Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                     Jurnalist Şəmşad Ağa saxlanılıb .....                     USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                 

"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur" - Sərdar Cəlaloğlu
Tarix: 14-08-2015, 10:31 | Çap et
"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur"
Rəsul Quliyev və Rüstəm İbrahimbəyovdan sonra daha bir şəxs xaricdə oturub “müxalifət lideri” olmaq, Azərbaycanda hakimiyyət dəyişikliyi etmək iddiasına düşüb. Bu, Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri, hakimiyyətin illərlə müdafiəsində dayanmış diplomat Arif Məmmədovdur.


Bu ilin mayından Arif Məmmədov hakimiyyət əleyhinə bəyanatlar verməsi ilə gündəmə gəlib. Son günlər isə bir qədər də radikallaşıb və Bakıda “Ağ marş”a çağırış edib. Azərbaycan hökuməti isə onun barəsində cinayət işi açıb və beynəlxalq axtarışa verib.

Rəsul Quliyevin və Rüstəm İbrahimbəyovun timsalında bu tanış mənzərədir.

ADP sədri Sərdar Cəlaloğliu barədə danışarkən bildirdi ki, ölkə daxilində olan müxalifətlə xaricdə məskunlaşan siyasətçilər arasında çox ciddi fikir ayrılığı var: “Biz bəzən önə çıxırıq, bəzən geri çəkilirik, bəzən güzəştə gedirik. Ölkədə gedən real proseslərdən, situasiyadan xəbərsiz olan xaricə sığınmış siyasətçilər isə bunu başa düşmür və bizi satqınlıq, qorxaqlıq kimi qəbul edirlər. Rəsul Quliyevdə bu cür qiymətləndirmə çox inkişaf edib. Bu, buradakı hadisələri dərk etməməklə, hadisələrin iştirakçısı olmamaqla bağlıdır.
Məsələnin ikinci tərəfinə gəldikdə isə xaricdə oturub Azərbaycanda inqilab etmək çağırışları edən insanların özlərinin siyasi lider olması şübhə altındadır. Məsələn, Arif Məmmədov illərlə bu hakimiyyətə xidmət edib. İndi durub bir yanğın hadisəsi ilə bağlı bəyanat veribsə, onu siyasi lider hesab etmək olmaz. Bizim verdiyimiz bəyanatlar onun bəyanatlarından kəskindir. Sadəcə, o yeni ad olduğu üçün bir keçici müddət ərzində cəmiyyətdə sensasiya yaradır. Bu sensasiyanın təsiri altında isə Arif Məmmədov kimi adamlar elə bilirlər ki, artıq böyük siyasi liderdirlər və onların xaricdən bir çağırışı, bir işarəsi ilə xalq ayağa qalxıb hakimiyyəti dəyişəcək".

ADP sədrinin sözlərinə görə, Arif Məmmədovun da çağırışları heç nəyi dəyişməyəcək: “İnsanlar haqlı olaraq düşünürlər ki, özün gedib xaricdə rahat həyat yaşayırsan oradan xalqı meydanlara çağırırsan. Öncə hələ bir özün gəl bura və bircə gün burada müxalifətçilik elə. Bunu etmirsənsə xalq, daxildəki siyasi qüvvələr sənə inanmaz. Onsuz da belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur.
2013-cü ildə Rüstəm İbrahimbəyov da illərlə sağlığına badə qaldırdığı hakimiyyətin əleyhinə danışdı. Onun da ilk vaxtlar bu bəyanatları sensasiya yaradırdı. Sonra getdi xaricə və xaricdə oturub buradakı insanlara liderlik eləmək fikrinə düşdü, o da başladı xalqı bu hakimiyyətə qarşı ayağa qalxmağa çağırmağa. Nəticə nə oldu? Heç nə.

Mən bu adamları heç siyasətçi hesab eləmirəm, xalq da onların hətta hakimiyyətlə münasibətləri pozulduqdan sonra şəxsi rahatlıqlarından vaz keçmək, bura gəlib meydanda mübarizə aparmaq cürətlərinin, istəklərinin olmadığını yaxşı görür. Ona görə də xaricdə oturub xalqı meydanlara çağıranların çağırışları boş sözlərdən başqa heç nə olmur. Azərbaycan cəmiyyəti onların fikirlərini zaman keçdikcə gülünc sayır. Belə “müxalif liderlər”in 50 il müxalifətçilik eləməsi belə, 5-6 il hakimiyyətə qulluq eləmələrinin yanında sıfırdır".

S.Cəlaloğlu vurğuladı ki, Arif Məmmədov da uzun müddət bu hakimiyyətin uzun müddət sevimli kadrı olub. Avropa Şurasında Azərbaycanın nümayəndəsi vəzifəsini tutub. Avropa Şurasında və digər təmsil olunduğu digər qurumlarda Azərbaycanda demokratiyanın pozulması, seçkilərin saxtalaşdırılması ilə bağlı bir dənə də olsun mənfi fikir söyləməyib: “Həmişə Azərbaycan iqtidarının siyasətini müdafiə edib, pozuntuları ört-basdır etməyə çalışıb. Biz burada seçki saxtakarlıqları ilə üz-üzə qalanda, Arif Məmmədov Azərbaycandakı seçki saxtakarlıqları barədə faktların Avropa Şurasına çatmaması üçün iş aparıb. Halbuki onun əlində çox böyük tribuna var idi ki, zamanında Azərbaycan həqiqətlərini çatdırsın. O isə həqiqətləri gizlətməklə məşğul idi. İndi belə birisi hakimiyyətlə şəxsi münasibətlərinin nədənsə pozulması səbəbindən dönüb olub müxalif lider? Kim onun xaricdə oturub etdiyi inqilab çağırışlarına görə meydana çıxar? Heç kim. Mən Arif Məmmədovu heç vaxt müxalifətçi kimi qəbul edə bilmərəm. Düşünürəm ki, xalq da qəbul etməz. Xaricdə oturub burada inqilab etmək istəyənlər bilməlidirlər ki, belə şeylər keçməz. Xalq bilir ki, öz maraqları hakimiyyətlə toqquşanda gedib xaricdə oturub müxalifət olanlardan ölkəyə xeyir gələ bilməz. Daxildəki siyasi qüvvələrdən isə kim istəyir getsin o cür adamlarla əməkdaşlıq eləsin. Sonda bəlli olacaq ki, heç bir müsbət nəticəsi yoxdur. Ortada təcrübələr var, mən təcrübələrə əsaslanıb bunu deyirəm”.(musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru