının bizə borcu var. Sadəcə özünü böyük hesab edən adam söz verdiyi məsələni həll etməyə çalışar. İndi təsəvvür edin ki, Rəsul müəllim prezidentliyə namizəddir və o öz platformasında xalqı xoşbəxt günə cixaracağını vəd edir. Ardını siz düşünün…
-Qeyri rəsmi məlumatlara görə, eks-spikerin özünün və Avropadakı tərəfdarlarının oradakı bəzi imkanlı soydaşlarımızdan Azərbaycanda böyük işlər gömək adı ilə maddi dəstək alması və bu reallaşmadığından ciddi problemlər yaranmasına dair məlumatlar var. Siz bu barədə nə bilirsiz?
-Bu haqda məlumatım yoxdur.
-Rəsul Quliyevlə görüşünüzdən sonra sizdə hansı təəssürat yarandı? Eks-spiker nə qədər ciddi görünür bu yoldakı mübarizədə?
-Mən Rəsul Quliyevlə bir həmyerli kimi göruşdüm. Eks-spikerin bu mübarizədə nə qədər ciddi görünməsi 2005-ci ildəki hadisələr zamanı təyyarənin trapında qaldı. Amma Rəsul müəllimlə oturub adi bir həmyerli kimi söhbət etmək maraqlıdır. Mən həmin söhbətdə gözləyirdim ki, Rəsul müəllim məşhur “Badbaxt” sözünü, o da o sözü işlədib məni xoşbəxt etdi.
-Mirzə, bu sizin siyasətçilər və digər şəxslərlə ilk münaqişəniz deyil. Məsələn, AXCP sədri Əli Kərimli, doğma qardaşınız, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə də problemləriniz olub. Yəni bütün bunlarda hər zaman günah qarşı tərəflərdə olub?
-Yemək yeyəndə yeməyin ətrafında müxtəlif salatlar olduğu kimi, siyasətçi anlamı da ortaya gələndə bu zaman onun yanında löyünbelöyün söhbətlərin meydana cıxması qaçılmazdı. Mən Əli Kərimlini bir-neçə dəfə haqlı olaraq, tənqid etmişəm və güman edirəm ki, az tənqid etmişəm. Əli Kərimli mənim, yəni onunla çiyin-çiyinə vuruşan insanın üzünə qızıl-qırmızı yalan danişdı, mən onu necə tənqid etməməliydim ? Əli Kərimli mənə dedi ki, “Azadliq” qəzeti ilə heç bir bağlılığı yoxdur. Bunu sıravi insanlar bəlkə bilməzlər, amma bu gün Azərbaycanda özuünü mətbuatda görən insandan bu haqda soruşsan, sənə ancaq gülə bilər. Mən gözəl anlayıram ki, siyasətdə bleflər olur, ancaq yuxarıda dediyim kimi mən yeməyin yanına qoyulmuş salat deyiləm ki, məni qaşıqlayıb yesinlər.
Qənimət Zahidlə də aramızdakı problemləri məhz bu qəbildən olan insanlar yaradıblar. Cəbhənin demək olar ki, bütün funksionerləri mənim “Azadlıq” qəzetindən qanunsuz uzaqlaşdırılmamı ədalətsizlik kimi dəyərləndirirdilər, lakin bu adamların heç biri bunu açıq şəkildə deyə bilmirdilər. Necə ki, YAP-dan YAP-çılarn əksəriyyəti narazı olduqları halda dillənə bilmirlərsə, AXCP-də də həmin qayda hökm sürür.
-Belçikada nə işlə məşğulsunuz? Daha bundan sonra avropayla baqlayacaqsınız həyatınızı?
-Hazırda oğlumla kamp deyilən yerdə qalırıq, hələlik heç bir işlə məşğul deyiləm. Hətta işlə məşğul olmaq istəsəm də sənədlərim qaydasına düşməyincə işləməyə icazəm yoxdur. Çalışacam ki, bir müddət burda qalım. Son iki ili Azərbaycanda işsiz qaldım, dostların bəziləri təsdiqləyə bilərlər, ailəmi dolandırmaq üçün tikintidə fəhləliyə də götürmədilər məni. Iş icraçısı dedi ki, sənə böyük hörmətim var, amma səni işə götürsəm, başım bəla çəkər. Hər halda mən ondan incimədim.
-Nə dəyişdi Mirzə Sakitin həyatında Azərbaycandan getməklə?
-Bir o dəyişdi ki, vətəndəki dostlar-doğmalar üçün darıxıram. Ömrümün elə bir çağıdır ki, mənim qürbətlik halım yoxdur, bəziləri mənə yazırlar, bəxtəvər adamsan ki, cənnətdə yaşayırsan. Heç bir cənnətlik hal keçirmirəm, düzdür, buralar çox gözəldir, qanunların işlək mexanizminə söz ola bilməz. Amma təəssüf ki, bu gözəlliklərdən də gözəlliklər öz vətənimizdədir, lakin qanunlar işlək olardısa…
-Deyirsiniz ki, Azərbaycanda yazılarınızı, şeirlərinizi vermirlər heç Avropa mətbuatında çap olunmaq üçün cəhd etmisiniz
-Avropa mətbuatında yazılarım yox, bir-neçə dəfə müsahibələrim olub. Hələlik yeganə tribunam internetdir. Bu tribunaya isə nə bizim hakimiyyətin, nə də Cəbhənin aidiyyəti var. Tam şəffaf şəkildə senzorsuz, İlham Əliyevsiz, Azər Əhmədovsuz, Əli Kərimlisiz yazılarımı yazıram. Bu da bir qənimətdi…
Gunxeber.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru