Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                 

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox - FOTOFAKT
Tarix: 14-10-2015, 08:47 | Çap et
Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox
9 oktyabr tarixindən Milli Məclisə seçkilərin təbliğat kampaniyasına start verilib. Deputatlığa namizədlərin seçki kampaniyasındakı gördüyü işlər, aparılan təbliğat-təşviqat proseslər barədə yaxından tanış olmaq üçün bir neçə seçki qərargahında olduq.

İlk öncə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, hazırda həmin dairədən deputat olan İqbal Ağazadənin seçki qərargahına üz tutduq.

Qərargaha səhər saatlarında gəlməyimizə baxmayaraq, təbliğat-təşviqat kampaniyası ilə bağlı iclas keçirilirdi. Qərargahda xeyli sayda adam vardı - Müşahidəçilər, səlahiyyətli şəxslər, könüllülər...

İclasda çıxış edən İqbal Ağazadə bir neçə məsələyə toxunaraq deputatlıq fəaliyyəti dövründə gördüyü işlərdən bəhs etdi. Bildirdi ki, yenidən ona etimad olunarsa eyni tempdə fəaliyyətini davam edəcək, parlamentdə sosial problemləri, o cümlədən müəllimlərin maaşının azlığını, işsizlikdən əziyyət çəkən gənclərin üzləşdiyi problemləri, ipoteka ilə bağlı məsələləri önə çəkəcək. Namizəd çıxışının sonunda seçki kampaniyası ilə bağlı təbliğat qurumunun üzvlərinə bir neçə tapşırıq və məsləhətlər verdi.

Sonra İqbal Ağazadə əməkdaşımızın suallarını cavablandırdı. Bildirdi ki, qərargah artıq bir neçə gündür ki, aktiv seçki kampaniyasına başlayıb:

“Rəsmi şəkildə təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən - oktyabrın 9-dan başlayaraq biz hər gün səhər saatlarında bu cür ənənəvi iclaslar keçiririk. İclaslarda şəxsən özüm iştirak edirəm.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Hələ ki, seçicilərlə görüşə başlamamışıq. Hazırda burda əsasən seçki qərargahının üzvləridir və onlara öz tapşırıqlarımızı veririk. Seçicilərlə görüşümüzlə bağlı təəssüf ki, yalnız iki yer müəyyən olunub. Bunlar İnqilab İsmayılov küçəsi və Gəncə prospektində yerləşən açıq və örtülü məntəqələrdir. Biz həmin məkanlarda davamlı olaraq aktiv görüşlər keçirəcəyik”.
İqbal Ağazadə seçicilərlə ünsiyyətdə problem yaşamadığını dedi:

“Seçicilərlə ünsiyyətimiz həmişə açıq olub, bu barədə problemimiz yoxdur”.

İclasdan sonra qərargahda qızğın işlər başladı. Bir tərəfdə səlahiyyətli şəxslər qurum üzvlərinə seçki ilə bağlı göstərişlər verir, seçicilərlə görüşdə bəhs ediləcək mövzularla bağlı müzakirələr aparır, digər tərəfdə gənclərdən ibarət qruplar təbliğat materiallarını hazırlayır, buklet və platformaları qaydaya salırdılar.

Seçki qərargahının rəhbəri, Ümid Partiyası sədrinin 1-ci müavini Ənvər Ağazadə əməkdaşımıza açıqlamasında bildirdi ki, təyin olunan dairə ərazisindəki bütün ünvanlar artıq qeydə alınıb:

“Təbliğatımızı çox ciddi şəkildə qurmuşuq. Biz “qapı-qapı gəzmək” prinsipindən istifadə edib məntəqələr üzrə nə qədər ünvan varsa, hamısnı qeydə alıb, müəyyənləşdirmişik. Hər bir bina üçün səlahiyyətli nümayəndə ayırmışıq.

Təbliğat kampaniyasının son gününədək, yəni oktyabrın 30-dək bu cür aktiv fəaliyyətlə davam edəcəyik”.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Seçki qərargahının rəhbəri seçiciləri daha çox narahat edən problemlərdən də bəhs etdi:

“Seçicilər daha çox sosial problemlərdən, o cümlədən, işsizlik, maaş və təqaüd azlığından gileylənirlər. Hətta onların arasında seçkilərin demokratik keçməyəcəyindən narahat olanlar da var. Biz onları bu dairədə seçkilərin şəffaf keçiriləcəyinə inandırırıq. Məqsədimiz budur ki, bütün seçicilər seçkilərdə aktiv iştirak edib, istədiyi namizədə səs versin. Bu mənada təbliğatçılardan çox şey asılıdır”.

Qərargah rəhbəri könüllülərin də fəaliyyətindən söz açdı: “Onların əksəriyyəti tələbələrdir. Onları bu kampaniyaya bizim partiyanın gənc üzvləri cəlb edib. Könüllülər bu prosesdə iştirak etməklə seçki kampaniyası ilə yaxından tanış olur, seçkilərin keçirilməsi ilə bağlı təcrübə toplayırlar”.

Qərargahda olarkən bir məqam diqqətimizi cəlb etdi. Könüllülər qərargahın divarına monitor yerləşdirirdilər. Qərargah rəhbərinin dediyinə görə, həmin monitorda seçicilərə namizədin deputatlıq fəaliyyəti dövründə gördüyü işlər, parlamentdəki çıxışları barədə videolu görüntülər təqdim olunacaq.

Qərargahda gənclərlə bərabər orta və yaşlı nəslin nümayəndələri də canfəşanlıqla seçki kampaniyasına köməklik edirdilər.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Qərargahı müşahidə edərkən qurum üzvləri ilə bir qədər söhbətləşdik. Ümid Partiyasının üzvi, seçici İdris bəy əməkdaşımızla söhbətində bildirdi ki, bütün varlığı ilə kampaniyada iştirak etməyə çalışır:

“Mən həm partiyanın üzvüyəm, həm də seçiciyəm. Mənim üçün İqbal bəydən yaxşı deputat yoxdur. Çünki o, bacardığı qədər insanların qayğısına qalır, problemləri diqqətdə saxlayır, savadlı, eyni zamanda gözəl natiqdir”.

Seçici Sultanlı Füzulinin dedikləri:

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

“32 ildir ki, Xətai rayonunda yaşayıram. Bu günədək İqbal bəy kimi deputat görməmişəm, çünki o, xalqın arasında çox olur, qapısı da, qəlbi də seçicilər üçün hər zaman açıqdır. O, deputat kimi çox çalışqan, hamımızın sevimlisidir. Əminəm ki, bu dairədə keçiriləcək seçkilər şəffaf olacaq”.

Gənc könüllü Amin Əhmədov seçki kampaniyasındakı iştirakından danışdı: “Biz gənclər maraqla bu kampaniyada iştirak edib namizədə dəstək oluruq. Şəxsən mən Ümid Partiyasının üzvü deyiləm. Lakin İqbal Ağazadənin parlamentdəki çıxışlarının demək olar ki, əksəriyyətini izləmişəm. Buna görə də onun yenidən deputat olmasını istəyirəm”.
Könüllü, həm də seçici Rauf Hüseynov ilk dəfədir ki, seçki kampaniyasında iştirak etdiyini bildirdi:

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

“İlk dəfədir seçkilərdə iştirak edirəm. Hara gediriksə, İqbal bəy haqqında müsbət fikirlər danışılır. O, sıravi insanlarla çox mehriban davranır, ünsiyyət saxlayır. Buna görə könüllü olaraq bu işə qatldım”.

İ.Ağazadənin səlahiyyətli nümayəndəsi Taleh Əliyev seçicilərdə seçkiyə qarşı aktiv inam hissi olduğunu dedi:

“Bu dairə üzrə seçicilərlə işləmək daha rahatdır. Çünki onlarda seçkilərə olan inam hissi digərlərindən daha çoxdur”.

Daha sonra 35 saylı Xətai üçüncü seçki dairəsindən digər deputatlığa namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin seçki qərargahında olduq. Təxminən saat 11 radələri olmasına baxmayaraq qərargahda iki nəfər səlahiyyətli şəxsdən başqa kimsə yox idi.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Qərargahın rəhbəri Rauf Babayevin əməkdaşımıza verdiyi açıqlamaya görə, hələ ki, qərargahda hər hansı iclas və ya tədbir keçirilmir: “Oktyabrın 9-dan bu məkanı kirayəyə götürmüşük. Buna görə də insanlar buranı o qədər də tanımır. Biz əsasən ünvanlarda görüş keçirməyə üstünlük veririk.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Təyin olunan tarixdən etibarən seçki kampaniyasına başlamışıq, partiyamızın sıravi üzvləri təbliğat kampaniyasında öz köməkliklərini göstərir, bu istiqamətdə proseslər aparılır, bukletlər paylanılır, müəyyən olunan yerlərə plakatlar yapışdırılır”.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox

Söhbətimiz zamanı məlum oldu ki, namizəd Araz Əlizadə qərargaha az gəlir.

Qeyd edək ki, bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə təbliğat-təşviqat kampaniyasına oktyabrın 9-da, səhər saat 8-də start verilib. Kampaniya oktyabrın 31-i, səhər saat 8-dək davam edəcək.

Ağazadənin qərargahı qaynayır, Əlizadədə adam yox










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru