Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                 

KƏMALƏDDİN HEYDƏROVDAN PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 27-05-2012, 12:58 | Çap et
KƏMALƏDDİN HEYDƏROVDAN PREZİDENTƏ ŞİKAYƏT

FHN ŞEFİNİN “ŞÜŞƏLİ BAZAR”LA BAĞLI PLANLARI SAKİNLƏRİ QƏZƏBLƏNDİRİB

DİA.AZ: - Bir müddət bundan əvvəl şəhərimizin H.Cavid prospekti ilə S.Dadaşov küçələrinin kəsişməsində yerləşən və yüngül konstruksiyalarla inşa olunan «Şüşəli Bazar» yerli-dibli sökülərək, ərazisi taxta lövhələrlə əhatəyə alındı. Söküntü işlərini aparan podratçı şirkət tərəfindən atılan bu addım, ətraf ərazidə yaşayan sakinlər tərəfindən müzakirə olunduqda, onlara bildirilir ki, burada gözəgəlimli bir park salınacaq ki, ərazidə yaşayan sakinlər həmin parkda rahat istirahət edə bilsinlər. İlk olaraq xəbəri eşidən sakinlər atılan bu addımı rəğbətlə qarşılayır, hətta bəziləri sevinclərini belə gizlədə bilmirdilər.

Bir müddət keçdikdən sonra söküntüsü başa çatmış «Şüşəli bazar»ın əhatə etdiyi ərazidə istirahət parkı deyil, imkanlı bir şəxsin hündürmərtəbəli bina tikdirəcəyi haqda da söz-söhbətlər gəzməyə başladı. Bu zaman qəti narazılığını bildirən və etiraz səslərini ucaldan sakinlərin mövqeyi, məsələnin reallaşmasına imkan vermədi. Üzləşdikləri problemlər haqda, S.Dadaşov ünvanında yaşayan çoxsaylı sakinlər adından - təqribən 40-a yaxın sakinin adından DİA.AZ-a ünvanlanan müraciətdə sakinlər bildirir ki, həmin ərazidə hansısa tikinti işlərini aparmaq həm ən böyük ədalətsizlik, həm də ən böyük haqsızlıq olar. Elə bu səbəbdən də onların üzləşdikləri problemləri ictimailəşdirmək üçün, lazımi dəstək verməyimizi bizdən xahiş edirlər.

Məlumat üçün qeyd edək ki, sakinlərin müraciətindən sonra apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakının Hüseyn Cavid prospektində yerləşən «Şüşəli bazar» ötən əsrin 50-ci illərində inşa olunmuşdur. Uzun illər fəaliyyət göstərsə də, onun fəaliyyətinə 2005-ci ildə son qoyulur. Və 2010-cu ildən başlayaraq bazar həm sökülür, həm də hasara alınır. Həmin vaxtdan da «Şüşəli bazar» ətrafında başlayır söz-söhbətlər gəzməyə.

Amma, bu məsələnin müzakirəsindən, yerli sakinlərin narazılıq etmələrindən çox vaxt keçmir ki, başqa bir xəbərdə o da bildirildi ki, həmin ərazidə park yox, böyük bir ticarət mərkəzinin inşa olunması planlaşdırılıb. Xəbəri eşidən bina sakinləri, sanki şoka düşürlər. Bu necə ola bilər ki, həmin ərazidə ticarət mərkəzi tikilsin, deyə bir-birinə sual edirlər. Axı, həmin ərazidə qazıntı işləri aparmaq olmaz deyən bina sakinləri bir-birinə gileylənməyə başlayırlar ki, necə bəyəm podratçı şirkətin rəhbərliyi, onlara xeyir-dua verənlər bilmirmi ki, ərazinin alt hissəsindən diametri 1200 və 1500 mm-lik kanalizasiya boru xətləri keçir. Elə bu səbəbdən də, aparılacaq inşaat işləri norma və qaydalara uyğun olaraq kanalizasiya xətlərinə qədər təqribən 15 m-lik məsafədə saxlanılmalıdır.

Digər tərəfdən, ərazidə ticarət mərkəzinin inşaasına başlanması, müəyyən fəsadların əmələ gəlməsinə də səbəb olacaq. Bu haqda giley-güzarını bir-birinə söyləyən bina sakinləri onu da vurğulayırlar ki, bunu tikinti işlərini aparmaq istəyən şirkətin rəhbərliyi həm gözəl bilir və dəqiq anlayır. Məsələn, ərazinin olduqca darısqal olması, nəqliyyat vasitələrinin hələ əvvəldən də normal hərəkət etmələrinə imkan vermirdi. Digər tərəfdən, S.Dadaşov küçəsindəki həmin ərazi, nəqliyyat vasitələrinin 2 hərəkət zolağının arasında yerləşdiyindən, ərazidə kapital tikinti işləri aparmaq mümkün deyil və ərazi məhəllədaxili ərazinin qırmızı xətti xaricində yerləşir. Ən əsas səbəblərdən biri də, həmin əraziyə yaxın yerdə bir neçə ölkənin diplomatik korpusunun fəaliyyət göstərməsidir ki, ərazidə ticarət mərkəzinin fəaliyyətə başlayacağı təqdirdə, orada insanların sayı çox olacaq və nəticə etibarı ilə müxtəlif düşüncə tərzinə, təfəkkür formasına malik olanlardan hər an onlara xəta törədilə bilər.

Digər tərəfdən, əgər həmin ərazidə ticarət mərkəzi tikilərsə, gələcəkdə nəqliyyat vasitələrinin yaradacaqları tıxac probleminin, həmçinin həmin ünvalarda yaşayan sakinlərinin adicə ərazidən ötüb keçərkən üzləşəcəkləri maneələrin əmələ gətirəcəyi fəsadların rolunu, gərək tikinti işləri aparmaq istəyən şirkətin rəhbərliyi də əvvəlcədən nəzərə alsın.

Bir faktı da qeyd edək ki, hələ bir neçə il bundan əvvəl Hüseyn Cavid prospektində inşa olunan hündürmərtəbəli binanın, Milli Məclisin deputatlarına verilməsi nəzərdə tutulsa da, az sonra rəhbərlik bu addımından daşınmalı olur. Çünki, həmin bina ilə üzbəüz Fəxri Xiyabanın yerləşməsi, ən əsası dövlət başçısının Fəxri Xiyabana etdiyi ziyarət zamanı onun açıq-aydın görsənməsi, hündürmərtəbəli binanın müxtəlif mərtəbələrindən ona qarşı müəyyən təxribatların olacağını heç də istisna etmir. Elə bu səbəbdən bütün bu kimi amillər nəzərə alınaraq, əvvəlcədən qərarlaşdırılmış addımdan yan keçildi və bina Fövqəladə Hallar Nazirliyinə verildi.

Diqqəti cəlb edən məqamlardan biri də, Yasamal rayonu ərazisində yerləşən və söküntü işləri çoxdan başa çatmış «Şüşəli bazar»ın sahibinin kim olması haqda gəzən söz-söhbətlərdir. Bu haqda bizi bilgiləndirən mənbə onu da qeyd edir ki, həmin bazar vaxtilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsus imiş. O da, zamanında bazarı öz adına özəlləşdirməklə sənədləşdiribmiş. Elə ki, A.Qaraşov daşıdığı vəzifədən uzaqlaşdırılır, ona qarşı xüsusi bir hücum kampaniyasına start verilir. Və çox keçmədən A.Qaraşova məxsus obyektlərdən bir çoxu əlindən alınır. «Şüşəli bazar» da bu sırada olan obyektlərdən biri olur.

Əldə etdiyimiz digər məlumatlarda o da bildirilir ki, bu gün həmin ərazinin sahibi Fövqəladə Hallar Nazirliyinin şefi Kəmaləddin Heydərova məxsusdur o, həmin bazarı yaxın bir qohumunun adına sənədləşdirb. Həmin şəxsin də yaxın gələcəkdə ərazidə «Gilan» adlı yeni ticarət mərkəzini tikdirəcəyini planlaşdırılır. Sözsüz ki, sadalanan faktlar öz həllini taparsa, o zaman hər kəsə məlum olacaq ki, bazarın əsas söz sahibi K.Heydərovdur. Bununla da «Şüşəli bazar»ın kimə məxsusluğu haqda gəzən söz-söhbətlərə birdəfəlik son qoyulacaq.

Artıq bu gün bina sakinlərini əndişəyə salan ərazidə azacıq olsa da, qazıntı işləri aparılıb. Ticarət mərkəzinin inşa olunacağını eşidən sakinlər isə, tikinti işlərinin dayandırılması üçün şəhər rəhbərliyinə yox, möhtərəm İlham Əliyevə müraciət etməyi qarşılarına məqsəd qoymuşlar. Çünki, onlar bilirlər ki, bir çox hallarda Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab H.Abutalıbov, paytaxt sakinlərini yanlış qərarları ilə narazı salmasından ölkə rəhbərinin xəbəri olmur. Elə bu səbəbdən də, S.Dadaşov küçəsində yaşayan sakinlər həmin ərazidə ticarət mərkəzi yox, əhalinin rahat istirahət etməsi üçün mənzərəli bir parkın inşa olunmasını istəyirlər.

Elə bu səbəbdən də, narazı sakinlər müraciətlərini prezident İlham Əliyevə ünvanlayaraq ümid edirlər ki, o, şəhər rəhbərliyini və ərazidə ticarət mərkəzi inşa etdirmək istəyən tikinti şirkətinin sahibini yanlış addımından çəkindirməyə məcbur edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru